Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 19 » QƏDR GECƏSİ – MÜBARƏK AYIN TƏQVA MÜKAFATINI ALMAQ FÜRSƏTİ (Cümə söhbətləri)
    22:19
    QƏDR GECƏSİ – MÜBARƏK AYIN TƏQVA MÜKAFATINI ALMAQ FÜRSƏTİ (Cümə söhbətləri)
    Cümə söhbətləri Bismilləhir-Rahmənir-Rahim! Mübarək Ramazan ayının xeyli hissəsini geridə qoymuşuq. Sanki bu nurani ay yenicə başlamışdır. Əvvəl günlər, sonra həftələr geridə qaldı. Kimisi bu geridə qalmş günlərin fürsətlərindən yararlandı, kimisi isə itirə-itirə getdi. İndi hamılıqla bu ayın ən böyük imkanına yetişmişik. Qədr gecəsinin əhyasıdır bu ən böyük imkan. Bir gecələrdir ki, bunlarda hər birimizin təqdiratı müəyyən olunur. Hər birimizin vücudi tutumu, vücudi əndazəsi müəyyən olunur. Hər birimizin vücudi ölçüləri müəyyənləşir. VÜCUDİ TUTUMLAR MÜƏYYƏN OLUNAN GECƏ "Qədr” sözünün anlamı – ölçü, tutum, əndazə mənasınadır. Mübarək Ramazan ayının gecələri ilə bağlı istifadə olunan istilahi mənası budur ki, bu gecələrdə hər birimizin vücudi tutumu müəyyənləşir. Bu gecəyə necə gəlmişik? Bu gecəyə hazırıqmı? Bu gecənin hansı ayda olmasının fərqinə varırıqmı? Bu gecədə nəyin nazil olmasının dərkindəyikmi? Bu gecəyə necə daxil olmalıyıq? Bu gecədən hansı vəziyyətdə çıxmalıyıq? Bu haqda hər birimiz fikirləşməliyik. Amma bir o şübhəsizdir ki, Allah dərgahında olduğunun fərqinə varanlar bu gecəyə fərqli durumda daxil olurlar. Özlərindən və dünyadan şikayətli halda gəlirlər. Kiminsə qəlbini sındırıbmı? Bu anlamda əhya gecələri fövqəladə imkanlar təqdim edir. Danışaq Rəbbimizlə, ünsiyyət saxlayaq Rəbbimizlə. Çünki, bir gecədir Qədr gecəsi ki, 1000 ay mislindədir. Sübhədək insanın fürsətləri var. Allah dərgahında razu-niyaz etsin. Başına gələnlər üzərində düşünsün. Öz başına gətirdikləri haqqında təhlillər aparsın. Rəbbimizdən özümüzün islahını istəyək. Üzləşdiyimiz bəlalardan qurtulmaq istəyək. Bu gecədə insanın diqqət yetirməli mövzulardan ən ciddisi – "bu, hansı aydadır?” sorumudur. Bir aydır ki, Allah Təala hər birimizin qapısını döyüb və Öz ziyafətinə dəvəti hər birimiz üçün edib. XÜSUSİ MÜRACİƏTLƏ ZİNƏTLƏNMİŞ BİR DƏVƏT Həmd olsun Allaha ki, bizlərə mübarək Ramazan ayını tanımaq səadətini verib. Həmd olsun Allaha ki, bizlərə ağıl, düşüncə verib, iradə verib. Bizlərə islah olunma, tərbiyələnmə qabiliyyəti verib. Həmd olsun Allaha ki, Öz mübarək ziyafətində iştirak etmək üçün bizə imkan verib. Bizləri öz ziyafətinə dəvət edib. Rəbbimiz bizi Öz ziyafətinə şəxsən dəvət edib. Allah Kitabında – Qurani-Kərimdə aydın şəkildə imanlı adlanmaq istəyən hər bir kəsə müraciətlə ünvanlanaraq, məhəbbətlə, mehribanlıqla dolu xitabla Öz qonaqlığına, Öz ziyafətinə dəvət edib. "Ey iman gətirənlər! Sizlər üçün oruc yazıldı, qərar verildi, necə ki, sizlərdən öncəkilər üçün də oruc yazılmışdı və qərar verilmişdi”, - deyə Rəbbimiz bizlərə bütün məhəbbəti ilə müraciət edir. Sanki Rəbbimiz, "Ey iman gətirənlər, ey mənim bəndəliyimə iddialı olan kəslər, Mən sizləri bu mübarək Ramazan ayında öz ziyafətimə dəvət edirəm”, - deyə bizləri ayıldır. Həmin ayənin ardında isə həmin qonaqlığın iştirakçısının mükafat qazanmaq imkanının olmasından da xəbərdar edir. MÜKAFATI ÖZÜ KİMİ MADDİ OLMAYAN ZİYAFƏT Mübarək Ramazan ayındaN olan İlahi ziyafət – maddi ziyafət deyil. Bu, bizlərin öyrəşdiyi qonaqlıqlardan çox-çox fərqlənir. Burada maddi nemətlər də yoxdur. Elə bir ziyafətdir ki, burada əksinə olaraq, iman əhli maddi məsələlərdən çəkinər. Hətta başqa vaxtı onlar üçün halal buyurulmuş nemətlərdən də bu ayda pəhriz olunar. Yəni, bu İlahi qonaqlığın ab-havası, bizim dünyada öyrəşdiyimiz maddi ziyafətlərdən deyil.Allahın dəvət etdiyi bu qonaqlıq maddi olmadığı kimi, Rəbbimizin bu qonaqlıqdan dorğu-dürüst bəhrələnən kəsə vəd etdiyi hədiyyə də təbii ki, maddi deyil. İnsan dəvət olunan yerin ab-havasına uyğun olaraq mükafat alar. Misal üçün, elm yarışında iştirak edərək qalib gələn insana, əsasən mahiyyətinə uyğun olaraq ya bir kompüter, ya müəyyən dərs vəsaiti hədiyyə edərlər. Həmin şəxsə idmanla bağlı bir hədiyyə verməzlər. Təbii ki, Allahın da mükafatı qonaqlığına uyğun bir mükafatdır. Allah bizləri yuxarıdakı ayədə veriləcək mükafatdan xəbərdar edir – "...İnşəallah, ola bilsin ki, sizlər bu aydan təqvalı halda çıxasınız”. Allahın vəd etdiyi mükafat budur. Əgər bu ayın içərisində olanlardan doğru-dürüst istifadə edə bilsək, Rəbbimiz bizlərə bunun müqabilində təqva mükafatı vəd edir. Göründüyü ki, bu qonaqlığın mükafatı maddi deyil. BU ZİYAFƏTİN QONAĞININ LİBASI – TƏQVA GEYİMİDİR İnsan bir yerə dəvət olunanda, qonaq çağırıldığı yerə uyğun hazırlıq işləri görər. Birinci Qədr gecəsini qeyd etmək üçün gələn insan özü ilə Quran, dua kitabları götürür. Heç kəs Qədr gecəsinə gələndə bu gecəyə uyğun olmayan vəziyyətdə gəlməz. Hər kim Qədr gecəsini saxlamaq üçün gəlsə, bu gecənin tutumuna uyğun hazırlıqlar görməyə çalışır. Bir adam idman yarışına gedəndə özü ilə astronomiya kitabı aparmır. Yəni, hər məkanın, hər məqamın özünə uyğun hazırlığı var. Allah ayında qonaqlığa dəvət olunan kəsin geyimi nədir? Yuxarıda vurğuladıq ki, hər hansı bir tədbirin mükafatı ilə o tədbirin ab-havası, qaydaları uyğun gəlməlidir. Allah Təala bizlərə mübarək Ramazan ayında mükafat olaraq nə vəd edibsə, deməli bu İlahi ziyafətdə geyimimiz də həmin mükafata uyğun olmalıdır. Əxlaq ustadların bildirirlər ki, bu ziyafətin libası da təqvadan ibarətdir. Əgər biz Allahın qonağı olmaq istəyiriksə, gərək əynimizə təqva libası geyinək. TƏQVA LİBASIMIZ YOXDURSA, NƏ EDƏK? Ramazan ayının xeyli hissəsi geridə qalıb. Həmin günlər ərzində Allah qonaqlığına uyğun libasda ola bilmişikmi? Bizim bu qonaqlıqdan bəhrələnməmiz üçün kamil bir libasımız olmayıb. Əgər biri müəyyən yerə gedəcəksə və oraya uyğun geyimi olmazsa, həmin adam dostlarından, qohumlarından bir münasib paltar alıb geyinər. Ən rahatı odu ki, valideynindən alsın. Bizim də əksər halda bu ilahi ziyafətə uyğun libasımız yoxdur. İndi bu qonaqlığın ən böyük nemətlər olan gecəsinə - Qədr gecəsinə gəlib çatmışıq. Bu mənəvi imkanlardan istifadə etmək üçün uyğun libasımız yoxdur. Maddi qonaqlığa gedənlərin geyimləri olmazsa, valideynlərininkini alarlar. Bizim də çıxış yolumuz budur ki, Qədr gecəsində Rəsulallaha (s) müraciət edək. "Ya Rəsulallah (s)! Bizlər sənin balanıq, Allah bizləri qonaq çağırıq. Əynimizə geyinməyəyə təqva libasımız yoxdur. Ya Rəsulallah (s)! Balalarına əyinlərinə geyinməyə bir şey ver!”, - deyə ümməti üçün ürəyi yanan əziz Peyğəmbərimizə (s) müraciət edək. Əmirəlmömininə (ə) müraciət edək. "Ya Əli (ə)! Sən imkansızlara əl tutan Əlisən! Sən yoxsullara, fəqirlərə, yetimlərə əl tutan Mövlasan! Əli (ə) can! Yetimlərin gəlib İlahi ziyafətə daxil olub, amma əynimizdə bu ziyafətə uyğun mənəvi libasımız yoxdur!”. Xanım Zəhra (s.ə) qapısını döyə bilərik. "Anacan, övladın bir şeyi çatmayanda gəlib anasına deyər. Anacan, bu İlahi ziyafətdə Rəbbimlə danışmağa sözlərim var. Amma, bu İlahi ziyafətdə əynimə geyinməyə uyğun geyimim yoxdur. Bizlərə bu əhya gecəsində təqva geyimindən hədiyyə et!”. TƏQVA MÜKAFATINI ALMAQ ÜÇÜN QƏDR GECƏSİ FÖVQƏLADƏ FÜRSƏTDİR Mübarək Ramazan ayında və xüsusilə də Qədr gecələrində onu qazanmaq üçün böyük fürsətlər olan təqvaya insanın həyatının hər bir anında, hər bir mərhələsində ehtiyacı var. Əgər bir günlə yaşamasaq, təqvanın nə olduğu anlayarıq. Həzrət Əli (ə) buyurur: "Sizin ən uzaqgörəniniz - ən təqvalınızdır”. Kim ki, uzaqgörəndir, o, bir gün öləcəyini başa düşür. Öləndə insana heç nə kömək ola bilməyəcək. Əhya gecələrinin qəhrəmanı olan Həzrət Əmirəlmöminin (ə) bizi ölüm barədə də xəbərdar edir: "Ölümü - qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun”. Həqiqi uzaqgörən insan - bu buyuruşa diqqət edən kəsdir. Heç kəsim təminatı yoxdur ki, neçə il yaşayacaq. Peyğəmbərimiz (s) buyurur: "Elə bir mənzərə görmədim ki, qəbirdən daha qorxulu olsun”. Qəbir – mexaniki bir yer deyil. Qəbir insanın ruhu ya xoşhal olan, ya da əzablar çəkən yerdir. İmam Sadiq (ə) buyurur: "Qəbir hər gün söhbət edir və deyir: "Mən qürbət eviyəm. Mən tənhalığın eviyəm. Mən qurdların eviyəm. Mən qəbirəm. Mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm”. Qəbirin necə olacağı bizlərin dünyada gördüyü əməllərdən asılıdır. Necə gəldi yaşasaq, cəhənnəm çuxuru olacaq. Həyatımızda hər zaman buna diqqət etsən və təqvalı yaşasaq, cənnət bağına çevriləcək. Əhya gecələri bütün bunları xatırlamaq, bunlar barədə düşünmək üçün ən böyük imkandır. Həzrət Əli (ə) buyurur: "Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbirdir. Belə isə, qəbrin darlığından, təzyiqindən, qaranlığından və tənhalığından qorxun”. Yəni, bizim hər birimizi bağışlanmayacağımız təqdirdə dar, sıxıntılı, qaranlıq qəbir gözləyir. Hər kəs bir gün dünyadan gedəcək. Bu sıxıntını yaşamamaq onun özündən, öz əməllərindən asılıdır. GEYİMİ, MÜKAFATI TƏQVA OLAN GECƏNİN TƏQVA TƏCƏSSÜMÜ OLAN QƏHRƏMANI Bu İlahi ziyafətin geyimi təqvadır. Bu ziyafətin mükafatı da təqvadır. Bu mübarək ayın şah zirvəsi olan Qədr gecəsinin şəhidi də təqvanın ən uca zirvəsində idi. Bir kəs idi ki, təqvanın tam surətdə, hər mənada simvoludur. Əlini (ə) niyə sevmirlər? Niyə görə istər onun həyatında, istərsə də şəhadətindən sonra kimlərinsə onunla ədavəti var? Onların Əmirəlmöminin təqvasını həzm edə bilmirlər. Həzrət Əli (ə) həm özü təqvanın rəmzidir, həm də insanları təqvaya doğru yönəldən bir şəxsdir. Əmirəlmöminini hər kəs azdan-çoxdan tanıyır. Amma, Əlinin (ə) şagirdləri bir zirvədədir ki, tarix belə insanlar görməyib. Bu məktəbin layiqli tələbələrindən biri – Meysəm Təmmardır. Meysəm bir şəxsdir ki, Həzrət Əli (ə) dediyinə görə, Əli (ə) həqiqətini çatdırdığına görə dar ağacından asırlar, dili sakit durmur, onu da kəsirlər. HƏZRƏT ƏLİ (ə) MƏKTƏBİNİN LAYİQLİ ŞAGİRD Bir vaxt var idi ki, Meysəm Təmmar da sağ idi, Kərbəlanın ən böyük şəxsiyyətlərindən olan Həbib ibni Məzahir də sağ idi. Onların hər ikisinin ən böyük arzusu – Allah yolunda şəhid olmaqdır. Onların hər ikisi öz arzusuna çatacaq. Həbib Kərbəlada, Meysəm isə Kufədə. Bir gün Meysəmlə Həbib ibni Məzahir görüşüb söhbət edirlər. Bir qədər söhbət etdikdən sonra, görüşün sonunda Həbib Meysəmə deyir: "Sanki Peyğəmbərin (s) ailə-övladı ilə dostluq yolunda dara çəkilən, yemiş satan bir qocanı görürəm”. Həbib işarə edir ki, bir gün Meysəm dara çəkiləcək, ağ saqqalı qanının rənginə boyanacaq. Meysəm də onun cavabında deyir: "Mən də Peyğəmbərin (s) qızının övladına yardım üçün qiyam edən, öldürülən, başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram”. Meysəm Həbibin Kərbəladaki şəhadətinə işarə edir. Bir qədər keçdikdən sonra həmin yerə Ruşeyd Həcəri gəlir. Soruşur, "Meysəmlə Həbib nə danışırdılar?”. Onların nə danışdığını Ruşeydə bildirirlər. Ruşeyd deyir: "Allah Meysəmə rəhmət etsin. O, bir şeyi deməyi unudub ki, Həbibin başını nizəyə keçirib Kufəyə gətirənə yüz dirhəm verərlər”. Bax, belə qəhrəmanları yada salıb, gedirik əhya gecələrinə. Onların nurlu nümunəsi sayəsində biz ixlasın nə olduğunu hiss edə, sezə bilərik. Uca Allahdan duamız budur ki, bizə bu ixlaslı duruma yetişməyi qismət etsin. Allahım, bu Əhya gecələrində dərgahına gələn qonaqları əliboş qaytarma! Allahım, bizlərə bu günlərdə bağışlanmağı nəsib et! Allahım, dünya və axirətimizi Əmirəlmöminin (ə) ilə məşhur et! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Haci Ilqarin cümə söhbətləri | Baxilib: 486 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024