Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 10 » ƏRİN AİLƏ BAŞÇISI OLMASININ FƏLSƏFƏSİ
    23:42
    ƏRİN AİLƏ BAŞÇISI OLMASININ FƏLSƏFƏSİ
    Ailə də cəmiyyət kimi, kamil surətdə formalaşması üçün təcrübəli bir rəhbərə ehtiyac duyur. Aydındır ki, heç bir cəmiyyət tədbirli rəhbər olmadan müvəffəqiyyət qazana bilməz. Ailənin idarə edilməsinin hər ikisinə tapşırılması - əslində cəmiyyəti rəhbərsiz qoymaq deməkdir. Çox təəsüf ki, 20-ci əsrdən əvvəl qadına heç bir hüquq verməyən Qərb ölkələrində bu gün feminizm baş götürüb gedir. Onların nəzərinə görə, ailəni həm kişi, həm də qadın idarə etməlidir ki, bu da ailənin başçısız qalmasına gətirib çıxarır və nəticədə cəmiyyətin özüllərinin dağılmasına səbəb olur.
    Əgər bu "bərabərlik” hər bir məsələdə və mövzuda olarsa, onların ruhi və cismi bacarıqları nəzərə alınmazsa, zülm hesab edilə bilər. Qadına kişi rolunun verilməsi və qadın olmağına diqqət edilmədən vəzifələrin hər ikisi arasında bərabər bölünməsi - zülmdür.
    Qadın və kişinin bərabərliyini iddia edənlər, bu mövzuda Qərbi də arxada qoymaq istəyirlər. Belə ki, bəzi Qərb hüquqşünasları bu fikirdədirlər ki, qadın və kişi hüquqları bərabər ola bilməz. Mazu - Fransanın tanınmış hüquqşünaslarından hesab edilir. O, qəbul olunan evlənmə hüquqlarının islah olunması qanununu araşdıran zaman yazmışdı: "Əgər elə bir sistem tənzim etməyə çalışsaq ki, nə ər mövcud olsun, nə də arvad və bu sistemə əsasən ər və arvad eyni vəziyyətə malik olsunlar - sırf bərabərlik mümkün olmayacaqdır. Qəbul olunan qanun da bu məsələni təsdiq etməmişdir. İstədiyi tək şey o idi ki, qadınla kişi arasında olan münaqişəni azaltsın”.
    Ailə başçılığına aid bəzi kəlmələrin işlənməsinə də etiraz edənlər olmuşdur. Onlar deyirlər: ""Ailə başçısı” kəlməsinin istifadə edilməsi - nəinki ailədəki nəzmi qoruyur, hətta kişidə özünü böyük saymaq kimi sifətlər formalaşdırır. Ailənin başqa üzvlərini də bu səltənətə tabe olmağa vadar edir”.
    Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, ölkəni idarə edən prezident də lazım deyildir. Çünki prezident cəmiyyətdəki nəzmi poza bilər və özünü başqalarından böyük və güclü hesab edə bilər. Belə ki, ailə də kiçik bir cəmiyyətdir.
    Bəs bu məsələyə İslamın nəzəri necədir?
    Quran və hədislərimizdən belə nəticə çıxartmaq olur ki, ər - ailənin başçısı və idarəçisi olmalıdır.
    Allah Təala buyurur: "Kişilər arvadların ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birini o birisinə üstün etməsi və kişilərin öz mallarından nəfəqə verdiklərinə görədir” ("Nisa” surəsi, ayə 34).
    Allah Təala bu ayədə ailənin başçılığını kişiyə tapşırır. Çünki kişi cinsi daha güclü olduğu üçün ailənin nəfəqəsi və maddi cəhətdən təmin edilməsi onlar tərəfindən təmin edilməlidir. Bu ayə ərin rəhbərliyinin əsl səbəbini bəyan edərək, buyurmuşdur: "Allahın onlardan birinin o birisinə üstün etməsi”. Bu ayə ilə Allah bəyan etmək istəmişdir ki, bu fərq - onların yaradılış növünə qayıdır. Bu nəzərdən Allah əsas vəzifəni ərin boynuna qoymuş və buyurmuşdur: "kişilərin öz mallarından nəfəqə verdiklərinə görədir”. Yəni bu rəhbərlik, kişilərin qadınlara və ailəsinə görə maliyyə öhdəçiliyini üzərinə götürdüyü üçündür.
    Diqqət etmək lazımdır ki, ailəyə rəhbərlik etmək kişinin insanlıq və ya ictimai baxımdan qadın cinsinə üstün olması demək deyildir. Əksinə, ictimai məsləhətlər əsasında, qadın və kişinin fitri istedadları nəzərə alaraq, rəhbərlik kişilərə aid edilmişdir. Qurani-Kərim kamil insan mövzusunda cinsiyyət üstünlüyü haqqında söz açmamışdır. Onun əsas götürdüyü meyar - ancaq təqvadır. Əllamə Təbatəbai bu ayənin təfsirində buyurmuşdur: "Allah Təala Kərim kitabında bəyan etmişdir ki, bütün insanlar - həm kişilər və həm də qadınlar, heç bir istisna olmadan, bir ağacın budaqlarıdırlar. Vahid bəşəriyyət təbiətini yaratmaq üçün bütün hissələrə ehtiyac vardır. Nə qədər ki, kişi cinsinə ehtiyac vardır, o qədər də qadın cinsinə ehtiyac vardır”.
    "Təfsiri-nümunə”də bu ayənin təfsirində deyilir: "Quran bu ayədə bəyan etmişdir ki, rəhbərlik məqamı kişilərə verilməlidir. Bu da kişilərdə olan xüsusiyyətlərə görə onlara verilmişdir”.
    İmam Muhəmməd Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Bir qadın Peyğəmbərin (s) yanına gəlir və soruşur ki, ərin arvad üzərindəki haqqı nədir? Peyğəmbər (s) buyurur: "Kişiyə itaət edin və üsyan etməyin. Onun icazəsi olmadan oruc tutmayın. Onun izni olmadan evdən çıxmayın”.
    Kuleyninin və Mərhum Səduqun nəql etdiyi başqa bir hədisdə İmam Muhəmməd Baqirdən (ə) nəql edilmişdir: "Bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Allahın göndərdiyi! Ərin arvadı üzərindəki haqqı nədir?”. Həzrət (s) buyurur: "Ərin icazəsi olmadan evdən bayıra çıxmamaq. Əgər ərdən icazəsiz bayıra çıxarsa, evə qayıdana qədər səmanın, yerin mələkləri, qəzəb və rəhmət mələkləri ona lənət edər””.
    Ərin ailəsinə rəhbərlik və başçılıq etməsi zalımcasına bir rəhbərlik deyil, müdrikcəsinə və ağıllı bir rəhbərlik olmalıdır. Əllamə Təbatəbai "Bəqərə” surəsinin 234-cü ayəsinin təfsirində buyurmuşdur: "Kişinin qadına rəhbərlik etməsi o demək deyildir ki, qadını malik olduğu iradədən məhrum etsin. Kişinin rəhbərlik etməsi o demək deyildir ki, qadını fərdi və ictimai hüquqlarının istiqlalından məhrum etsin. Deməli, qadının azadlıq və istiqlalı öz yerində qalır. O, həm fərdi və ictimai hüquqlarını hifz edə bilər, həm onu müdafiə edə bilər, həm də onu hədəflərinə çatdıracaq şeylərə malik ola bilər”.
    Beləliklə deyə bilərik ki, İslamda ər-arvadın maddi və qeyri-maddi rabitələri ədalət üzərində qurulmuşdur. Maddi rabitələrdə qadın öz mal-dövlətindən istifadə etmək haqqına malikdir. Bunu İslamın iftixarlarından hesab etmək olar.
    Qeyri-maddi məsələlərdə də bütün ictimai, psixoloji və təbii məsələlər ərin öhdəsinə qoyulmuşdur. Ancaq heç bir zaman zülm və istibdad olmamalıdır. Bu rəhbərlik müdrüikcəsinə və ağıllı olmalıdır. Qadının ərinə itaət etməsi və evdən çıxarkən icazə alınmasının lazımlığı da elə buna görədir.
    Hazırladı: Məşhədi Xanım,
    /Deyerler.org/
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Ailə | Baxilib: 545 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024