Islam
dunyasinin an boyuk alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən
əsər – «əl-Kafi»dir. Məhz bu kitaba görə o, «Siqqətu'l-İslam» (İslamın
etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində
ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir. «Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulu'l-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (ü suliddin),
«Furuu'l-Kafi» adlanan ikinci hissə isə şəriət və ehkam mövzularını
(füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətu'l-Kafi» adlı daha bir
cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik
risalələri daxildir. «Usulu'l-Kafi» aşağıdakı kitablardan ibarətdir: 1.
«Əql və cəhl»; 2. «Elmin fəziləti»; 3. «Tövhid»; 4. «Hüccət»; 5. «İman
və küfr»; 6. «Dua»; 7. «Quranın fəziləti»; 8. «Muaşirət» (rəftar,
davranış). «Furuu'l-Kafi» isə təharət, namaz, oruc, zəkat, xüms, cihad,
həcc, nikah, talaq, yemək və içmək, ticarət, irs, cəza və s. mövzularda
hədisləri ehtiva edir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən
artıqdır. Bu, dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün
mövzuları əhatə edən ilk şiə hədis məcmuəsi sayılır. Bu baxımdan,
«Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən)
köklü surətdə fərqlənir. Kuleyni «Əl-Kafi»ni tərtib etdikdən sonra
naib vasitəsilə İmam Mehdiyə (ə) təqdim etmiş və İmamdan belə bir cavab
almışdır: ««Əl-Kafi» bizim tərəfdarlarımıza kifayət edər» (yəni bu,
hədis sahəsində kifayət edəcək mənbədir). «Əl-Kafi»yə çoxlu şərhlər
yazılmışdır. Bunların arasında Əllamə Məclisinin «Miratu'l-uqul», Molla
Xəlil Qəzvininin «Safi» (fars dilində) və «Şafi» (ərəb dilində, natamam)
şərhləri və Molla Sədranın natamam şərhi (cəmi 449 hədisi əhatə edir)
xüsusi diqqətə layiqdir. Ancaq bir seyi nazara almaq lazimdir ki,
buradaki hadislarin hec da hamisi sahih hadis deyil. Kuleyni ozu
«Əl-Kafi» barasinda yazir ki, buradaki har bir hadisi Qurani-Karimla
tutusdurun va hansi hadis Qurana uygun galirsa o da sahihdir. Mashur
Islam alimlarinin arasdirmalarinin naticasinda Kuleyninin Kafi
kitabindaki hadislar 5 kateqoriyaya bolunmuslar. Bu kateqoriyalar
asagida verilib:
I kateqoriya hədislər – səhih 5 072 II kateqoriya hədislər – Həsən 144 III kateqoriya hədislər – Muvassaq 178 IV kateqoriya hədislər – Qavi 302 V kateqoriya hədislər – zəif 9484
|