Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 10 » PEYĞƏMBƏRLƏRİN İSMƏTİ - MƏSUMLUĞU BARƏDƏ...
    23:47
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİ - MƏSUMLUĞU BARƏDƏ...
    İlk əvvəl qeyd olunmalıdır ki, "ismət” mövzusu peyğəmbərlərin günah etməməzliyindən bəhs edən mövzunun adıdır. Kəlam elmi kitablarında adı keçən bəhs, məhz bu başlıq altında müzakirə olunur. Ancaq bu mövzunun müzakirəsini kəlam kitablarında yer almasına baxmayaraq, yalnız kəlam kitablarına aid etmək olmaz. Çünki, bir hissəsi Quranla bağlı olduğu üçün, bu barədə həm də təfsir bölümündə çox geniş müzakirələr olunmuşdur. Hətta yalnız bu mövzudan bəhs edən müstəqil kitablar da yazılmışdır. Buna misal olaraq, Ayətullah ustad Cəfər Subhaninin "İsmətul-Ənbiya” və həmin adda Fəxrəddin Razinin kitablarını qeyd etmək olar. Həmçinin Seyyid Mürtəzanın "Tənzihul-Ənbiya” kitabını da qeyd etmək yerinə düşər.
    "İsmət” bəhsi - hal-hazırda mövcud olan İslam mədəniyyətinin doğru-dürüst qalmasını və təhrifdən qorunmasını təmin edən ən ümdə məsələlərdəndir. İslam dünyagörüşünün ikinci əsası olan "nübuvvət”, məhz bu sarsılmaz sütun üzərində bərqərar olub. Əgər bu bünövrəyə bir zərər gələrsə, artıq bu dünyagörüşün "nübuvvət” deyilən bir əsası qalmaz. Qeyd edilməlidir ki, "ismət” anlayışı özünün bütün çalarları ilə İslam dünyagörüşünə aiddir.
    Göründüyü kimi, "nübuvvət” müəssisənin ayaqda durması, müsəlmanların ismətə verdiyi qiymət və göstərdiyi diqqətdən asılıdır.
    Bundan əlavə, görəsən, mümkündürmü ki, günahsız, səhvsiz və xətasız bir insan olsun? Əgər bu mümkünsə, bəs bu günah və səhvdən qorunma necə həyata keçir? Əcaba, peyğəmbərlər Allah tərəfindən birbaşa müdaxilə ilə qorunur, yoxsa özlərimi özlərini qoruyurlar? Əcaba, peyğəmbərlər günah və üsyan edə bilməyən mələk kimidirləmi? Günah yaradan amillər onlarda yoxdurmu? Yoxsa istəsələr belə, günah edə bilməzlər, Allah tərəfindən qorunarlar? Yox, əgər günah yaradan amillər varsa, o zaman günah və xəta necə olur ki, baş vermir? Yaxud, doğrudanmı bəzilərinin dediyi kimi, Quran belə açıq şəkildə bəyan edir ki, bu ülgü şəxsiyyətlər günah və ya səhv edə bilərlər? Bəs o zaman elə həmin Quranın onların günah və səhv etməmələrinə dair buyurduğu ifadələr nədir?
    Öhdələrində ən ağır məsuliyyətlər olan İlahi səfirlər və ya bu missiyanı yerinə yetirməyə seçilmiş ülgü şəxsiyyətlər, İlahi əhd-peymanın ən sadiq nümayəndələri, bəşəriyyətin istər mənəvi, istərsə də cismani təkamülünün gerçəkləşməsi, onun əxlaqi pozğunluqlardan xilası, insan cəmiyyətinin paklanması - bir sözlə, həyatın bütün müstəvilərində kamil insan olmaq missiyasını yerinə yetirməyə layiq görülən peyğəmbərlər, gərək pəhrizkarlıq və təqvanın ən yüksək dərəcəsində olsunlar. Bizim "ismət” adlandırdığımız bu məqam olmadan, bu ali missiyanın hədəfi, həyata keçmədən qalacaq.
    Əlbəttə, "ismət” təkcə "günahdan çəkinmək və məsiyyətə aludə olmaqdan çəkinmək” anlamında deyil. Onun "hər cür xəta, səhv, azmaq və yalnışlıqdan qorunma” kimi mühüm bir şaxəsi də var. Əgər onlar bu müstəvidə İlahi yardımlarla sığortalanmasalar, besətin – bu ali missiyanın hədəfi hasil olmaz. Bu iki şaxənin də hər ikisinin müxtəlif bölümləri vardır: kəbirə (böyük) günahlar müqabilində ismət, kiçik günahlar (səğirələr) müqabilində ismət. Habelə, bu sırada nübuvvətdən əvvəlki dönəmlərdə ismət, nübuvvətdən sonrakı dönəmlərdə ismət, vəhyin və risalətin çatdırılmasında xəyanətdən ismət və s. kimi göstərilməlidir. Səhvlərdən ismət bölümündə də vəhyin anlanılmasında və çatdırılmasında səhvdən ismət, dini işlərdə və şəriət hökmlərində xətadan ismət və nəhayət, dünyəvi işlərdə - ictimai və fərdi işlərdə səhv və xətadan ismət kimi altbölümlər mövcuddur.
    Çox təəssüflə qeyd olunmalıdır ki, bəzi İslam məktəbləri peyğəmbərlərin isməti barəsində ixtilaf ediblər.
    Günah və məsiyyətdən ismət barəsinsdə aşağıdakı rəylər mövcuddur:
    Əşarilər nübuvvət zamanında bütün kəbirə günahları istər səhvən olsun, istərsə də qəsdən mütləq şəkildə rədd ediblər. Kiçik günahları isə qəsdən yox, səhvən caiz hesab ediblər. Bir qrup əşarilər nübuvvətdən əvvəl küfr istisna olmaqla, istər səhvən, istərsə də qəsdən bütün günahları caiz biliblər.
    Əhli-sünnə məktəbinin böyük kəlamçılarından olan Təftəzani "Şərhul-Məqasid”də deyir: "Bizim məzhəb besətdən sonra kəbirə günahları mütləq şəkildə rədd edir. Qəsdi şəkildə edilən kiçik günahları da həmçinin. Amma bunlar səhvən mümkündür. Bizdən İmamul-Hərəmeyn Cuveyni və mötəzilədən olan Əbu Haşim besətdən sonra qəsdən edilmiş səğirələri caiz hesab ediblər.
    Həmçinin Cuveyni "Kitabul- İrşad” da deyir: "Aşağılanmaya və dinin zəifliyinə səbəb olan açıq-saçıq günahlardan ismət vacibdir. Bunda icma vardır. Ağıl da buna təkid edir. Lakin kiçik günahlara gəlincə, ağıl onları rədd etmir. Bizdə onların nəfyinə və sübutuna dair qəti dəlil yoxdur. Bu zənni məsələ barəsində bizim fikrimiz soruşulsa, deyirik ki, bizim zənnimiz daha çox onun caizliyinədir. Allahın kitabındakı peyğəmbərlərin qissələri buna şahidlik edir”.
    Cürcani "Şərhul-Məvaqif”də deyir: "Besətdən sonra kəbirə və rəzilliyə səbəb olan səğirə, həm də failin rəzilliyinə dəlalət etməyən qəsdi-səğirə günahlar qeyri-mümkündür. Amma kəbirə günahların suduru besətdən əvvəl mümkündür”.

    Bir qrup əşari, o cümlədən Quşçu bu əqidədə olublar.
    Təftəzani "Şərhul-Əqaidul-Nısfiyyə”də qeyd edir: "Onlar vəhydən əvvəl və sonra küfrdən icmayla məsumdurlar. Vəhydən əvvəl səhvən edilən kəbirələrə gəlincə, onu əksəriyyət caiz bilir. Səğirələrə gəlincə, onlar cumhurun nəzərində - Cubbai və ona tabe olanlardan başqa -qəsdi olaraq caiz hesab olunur. Amma səğirələr səhvən olarsa, bunun caizliyi üzərində ittifaq var, yalnız rəzalət və alçalmağa səbəb olmazsa”.
    Mötəzilə əqidəsində olanların əksəriyyəti besətdən əvvəl kəbirə günahları qeyri-mümkün hesab ediblər.
    Qazi Əbdül-Cabbar mötəzili kitabında buyurur: "Peyğəmbərlərin nə besətdən əvvəl, nə də ondan sonra kəbirə günahlara mürtəkib olması mümkün deyil. Amma toplumun nifrətinə və rəzilliyə səbəb olmayan səğirə günahların peyğəmbərlədən suduru mümkündür.
    Mötəzilənin məşhur kəlamçılarından və öncüllərindən olan Əbu Əli Cubbai etiqadlı olub ki, peyğəmbərlər besətdən sonra qəsdən nə kəbirə, nə də səğirə günah etmirlər. Ancaq bunun besətdən əvvəl baş verməsi mümkündür. Həmçinin besətdən sonra səhvən səğirələr mümkündür. Ümumiyyətlə əksər mötəzilə əqidəsində olanlar peyğəmbərlərin buluğ vaxtından məsum olduqlarına, nübuvvətdən əvvəl küfr və kəbirə günahlara mürtəkib olmadıqlarına, xalqın nifrətinə və geriliyə səbəb olmayan səğirə günahların onlardan suduruna etiqadlı olublar.
    Onların məsum olması nübuvvət vaxtındandır. Ondan əvvəl onlardan günahın sadir olması mümkündür - bu, əksər əşarilərin, o cümlədən Fəxrəddin Razinin, Əbu Əli Cubbai və Əbu Həzil kimi bəzi mötəzilələrin əqidəsidir.
    İsmətin ikinci növü olan risalətin təbliğində səhv və xətadan ismət barəsində sevindirici haldır ki, İslam kəlamçılarının ittifaqı var. Yalnız qazi Əbu Bəkr Baqillani risalətin təbliğində xətanı mümkün hesab etmişdir.
    Göründüyü kimi, risalətin təbliğində İslam mütəkəllimlərinin ittifaqı olsa da, bu ittifaqı peyğəmbərlərin günahdan ismətinə şamil etmək olmaz. İslam məktəblərinin nümayəndələrindən kimisi kəbirə günahları, kimisi səğirə günahları, kimisi qəsdən, kimisi də səhvən, kimisi besətdən əvvəl, kimisi də besətdən sonra bu tip günahların peyğəmbərlərdən sadir olmasını mümkün hesab etmişlər. Bu məktəblərin heç biri "mütləq ismət” sifətini peyğəmbərlərə şamil etməmişlər. Amma İslam məktəblər içində yalnız bir məktəb - "Əhli-beyt” (ə) məktəbi "mütləq ismət” məsələsi üzərində təkid etmişdir. Bu məktəbin dünyagörüşündə istər nübuvvətdə əvvəl, istərsə də nübuvvətdən sonra, istən qəsdən, istərsə də səhvən, istər kəbirə, istərsə də səğirə günahlar mütləq şəkildə peyğəmbərlərdən uzaq hesab edilir.
    Yuxarıda İslam məktəblərinin görüşlərində nəzərdən qaçmayan nüans bundan ibarətdir ki, imamiyyə məktəbindən başqa bütün məzhəblər həm peyğəmbərlərin əməllərində ismətin radiusu - əhatə dairəsi barəsində, həm də zamanı, yəni onun hansı zamana şamil olması barəsində ixtilaf ediblər. Bu məktəblərin ortaq xüsusiyyəti - hər birinin bu və ya digər şəkildə günahı məqbul sayması olmuşdu.
    İsmətin üçüncü növü olan ilahi hökmlərin icrasında, fərdi və ictimai işlərin yerinə yetirilməsində səhv və unutqanlıqdan ismət barəsində də ixtilafları var. Belə ki, Əhli-beyt (ə) məktəbindən başqa digərləri bu növ isməti peyğəmbərlər üçün lazım bilmirlər. Başqa bir ifadə ilə desək, onların fikrincə, bu cür "dünya işlərində” peyğəmbərlərin isməti vacib deyil.
    Ardı var...

    Azər Nəsirov
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
    İstifadə edilmiş ədəbiyyat:
    Fazil Miqdad, "Əl-Ləvamiul-İlahiyyat fil-məbahisil-kəlamiyyə" - Qazi Təbatəbainin təhqiqi;
    Fazil Miqdad, "Ən–Nafiu-Yavmul-Həşr fi Şərhi əl-Babil-Hadiyə-Əşərə";
    Təftəzani, "Şərhul-Məqasid";
    Cuveyni, "Kitabul-İrşad ilə Qəvatiul-Ədilləti fi Usulil-Etiqad";
    Cürcani, "Şərhul-Məvaqif";
    Muhəmməd Səidi Mehr, "Amuzeşi-Kəlame-İslami";
    Təftəzani, "Şərhul-Əqaidun-Nısfiyyə";
    Ustad Cəfər Subhani, "İsmətul-Ənbiya";
    Qazi Əbdül-Cabbar Mötəzili, "Şərhu-Usuli-Xamisə";
    Ayətullah Məkarim Şirazi, "Pəyame-Quran", 7-ci cild;
    Əllamə Məclisi, "Biharul-Ənvar", 11-ci cild
    Doktor Əli Şirvani, "Tərcüme və şərhi "Kəşful-Murad"
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 644 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024