Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 10 » NAMAZI NİYƏ QILIRIQ?
    23:52
    NAMAZI NİYƏ QILIRIQ?
    (İslami saytlara istinadən)
    Məsumlardan belə bir hədis var ki, Loğmanın oğluna tövsiyələrinə işarə edir: "O oruc ki, səni namazdan saxlayar, onu tutma. Çünki Allah yanında namaz orucdan daha əzizdir”. Əlbəttə, müstəhəb oruc nəzərdə tutulur.
    Muhəmməd Vəhidinin yazdığı "Namazdan bilməli olduqlarımız” adlı kitabında namazın əhəmiyyət və mövqeyinə işarə edilmiş və namazın fəlsəfəsinə aid suallara cavab verilmişdir. Namaz insanın bütün fərdi və ictimai rəftarlarına istiqamət bəxş edir və təsir edir. Bu vacibatla cəmiyyət paklığa çatar və fəsad ondan uzaq olar. Bütün bunlar o zaman baş verir ki, namazın yerini və əhəmiyyətini tanıyırıq. Onun fəlsəfəsinə agah oluruq. Başqalarını namaza necə cəlb etməyimizin yollarını bilirik. Namaza görə olan vəzifələrimizi tanıyırıq.
    Bu kitabda deyilənlərə görə, insan əqli və elmi cəhətdən hər nə qədər inkişaf edərsə, dini sualları da müxtəlif olar. Həmin əsr və zamanın rəngini alar. Bu suallara cavab vermək üçün ilk növbədə şübhələri kənara qoyub, hökmləri qəbul etməyə hazırlaşmaq lazımdır. Misal üçün keçmiş nəsl valideynlərindən soruşardılar: "Necə namaz qılsınlar?”. Ancaq yeni nəsil soruşur: "Niyə namaz qılmalıdırlar?”. Əgər bu suallara münasib cavab verilməsə, növbəti suallar meydana çıxar. Bu kitabda həmin yaranan bir çox suallara cavab verilməyə səy edilmişdir. Onları bilmək - bütün valideynlər, müəllimlər üçün lazımdır.
    Namazın yeri və əhəmiyyəti
    İslamda namazın yeri ucadır. Bütün başqa ibadətlər namazın qəbul olmasından asılıdırlar. Bu məsələlərə nəzər salaq:
    1. İlk dini vacibat.
    Peyğəmbəri-Əkrəm (s) buyurur: "Allahın ümmətimə ilk vacib buyurduğu şey - beş vacib namazdır”.
    İbni Şəhri Aşub yazır: "Peyğəmbərin (s) Məkkədə olduğu müddətdə namaz və təharətdən başqa ibadət yayılmamışdı. Bu ibadət onun üçün vacib, ümməti üçün (müstəhəb) idi. Meracdan sonra besətin doqquzuncu ilində beş namaz vacib edildi. O zaman ki, Peyğəmbər (s) Mədinəyə hicrət edir, hicrətin ikinci ilinin Şəban ayında oruc vacib edildi. Qiblə dəyişdirildi və fitrə zəkatı və bayram namazı vacib edildi. Hicrətin birinci ilində cümə namazı zöhr namazının yerini aldı və sonra mal-dövlətin zəkatı vacib edildi”.
    2. Həzrət Peyğəmbərin (s) ilk təlimləri.
    Həzrət Peyğəmbərin (s) əxlaqı belə idi ki, təzə müsəlman olmuş insanlara təlim verilən ilk şey namaz olurdu.
    3. Dinin sütunu.
    İmam Muhəmməd Baqir (ə) buyurur: "Namaz - dinin sütunudur. Namazın misalı çadırın sütunu misalı kimidir. O zamana qədər ki, bu sütun sabit və yerində olar, mismarları və kəndirləri yerində olar. O zaman ki, əyilər - mismarları və kəndirləri qırılar”.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Namaz - dinin sütunudur. Hər kim bilərəkdən namazını tərk edərsə, dinini bərbad edər”.
    4. Firuddində ilk əməl.
    Bədəndə müxtəlif əzalar əhəmiyyət və birincilik baxımından fərqlidirlər. Baş və qəlb başqa üzvlərə görə birincilik daşıyır. Dinin üzvləri də belədir. İlahi övliyaların din haqqında dediklərinə nəzər salsaq, bu birinciliyi aydın görə bilərik. Peyğəmbər (s) buyurur: "Namazın dindəki yeri - başın bədəndəki yeri kimidir”.
    5. Dinin siması.
    Həzrət Əli (ə) buyurur: "Hər bir şeyin siması vardır. Sizin dininiz siması - namazdır. Məbada kimsə dininin simasını xarab edər”.
    Əgər dini bir insana bənzətsək, onun üçün üzvlər və əzələlər nəzərə alarıq. Dinin bədəndə namazın yeri və məqamı - üzün bədəndəki məqamı və yeri kimi olar. Üz bədənin zahirinin şərəfli yeridir. Çünki insanın ən dəyərli üzvü başıdır. Başda isə ən şərəfli yer - üzdür. Burada həssas üzvlər yerləşir: göz, qulaq, burun, dil, diş və sair kimi. Namaz da başqa ibadətlər içində ən üstünüdür. Namaz dinin üzü kimidir. Hər bədənin gözəlliyi onun üzünün gözəlliyi ilə ölçülür. Əgər kiminsə üzü gözəl olmazsa, ona gözəl deməzlər. Dini bədənin gözəlliyi də namazdan asılıdır. O zaman ki, biz kimiləsə görüşməyə gedirik, əvvəl onun üzünə baxırıq. Əgər üzündən mehribanlıq və səmimiyyət hiss etsək, sevinirik. Onunla ünsiyyət bağlamaq istəyirik. Əgər üzü qeyri-mülayim olarsa, onda çəkinirik.
    6. İslamın bayrağı.
    Həzrət Peyğəmbər (s) buyurur: "Namaz - İslamın bayrağıdır (müsəlman olmağın nişanəsidir)”.
    7. Göylərə qalxan ilk əməl.
    Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin göylərə qaldırılan ilk əməli - beş vacib namazdır”.
    8. Həzrət İbrahimin (ə) arzusu.
    Özünün və başqalarının şəxsiyyətini tanıma yollarından biri də dualarını, arzularını və istəklərini araşdırmaqdır. Onların nə qədər maddi və nə qədər mənəvi olmasını tədqiq etməkdir. Hər bir insanın dəyərini arzuları ilə ölçmək olar. Həzrət Əli (ə) buyurur: "Hər kimin səy və çalışması ancaq qarnını doldurmağa aid olarsa, onun qiymət və dəyəri ondan xaric olan şeyin miqdarı qədər olar”.
    Qurani-Kərim Həzrət İbrahimin (ə) arzularını bəyan edən zaman buyurur: "Pərvərdigara! Məni də, nəslimdən olanları da namaz qılanlardan qərar ver. Pərvərdiagara! Mənim duamı qəbul et” ("İbrahim” surəsi, ayə 40). "Pərvərdigara! Mən övladımdan (bəzisini) Sənin hörmətli evinin yanında əkin bitməz bir vadidə sakin etmişəm” ("İbrahim” surəsi, ayə 37).
    9. Dini ayaqda saxlayan.
    Həzrət Peyğəmbər (s) buyurur: "Dini ayaqda saxlayan - namazdır”.

    Hazırladı: Məşhədi Xanım
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 656 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024