Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Noyabr » 19 » NAMAZIN AİLƏNİN PSİXOLOJİ SAKİTLİYİNİ QORUMAQDAKI ROLU
    03:58
    NAMAZIN AİLƏNİN PSİXOLOJİ SAKİTLİYİNİ QORUMAQDAKI ROLU

    Şərifli Quran ayəsində oxuyuruq: "Allahı yada salmaqla qəlblər hüzur tapar”. Qəlb - insan nəfsinin dayaq nöqtəsidir. O zaman ki, qəlb hüzur tapar, insan nəfsi də inam qazanar. Ona görə də hüzurlu qəlbə malik olmaq üçün Allah Təalanı zikr etmək lazımdır. Allahın əkbərliyini zikr etmək isə namazladır. Nəticədə İlahini zikr edənlər hüzurlu qəlbə və etibarlı nəfsə malikdirlər. Onlar bir yerə yığılır və ailəni formalaşdırırlar. Bu ailədə hüzur vardır. Bu ailədə səfa, səmimiyyət vardır. O yerdə ki, səfa vardır, orada Allah nuru vardır.
     Namaz qılmaq və ibadət etmək namaz qılan şəxs üçün psixolji rahatlıq yaradar. Möminin qəlbini arxayın edər. Onlar ki, namaz qılmaqda tofiqə malikdirlər, daha çox hüzur əldə ediblər. Yəni onlar vacibatlarla yanaşı, nafilələri də yerinə yetiriblər. Tədqiqatlar göstərmişdir ki, namaz vaxtı insan daha çox rahatlıq hiss edir, ona görə də onlara nafilə namazlarını da yerinə yetirməyi tövsiyə edirlər. Onlar gecənin xəlvətində xalis ibadəti və Allahla sirdaş olmağı dadıblar. Çünki gecə ibadət üçün ən münasib vaxtdır. Quran buyurur: "Allah ibadətinin aşiq və xalis sahibləri Onunla dərdləşməyin şirinliyini dərk ediblər”.
     Deməli, davamlı şəkildə namaz qılmaq - psixoloji rahatlığa gətirib çıxarar. İndi isə namazın psixoloji rahatlıq yaratmaqdakı bir neçə roluna nəzər salaq:
     1) Günahkar olmağı hiss etməmək və ya bu hissin azalması.
     İnsan ki, səcdə vəziyyətində Allahla dərdləşmək istəyir, gərək ayıq olsun. Belə ki, Quran buyurur: "O zaman ki, məstsiz, namaza yaxın durmayın”. Deməli namazın qəbul olma şərtlərindən biri ayıq olmaq və məst olmaqdan çəkinməkdir. Namaz insanı pisliklərdən qoruyar. Şərab içmək, məstlik, qəflət və başqa günahlar və çirkin əməllər namazın sayəsində məhv olar. Günahların silinməsi ilə insan ruhu və psixologiyası saflaşar. Nəticədə rahatlıq və özünə inam əmələ gələr.
     Namaz insan ruhunu günahlardan təmizləyən bir vasitədir. O qəlbdə ki, günahın zülmətləri yoxdur, rahatlıq, etimad və səfa ilə dolub-daşar. Belə ki, Peyğəmbər (s) buyurmuşdur ki, o insan ki, gündə beş vacib namazını qılar, sanki çayda beş dəfə üzmüş kimi olar. Çünki, çirkinliklərdən təmizlənər. Deməli, namaz günah və çirkinliklərə bulaşmağın qarşısını alar. İnsanın günah yükünün yüngülləşməyinə səbəb olar.
     Bəs günahkar olmağı hiss etməyi iztirabın amili kimi görə bilərikmi? Günah etməmək və ya elə bir iş görmək ki, günah hissini azaldar, günahkar olduğumuzu hiss etdirməyə mane olan vasitədir. Əgər insan günah işlədərsə, namaz qılmaqla günahını azaltmış olar. İnsan günah işlətməyəcəyi və ya günahının azalacağını hiss edəndə rahat olur. Əgər bu hal ailədə baş verərsə və ailənin bütün üzvləri namaz qılandırlarsa, ailədə sakitlik və psixoloji rahatlıq olar. Bu rahatlığın kölgəsində müvəffəqiyyətli həyat sürərlər. Çünki, onlarda günah hissi azalar.
     2) Şəxsiyyət vəhdəti və ailə birliyi.
     Namaz qılmaq şəxsiyyətin vəhdətinə səbəb olar. Tövhiddən bəhrələnmiş şəxsiyyət elədir ki, onun bir əzası başqası ilə təzadda deyildir. Yəni şəxs etiqad bəslədiyi şeyi əməldə də həyata keçirir. Nəhayətdə şəxsiyyətinin birliyini əldə edir. Belə ki, şəxsiyyətinin bir hissəsi başqa hissəsini tamamlayır. Bəs bu necə baş verir?
     Mömin insan namaz vaxtı yeganə və vahid Allahdan danışar. Ona Allah deyə müraciət edər. Onu aləmlərin Rəbbi adlandırar. Ancaq yeganə Allaha inanmaq daxili vəhdət yaratmağa bir çağırışdır. O şey ki, dağılmağa səbəb olur - müxtəlid bütlərə etiqad bəsləməkdəndir. Quran buyurur: "Pərakəndə rəbblərə malik olmaq yaxşıdır, yoxsa güc sahibi olan vahid Allaha?”. Quran vahid Allahdan başqa Allahı inkar edir. Əgər bütün ailə üzvləri namaz qılırlarsa, hamı daxili vəhdət əldə etmiş olar və xarici mühitdə də bir-biri ilə həmahəng olarlar. Bu da psixoloji rahatlığa gətirib çıxarar. Nə daxili təzadları olar, nə də valideynlə övlad münaqişəsi.
     Beləliklə deyə bilərik ki, o kəslər ki, daxili vəhdəti əldə edə biliblər, xarici mühitə vəhdət bəxş etməkdə daha çox tofiqə malikdirlər. Ailədə vəhdət - rahatlığın rəmzlərindən biridir.
     3) Özünə inamın artması.
     Namaz özünə inam hissini artırır. O zaman ki, insan Allahla söhbət edir, ondan imdad diləyir.”İyyəkə nəbudu və iyyəkə nəstəin” cümləsini deyərkən, insan özündə daha çox güc hiss edir, bu da onun Allah Təalaya söykənməyindən irəli gəlir. Bu cür dayaq insanda özünə inam hissini gücləndirər. Bu zaman o, özünü damcı kimi hiss edər ki, dənizə qovuşmaq üzrədir.
     Bundan sonra insan özü haqqında yüksək şeylər fikirləşər və mənlik məfhumu gözündə böyüyər. Bütün bunlar da onun özünə inamını artırar. Başqa bir tərəfdən isə, namaz qılmaq - həyatda müvəffəqiyyət qazanmağına səbəb olar. Hər bir işində müvəffəq olan şəxsin özünə inamı da artar və namaz qılan daima İlahi yardımlara ümid bəsləyər.
     Beləliklə, dinin sütunu olan namaz həm ayrı-ayrı insanları və həm də kiçik cəmiyyət olan ailə üzvlərini birləşdirər, əqidə vəhdətinə, kamil şəxsiyyət kimi yetişməyə, həm batini aləmdə, həm də xarici mühitdə pərakəndə olmamağa və özünə inamın güclənməyinə gətirib çıxarar. Nəhayət isə ailə mühitinin sakit və hüzurlu olmasına səbəb olar.
    İslami saytlara əsasən
     Hazırladı: Məşhədi Xanım,
    /deyerler.org/
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Ailə | Baxilib: 598 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Noyabr 2011  »
    BeÇaÇCaCŞВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024