Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Noyabr » 29 » NİYƏ 1400 İL BUNDAN ƏVVƏL ŞƏHİD OLMUŞ KƏSLƏRƏ HƏR İL YAS SAXLANILIR?
    04:37
    NİYƏ 1400 İL BUNDAN ƏVVƏL ŞƏHİD OLMUŞ KƏSLƏRƏ HƏR İL YAS SAXLANILIR?

    Tarixi boyu və günümüzədək islam düşmənlərini narahat edən və məlumatsız insanları maraqlandıran məsələ və suallar bunlardır ki niyə 1400 il əvvəl şəhid olmuş kəslərə hər il yas saxlanılır? İslam yolunda, peyğəmbərlərdən, İmamlardan, alimlərdən və sıravi müsəlmanlardan o qədər şəhid olub, niyə məhz Kərbəla şəhidlərinə hər il 2 ay matəm saxlanılır? Axı şəhidlərin yeri cənnətdir, buna sevinmək lazımdır, ağlamaq yox.
     İmam Hüseyn (ə) aşiqlərinin məhərrəmlik dönəmində İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə saxladıqları matəm və Kərbəla müsibətini yaşadıb dünyaya çatdırmaları, islam düşmənlərini ona görə narahat edir ki, çünkü bu əza məclisləri müsəlmanları, qeyri-müsəlmanları, toplumları sirkələyir və oyadır. Ayrıca onu deyək ki, bu Peyğəmbərimizin (s) və İmamlarımızın (ə) göstərişidir.
     O ki qaldı niyə şəhid olmuş başqa İmam və övladlarına, tarixi boyu islam yolunda şəhid olmuş digər müsəlmanlara bu qədər ağlamırıq, hər il yas saxlamırıq, məhz İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə hər il 2 ay əza məclisləri qururuq və matəm saxlayırıq - cavabı budur ki, İmam Hüseyndən (ə) əvvəl və sonrakı İmamların (ə) dövründə islamın aradan getmə təhlükəsi bu qədər gerçək və real deyildi. İmam Hüseyn (ə) Yezidə beyət etməməklə və qiyam etməklə İslam dinini qorudu və beləliklə, İslam bu günümüzə qədər gəlib çatdı. Əks halda İslamdan əsər-əlamət olmayacaqdır. Belə ki, İmam Hüseyn (ə) vaxtında Həzrət Peyğəmbərin (ə) dövründən 46 il keçirdi və yeni nəsil müsəlmanlar meydana gəlmişdir və bu müsəlmanların əksəriyyəti də islamı belə anlayırdılar ki, kim islam xəlifəsidirsə və onun etdiyi bütün hərəkətlər İslam və Quran qanunlarına uyğundur. Amma yeni nəsil müsəlmanlar bunu da bilirdilər ki İmam Hüseyn (ə) Beş Kimsədən (Həzrət Muhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə.), İmam Həsən (ə), İmam Hüseyn (ə)) biri və Həzrət Peyğəmbərin (s) nəvəsidir və sözsüz ki, düzgün yoldadır. Yezid (lən) aşkarda şərab içirdi, əyyaşlıqla məşğul olurdu, böyük günahlar edirdi - qısası Quranda buyurulan haram-halala riayət eləmirdi. O, islam xilafətini qəsb etdiyindən, əgər buna kimsə etiraz eləməsəydi, yeni nəsil müsəlmanlar Yezidin (lən) bütün hərəkət, əməl və buyuruşlarını İslama və Qurana uyğun olduğunu zənn edəcəkdilər və beləliklə, onun yolunu davam edəcəkdilər və nəticədə İslamdan, Qurandan əsər-əlamət qalmayacaqdı və İslam bugünümüzə kimi gəlib çatmayacaqdır. Bütün peyğəmbərlərin (ə) əziyyəti və o cümlədən, Xatəmül-ənbiyanın (s) 23 illik əziyyəti. İmam Əlinin (ə) və İmam Həsənin (ə) zəhmətləri hədərə gedəcəkdi. Beləliklə, İmam Hüseyn (ə) Yezidə beyət etməməklə və qiyam etməklə yeni nəsil müsəlmanları İmam Hüseynə (ə) qarşı vuruşanları, evdə oturub İmam Hüseynə kömək etməyənləri, nəfsinə uyub Yezidin hədiyyələrini qəbul edib İmam Hüseynə (ə) qarşı çıxanları oyatdı, silkələdi, hamı dərk elədi ki, Yezid (lən) kimdir və nə kimi cinayətlər törədibdir.
     Günümüzdə də İmam Hüseyn (ə) aşiqləri hər il İmam Hüseynə 2 ay matəm saxlamaqla, onun və yanındakı sadiq insanların başlarına gələnləri yada salmaqla, bunu yaşadıb dünyaya çatdırmaqla həm o dövrün düşmənlərini və qəhramanlarını, nəfsinə uyanları və nəfsilə cihad edənləri, islama qarşı çıxanları və islama kömək edənləri tanıyırlar, həm də bu tanımaqla günümüzdə anoloji situasiyalarda vəzifələrinin nə olduğunu, nəyi seçmələrini öyrənirlər və öyrədirlər. Necə ki, İmam Sadiq (ə) buyurmuşdur: "Hər gün Aşuradır, hər yer Kərbəla”.
     Hər il 2 ay məhərrəmliyi yaşatmaqla sanki, insan olmaq. qeyrətli olmaq, hürr olmaq, zalıma baş əyməmək, haqqını tələb etmək, düzgün seçim etmək, nəfslə cihad etmək kurslarına gedirik və günümüzdə qarşımıza çıxan müxtəlif məsələlərdə necə hərəkət etməyimizi öyrənirik və İslamın aradan getmə təhlükəsini aradan aparırıq.
     Allah millətimizə məhərrəmlikdən layiqli dərsləri götürməyi və həyatımızda onları tətbiq etməyi nəsib eləsin, amin.
    Azər Cabbarlı,
     "Deyerler.org”un oxucusu
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 696 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Noyabr 2011  »
    BeÇaÇCaCŞВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024