(Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə istinadən) Hədsilərin bəzilərində nəfsi öldürmək mövzusuna rast gəlmək olur. Məsələn İmam Əli (ə) buyurur: ”Mömin ağlını diriltmiş və nəfsini öldürmüşdür”. Bəzi hədislərdə isə nəfsə kəramət göstərilməsi mövzusuna rast gəlmək olur. Ona görə də deyə bilərik ki, nəfsi öldürmək daxili instinkti məhv etmək demək deyildir. Çünki, Allah nəfsani meyllərin və istəklərin xeyrinə bunları insanda qərarlaşdırmışdır. Məsələn cinsi instinkt nəsil artımı üçün zəruridir. İslam heç bir zaman bu hissi öldürməyi istəməmişdir. Deməli nəfsi öldürməkdə məqsəd nəfsin artıq istəklərinə müxalif olmaqdır. İmam Əli (ə) buyurur: ”Mən ona səy edirəm ki, nəfsimi təqva ilə tərbiyə və ram edim”. Həzrət Peyğəmbər (s) kafirlərlə döyüşdən qayıdan müsəlmanlara buyurdu: ”Afərin o insanlara ki, kiçik cihadı sona çatdırdılar. Böyük cihad isə onların öhdəsində qalmışdır". Soruşurlar ki, böyük cihad hansıdır? Buyurdu: "Nəfslə cihad". Deməli, nəfsi öldürməkdə məqsəd nəfsani meylləri kontrola almaq və onu nizama salmaqdır. Həqiqətdə insan vücudunda iki növ nəfs vardır. Məcazi nəfs ki, daha çox istəyən, Allahın əmrlərinə müxalifətlik edən, əmmarə nəfsi ki, bu nəfslər gərək insanda məhv edilsin. Ancaq insanda olan başqa bir nəfs mələkut ruhudur ki, insanın həqiqətini formalaşdırır. Bu cür həqiqət insanda inkişaf etdirilməlidir və yəqinlik nəfsinə çatdırılmalıdır. Bu nəfsi və həqiqəti əziz tutmaq lazımdır və mömin insan o kəsdir ki, izzəti nəfsə malik olsun.
Məşhədi Xanım, "Dəyərlər"
|