Qarşıdan izzət və zillət anlamlarının ən bariz açılışını verən məhərrəm-səfər əyyamı gəlir. Yenə Hüseynçi xalq matəmə qərq olub bu əzaya ağlamaqla zillət libasından qurtuluşun səhnələrini yaşayacaqdır. Əslində bir çox aşiqlər bütün həyatı boyu, həm şad və həm də qəm günündə bu qəhrəmanlıq məktəbini unutmur. Hər əməlində bu məktəbə müvafiq olmağa can atır. Qarşıdan izzət məktəbinin qəhrəmanlıq və isar (qurban vermə - Dəyərlər) dolu günləri yaxınlaşmaqdadır. Elə isə qarşılayaq bu bənzəri olmayan qəhrəmanları. Salam olsun, ey Məhərrəm-Səfər! Ey bu əyyamın banisi, şəhadət məktəbinin ustadı! Salam olsun, ey Xaliqin iftixar tablosu, mələklərin heyrət və ülgü mənbəyi! Salam olsun, ey Yerlərin, Göylərin qibtə etdiyi, fəxr etdiyi! Salam olsun, ey zülmün canınna vəlvələ salan! Ey tağutun, istibdadın məhvinə baiskar! Salam olsun, ey mübarizə məktəbinin hamisi! Salam olsun, ey din bərpaçısı, dini-İslamın Muhafizi! Salam olsun, ey Abidlər Zinətinin (ə) atası, başının tacı! Salam olsun, ey qəmlər xanımı Zeynəbi-Kubranın ustadı, qardaşı! Salam olsun, ey bu xalqın dilindən düşməyən Əbülfəzl Abbasın qardaşı! Salam olsun, ey yeniyetmə, igid Əli Əkbərin atası! Salam olsun, ey Rübabın həyat yoldaşı, həm də İmamı (ə)! Salam olsun, ey körpələri susuz oxlanan, əhli-əyalı qolubağlı şəhərbəşəhər gəzdirilən! Salam olsun, ey 3 yaşlı, ayaqyalın tikanlı Şam çöllərində həlak olan Rüqəyyənin atası! Salam olsun, ey boğazından oxlanan altı aylıq Əli Əsğərin atası (ə)! Salam olsun, ey qeyb Zülcənahının sahibi! Salam olsun, ey Hürrün müjdəçisi, xilaskarı! Salam olsun, ey hürriyyət və Hürrlər məktəbinin banisi, qurucusu! Salam olsun, ey başı anası tərəfindən Kərbəla səhnəsinə geri qaytarılan şücaətli Abdullahın sərkərdəsi! Salam olsun, ey Həbib ibn Məzahirlərin ağası! Salam olsun, ey Hücr ibn Ədllərin imamı! Salam olsun, ey gərdəyinə girmədən Kərbəla yolçusu olan gənclərin nicatı! Salam olsun, ey Tasura və Aşuranın Kərbəlası! Ey Şami-qəribanın əhli! Salam olsun, ey ixlasla Allah naminə susuz səhranı al qanı ilə suvaranlar! Salam olsun, ey bizi bizə tanıtdıran, ey bizi biz edən, ey bizi bizliyimizə qaytaran! Saymaqla bitib-tükənmir bu salnamə. Hər səhifəsi bir örnək, hər səhnəsi bir nicat yoludur. Hər xatirəsi bir nur endirir həyatmıza. Allahım, Allahım, bu nə məktəb, bu yol, bu nə qəhrəmanlıqdır?! Allahım, bu fədakarlıq, bu qurbanlıqlar?! Allahım, bizi Hüseyn qiyamının mahiyyətini anlayanlardan qərar ver! Bizlərə bu hərəkatın hikmətlərindən bəhrələnmə nemətini əta et! Allahım, bizlərə ata necə oluru, ana necə oluru, qardaş, bacı, həyat yoldaşı, övlad, yaşlı, cavan, əmi, dayı, bibi, xala, şəhid, qurban vermə və digər bizlə bağlıların necə olurlarının Kərbəladan öyrənməyi əta et! Allahım! Bizləri dünya və axirətdə zillət girdabından uzaq edərək izzətlə yaşayışı əta et! Dünya və Axirətdə bizləri Hüseyn (ə), Zeynəb (s.ə) və ardıcılları ilə məşhur et! Amin! Ya Rəbbəl-Aləmin!
Mehdi Fərəc İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
|