Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Dekabr » 24 » Kamil insan olmağın əməli isbatı - Cümə söhbətləri
    02:17
    Kamil insan olmağın əməli isbatı - Cümə söhbətləri

    "Hər nə qədər Aşuranın əleyhinə yazıb-pozacaqlarsa, bir o qədər Aşuraya rövnəq verəcəklər...”

    Deyerler.org: Məhərrəm ayının ən qüssəli günlərindən biri arxada qaldı... Artıq növbə Həzrət Zeynəbin (s.ə.) qəhrəmanlıq səhnələrinə yetişib. Bu müsibəti yada salmaqdan qabaq bir mühüm ictimai-fəlsəfi cəhəti qeyd etmək lazımdır ki, o da Kərbəla səhnəsində və Kərbəladan sonrakı bu müsibət səhnələrində onun tətbiqinə nəzər salmaqla səciyyələnir. Dəfələrlə bəhslərimizdə söyləmişik ki, Həzrət Peyğəmbər (s) özünün risalətinin əsl fəlsəfəsini, öz məbus olmağının həqiqi mahiyyətini, peyğəmbərlik missiyasının əsas hədəfini insanların əxlaqını ən kamil hala çatdırmaqda görümüşdür. 

        Kamil  insan formalaşdırmaq                                                                                                                                                                                                                                                                                                                                  
        "Mən bəyənilmiş əxlaqı sona çatdırmağa məbus oldum”, - deyə bildirirdi Həzrət Peyğəmbər (s). Allah Rəsulu (s) demir ki, gəlmişəm sizə dünya verəm, demir mən sizə maddi nemətləri vermək üçün gəldim. Peyğəmbəri-Əkrəm (s) deyir ki, mən bəşər övladının özünün ən kamil vəziyyətinə çatması üçün gəldim. Və onun övladı İmam Hüseyn (ə) Kərbəla hadisəsində sanki, cəddinin (babasının) bu gəlişinin, bu besətinin fəlsəfəsini nəzəri haldan artıq əməli hala keçirdir. Sanki İmam Hüseyn (ə) Həzrət Rəsula (s) üz tutub deyir: "Ey cəddim, bax, mən sən dediyin hala çatıram”. Üstəlik nəinki tək özü bu mənəvi zirvələri fəth edir, öz ailəsi ilə birgə bu fədakarlıq dastanını yazır.

        "...Allah səni şəhid halında görmək istəyir”

        "Adam döyüşə öz ailəsni apararmı?”. Bax bu sualı Mədinədən Məkəyə çıxanda o dövrün dərrakəli adamları ürək yanğısı ilə İmama (ə) verirdilər. Onlar bilirdilər ki, İmamın (ə) başına nə gələcək. "Əhli-beyti (ə) nə üçün aparırsan? Qoy onlar qalsın. Özün niyə gedirsən? Bu yolun axırı görünmür”, kimi ürək yanğısı ilə İmama (ə) deyirdilər. İmam (ə) çox qısa və lakonik bir cavab verir və bu cavab onlara kifayət edir. O cümlə bundan ibarətdir: "Mən cəddim Peyğəmbəri (s) yuxuda gördüm. Həzrət Peyğəmbər (s) buyurdu ki, Allah səni şəhid halında görmək istəyir. Əhli-beytimi (ə) soruşdum, onların da getməyini istəyir dedi”.

        İmamın (ə) həm özünün getməsi, həm də Əhli-beytinin (ə) getməsi cəbri (məcburi) deyil. Allahın istəməsi ilə cəbr arasında böyük fərq var. Quranda çox hallarda "yəşa”, yəni "Allahın istəməsi” cəbr anlamında getmir. Əslində nəsihət və tövsiyə xarakteri daşıyır. Yəni bu cür olsa, Allah bəyənər. İmam (ə) tam iradəyə malikdir: gedə də bilər, getməyə də bilər. Əhli-beytini (ə) apara da bilər, aparmaya da bilər. Çünki, özünün gedib nizələr altında şəhid olmasını və Əhli-beytinin (ə) də həmin işgəncələr səhnəsini görməsini Allah istəyir, Allah bu imtahanı onun üçün bəyənir. Allah Təala bəşəriyyətə bir örnək, nümunə qoyur. Bu imatahanı verməklə, İmam Hüseyn (ə) mələklərin də qibtə etdiyi zirvəyə yüksəlir.

        Allah istədiyinə görə İmam (ə) Əhli-beyti (ə) ilə qarışıq Mədinədən hərəkət edir. İmam (ə) bidirmək istəyir ki, İslamda həm kişinin, həm də qadının cəmiyyətdə olanlara müdaxiləsi var, təsiri var.

        Qadın - şəxsiyyətdir!

        Bəli, burada çox mühüm bir cəhət var, o da bundan ibarətdir ki, İmam (ə) öz Əhli-beyti (ə) ilə qarışıq getməsi ilə bildirmək istəyir ki, İslamda həm kişinin, həm də qadının cəmiyyətdə missiya daşıyıcılığı var, ictimai təhəddüdləri var.

        Bu nə deməkdir? Tarixə nəzər salanda görürük ki, bəzi cəmiyyətlərdə kişilərin tam kamil hökmranlığı var. Və cəmiyyətdəki proseslərə ancaq kişilər təsir edə bilir.

        Tarixdə  də görmüşük ki, belə cəmiyyətlərdə qadının mahiyyəti yalnız bir əşyadır, olsun ki, dəyərli, qiymətli əşyadır  – amma mahiyyətcə yalnızca əşyadır. Bu gün dünyaya insan haqlarından, azadlıqdan, qadın hüququndan ağız dolusu danışan sivil ölkələrin özləri neçə yüz il bundan qabaq qadını kişinin şəxsi əmlakı bilirdilər.

        İkinci növ cəmiyyətlər var ki, orada həm qadının təsiri var, həm də kişinin təsiri var. Yəni hər ikisi cəmiyyətdəki baş verən hadisələrin necəliyinə təsir göstərə bilir. Burada qadın artıq əşya deyil. Amma dəyərlilik baxımından da birinci tip cəmiyyətdəki o qorunub saxlanan, qədir-qiyməti olan, dəyərli, qiymətli, az tapılan əşyadan fərqlidir. Burada qadın artıq əşya deyil, amma həmin o qiymətə də, qorunub saxlanmaq dəyərinə da malik deyil. Belə cəmiyyətlərdə kişi ilə qadın qarışıb bir-birinə. Hətta iş o yerə çatır ki, müəyyən etmək çətin olur ki, kimsə qadındır, ya kişi. Bu cəmiyyətlərdə İslamın nəzərində olan qadının zərif məxluq olması, xüsusi diqqət və hörmət tələb etməsi məziyyətləri yoxdur. Qadın cəmiyyətdəki hadisələrə təsir edir, amma qadın üçün müəyyənləşdirilmiş şəkildə yox. Məsələn, Sovet dönəmində qadınlar traktor sürürdülər. Başqa ifadə ilə desək, bu cəmiyyətlərdə qadın əşya deyil, amma əşyadan da pisdir. Bugünkü zəmanəmizdə reklamlardan tutmuş, hər vasitədə görürük ki, ən çox təbliğ vasitəsi kimi qadından istifadə edilir. Düzdür, qadın elmin dalınca gedir, düzdür, qadın azaddır, qadın şeir yazır, müxtəlif tədbir və konfranlarda iştirak edir, amma bununla bərabər qiyməti, dəyəri çox ucuzlaşıb.

    İslamın nəzəri budur ki, istər övladını, istər həyat yoldaşını qadın formalaşdırır

    Üçüncü növ cəmiyyət var ki, onu İslam təklif edir. İslam cəmiyyətdə yalnız kişinin təsirini qəbul etmir. İslam cəmiyyətdə həm kişninin, həm də qadının eyni zamanda (bərabər şəkildə deyil) təsirini nəinki qəbul edir, bunu hətta elan edir. Bu haqda İslamın nəzəri budur ki, qadın kişiləri yetişdirir, kişilər isə cəmiyyəti yetişdirir. Yəni cəmiyyət formalaşmasında, gəlib bir hala çıxmasında qadına borcludur. İslamın nəzəri budur ki, istər övladını, istər müəyyən mənada həyat yoldaşını qadın formalaşdırır. Cəmiyyətin nə vəziyyətdə olması qadının vəziyyətindən asılıdır.

    Qadın təkamülə doğru getsə, cəmiyyət də təkamülə doğru gedir. İslam qadının cəmiyyətdə təsirini qəbul edir. Amma bu təsir müstəqim deyil, birbaşa deyil, dolayısı yolladır.

    Harada görünüb ki, döyüşdə ən əsas funksiyanı daşıyan qüvvələr tez buraxılsın döyüşə?! İslamda qadın, o böyük, həqiqi tərbiyə edən varlıq o saat döyüşə çıxmaz. O, gözləyər ki, irəlidə olanlar getsin. Çünki qadın o ordunun özünü yetişdirib meydana buraxır.

    Qadının ictimai proseslərə birbaşa qarışmaq zərurəti var

    Bununla belə, İslam qadının cəmiyyətdə və cəmiyyətdə baş verən proseslərə birbaşa qarışmasını da qəbul edir. Bir var adi bir hal ki, orada adi qanunlar hökm sürür. Bir də var fövqəladə şəraitlər, böhranda olan vəziyyətlər, elə şəraitlər ki, orada Xanım Fatimə (s.ə) evindən çıxıb, Həzrət Əlinin (ə) haqqı pozulan zaman müdaxilə edir. Burada artıq qadının müstəqim ictimai proseslərə qarışmaq zərurəti var. Xanım Fatimə (s.ə) gedir və elə bir güclü xütbə söyləyir ki, o xütbə, müqayisə edildikdə "Nəhcul-Bəlağə”dən geri qalmır. Ustad Mütəhhəri deyir ki, İbn Sina kimi düha o xütbə ilə müqayisədə Xanım Fatiməyə (s.ə) heç şagirdliyə yaramır.

    Bax belə bir vəziyytədə, yəni böhranlı bir vəziyyətdə İmam Hüseyn (ə) Əhli-beytini (ə) də özü ilə götürür. O cümlədən, Əhli-beytinin (ə) başında duran Həzrət Zeynəbi (s.ə) də özü ilə götürür.

    Aşuranı "arxivə göndərmək” cəhdləri boşa çıxacaq

    Aşura baş verir. Tarix görmədiyi bir faciəyə şahid olur. Qəddarlıq tarixdə çox olub, amma bu, bir başqa qəddrlıq idi. Dərd bu idi ki, bu qəddarlar, vəhşilər nə etdiklərini bilirdilər. Siz bir vəhşi, zalım görmüsünüzmü ki, qətlə yetirə, özü də kövrələ, ağlaya?!

     Bunlar sanki bu dərsi lənətlik Müaviyədən almışdılar. Müaviyə  bilirdi İmam Əli (ə) kimdir, arada İmam Əlidən (ə) danışanda hönkür-hönkür ağlayırdı. Çünki gözəl bilirdi ki, Həzrət Əli (ə) kimdir. Bax həm o zaman, həm də bu gün İmamı (ə) qətlə yetirə-yetirə ağlayırlar. Bu gün də ağlayırlar həmin o zalımlar.

        Bilirlər  İmam Hüseyn (ə) kimdir, amma qətlə yetirirlər. Bu gün  İmam Hüseyni (ə) qətlə yetirmək praktik mümkün deyil. Bəs necə göstərmək olar ki, kiminsə zatı xarabdır? O vaxt bu, İmamı (ə) öldürmək kimi ortaya çıxırdı, bu gün isə "Aşuranı arxivə göndərmək” istəyi ilə ortaya çıxır. Bu gün bütün dünyada insanlar Aşura mərasimləri keçirirlər, bunu mütərəqqilik sayırlar, bunu bütün dünyaya car çəkirlər. Biz isə Aşuranın keçirilməsini sual altına qoyaq?! Yüz milyonlarla insan dünya üzrə Aşura keçirdir, amma bizdə biriləri məsələni araşdırmaq istəmədən belə, sahib-nəzərlik iddialarında bulunurlar. Hanı o ədalətli mətbuat, ədalətli ictimaiyyət insanları?

        Bəs hanı sizin obyektivliyiniz? Bu cür etməklə İmam Hüseynin "Hər nə qədər Aşuranın əleyhinə yazıb-pozacaqlarsa, bir o qədər Aşuraya rövnəq verəcəklər...”

        Bəs hanı sizin obyektivliyiniz? Bu cür etməklə İmam Hüseynin (ə) qatillərindən fərqlənmirsiz. Ziyalılarımız bundan betər günü gözləyirmi ki, əllərinə qələm alıb yazsınlar?!

    Həzrət Zeynəb (s.ə) mübarizə metodikası

    Kərbəla səhnəsinin hər ləhzəsi müxtəlif xüsüsiyyətlərlə, cəhətlərlə, incəliklərlə doludur. Hər nöqtəsi bir gözəllikdir. Aşura baş verir, qurtarır. Aşuranın zöhründən Kərbəla hadisəsində artıq İslamın həmin nəzəriyyəsinin əməli forması kimi xanım fenomeni, yəni Həzrəti Zeynəb (s.ə) meydana çıxır. İmamın (ə) tam özünəməxsus mübarizə metodikası var, Həzrət Zeynəbin (ə.f.) özünəməxsus. Xanım Zeynəb (ə.f.) əlinə qılınc götürmür. Orada kişilərə uyğun mübarizə vasitələrindən istifadə etmir. Hərəsinin özünün bir yolu var. Hərəsinin özünün təbiətindən qaynaqlanan danışma tərzi var, öz metodikası var.

    Bunların birinin digərindən üstün olmasını demək, bunu müqayisə etmək düzgün deyil. Bunlar tam fərqlidirlər. Hərəsinin öz vəzifəsi var.

    İzzəti-nəfs səhnəsi

    Aşuradan sonra Xanım (s.ə) başda olmaqla Əhli-beyti əsir götürürlər. Əsir götürdükdən sonra minkilərə mindirirlər. Bir qədər də əziyyəti artırmaq üçün icazə də vermirlər ki, minkilərin üstünə palan salsınlar. Bir məsələ ilə bağlı düşmənə Əhli-beyt (ə) tərəfindən müraciət olunur. Qadınlar deyir: "Bizi aparanda elə aparın ki, həmin o məqtəlin, İmamın (ə) qətlə yetirildiyi məkanın yanından keçək”.

    Gəlirlər, oradan keçəndə hamısı miniklərdən enir. Kişilərdən yeganə sağ qalan – İmam Səccad (ə). Allahın hökmünə, məsləhətinə görə, İmam Səccad (ə) ağır xəstə idi, ona cihad meydanına çıxmaq icazə verilməmişdi.

    Məqtəldə İmam Səccad (ə) yerə enə bilmir. Çünki onun ayaqlarını bağlamışdılar. Çünki o vaxt İmam Səccad (ə) Allahın hikməti ilə xəstələnmişdi. Düşmən onu öldürmədi ki, onsuz da elə bu halla dünyadan köçəcək. Xanımlar miniklərindən enirlər.

    Səhnə nə səhnə... Adam ölüm görər, adam faciə görər, amma bu cür faciə yoxdur. Xanım Zeynəb (s.ə) özünü atır İmamın (ə) yaralı, başsız bədəninin üstünə. Elə yanıqlı-yanıqlı sözlər deyir ki, düşmən, dost – hamı başlayır nalə çəkməyə, hamı başlayır ağlamağa. Elə bir andır ki, bütün aləm, yer-göy ağlayır. Bu səhnəni görən necə ağlamasın?!

    Amma bu səhnədə başdan-ayağa gözəllik var. İzzəti-nəfs bu səhnədədir. Əlbəttə, Allah yolunda adamın başı kəsilər, adam əsir düşər, adam müsibət çəkər. Bu beşgünlük dünyada əgər Əhli-beyt (ə) bu müsibətləri çəkibsə, deməli, yol budur, haqq budur, yaşamaq budur, izzət budur.

    Balığı su ilə qorxutmaqmı olar?!

        Keçmiş  zamanlarda bir arif azad sözə qoyulan qadağalara görə  özünü vurur şairliyə və insanların başa düşmədiyi dildə danışır. Bir gün onu dar ağacına çəkirlər. Onu dar ağaçına çəkəndə digər bir arif gözəl beytlər deyir. O qədər təsirli sözlər deyir ki, arifi dara çəkən şah, deyir: "Elə qibtə etdim ki, o dara çəkilənə. İstədim özüm onun yerinə dara çəkiləm”.

        İmamın (ə) cəlladları istəyirdilər ki, Əhli-beytin (ə) abırını aradan aparsınlar, Əhli-beyti (ə) addan, sandan salsınlar. Gördülər ki, tam əksinə, İmam Hüseynin (ə) kəsilmiş başı minlərlə zalımın eyş-işrətdə yaşadığı həyatdan üstündür. Buna baxıb, bu günə qədər qiptə edirlər.

        Qafilə  oradan başlayır hərəkətə, artıq Əhli-beyt (ə) başda Xanım Zeynəb (s.ə) olmaqla sonuncu lazımi cəhətləri göstərir. Praktiki halda, əməli halda, Əhli-beyt (ə) sanki Peyğəmbərin (s) kamil insan yetişdirmək proqramının həqiqi ifaçıları kimi səhnədə ən yüksək səviyyədə kamil insan obrazını ifa edirlər. Bir yandan nizələrin üzərindəki başlar, digər tərəfdən Əhli-beyt (ə) o zamanın insanlarının nəzərində aciz bir halda, amma tam mətanətlə, şərafətlə, şücaətlə Küfəyə daxil olur.

        Düşmən axmaqlığından elə bilir ki, bunlara nizələrin üstündə  kəsilmiş Kərbəla şəhidlərinin başını göstərərək, əziyyət verəcək. Amma bilmir ki, bu, onlara xüsusi ruhiyyə, xüsusi mətanət verəcək. Adam bir şeyin arzusunda olanda onu görəndə narahat olar?! Balığı su ilə qorxutmaqmı olar?! Əhli-beyti (ə), Hüseynçini şəhadətlə, nizə ilə qorxutmaqmı olar?! Amma bu qatillər belə düşünür. Hərə öz arşını ilə ölçür məsələləri. Sonuncu zərbələrdən olan bir zərbəni Xanım Zeynəb (s.ə) endirir.

        Sanki ümmət Həzrət Fatimənin (s.ə) Mədinədə olan o mübarək bəlağətini, sözlərini yada salır. Kufəlilər Əlini (ə) tanıyırlar. Baxırlar, ay Allah, deyəsən Əli (ə) danışır, deyəsən Əli (ə) qayıdıb. Amma bu, Əli (ə) deyil, Əli (ə) qızı Həzrəti Zeynəbdir (s.ə). Artıq düşmən anlayır ki, bunlarla bu cür mübarizə aparmaq mümkün deyil. Və o andan mübarizənin metodlarını dəyişir. Artıq ölüm-itimlə yox, şayiə ilə, böhtanla başladırlar mübarizəni.

        Əllərindən gələn böhtanları Əhli-beyt (ə) üçün qoşmağa başlayırlar. Amma nə xeyri...

      Hər nə qədər Aşuranın əleyhinə  yazıb-pozacaqlarsa, bir o qədər Aşuraya rövnəq verəcəklər

        Həzrət Məsumənin (s.ə) pak zərihinin üstündə bir hədis var. Həmin hədisi 40 nəfər Fatimə adlı qadın silsilə ilə  nəql edib. Bu silsilənin əvvəli gedib Xanım Fatiməyə (s.ə) çatır. Yəni nə qədər istədilər bu adları aradan aparsınlar, amma tam əksinə, camaat bu adı qoydu. İndi də Əhli-beyt (ə) məktəbini aradan aparmaq istəyirlər.

        İmam Hüseyn (ə) gözəl deyib: "Ey xəncərlər, ey nizələr, məni istəyirsiz, gəlin, tutun məni”. Bu qanın bərəkəti öz təsirini göstərdi. Hər nə qədər Aşuranın əleyhinə yazıb-pozacaqlar, bir o qədər Aşuraya rövnəq verəcəklər. İnşaallah, Aşuranın səsi İmamın (ə.f) zühuru ilə Qüdsdən, Məkkədən, Mədinədən, Kərbəladan, Badi-Kubədən, Qarabağdan, Xocalıdan, Şuşadan, Ağdamdan, Zəngəzurdan, İrəvandan və bütün müsəlmanlar və qeyri-müsəlman torpaqlarından gələcək.

        Allahım, cəmimizi həm bu dünyada, həm də axirətdə Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) ilə məhşur et. Bizlərə  ləyaqətli və dəyanətli həyat qismət et! Amin!

    Hacı  İlqar İbrahimoğlu,

        ilahiyyatçı-filosof

        İçərişəhər «Cümə» məscidinin imam-camaatı

    /Deyerler.org/(ə) qatillərindən fərqlənmirsiz. Ziyalılarımız bundan betər günü gözləyirmi ki, əllərinə qələm alıb yazsınlar?!

    /Deyerler.org/
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Haci Ilqarin cümə söhbətləri | Baxilib: 1464 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 3
    3 ppu-prof_En  
    0
    Наша группа искусных исполнителей подготовлена выдвинуть вам современные приемы, которые не только обеспечат надежную протекцию от холодильности, но и дарят вашему дому модный вид.
    Мы эксплуатируем с современными компонентами, сертифицируя продолжительный период использования и великолепные выходы. Утепление внешнего слоя – это не только экономия тепла на тепле, но и ухаживание о экологии. Сберегательные разработки, которые мы производим, способствуют не только дому, но и поддержанию природных богатств.
    Самое центральное: <a href=https://ppu-prof.ru/>Утепление фасада расценка</a> у нас стартует всего от 1250 рублей за квадратный метр! Это доступное решение, которое переделает ваш домик в настоящий приятный местечко с минимальными затратами.
    Наши примеры – это не всего лишь утепление, это созидание помещения, в где каждый аспект преломляет ваш личный образ. Мы возьмем во внимание все твои пожелания, чтобы преобразить ваш дом еще больше удобным и привлекательным.
    Подробнее на <a href=https://ppu-prof.ru/>https://ppu-prof.ru</a>
    Не откладывайте заботу о своем квартире на потом! Обращайтесь к специалистам, и мы сделаем ваш дворец не только тепличным, но и стильным. Заинтересовались? Подробнее о наших предложениях вы можете узнать на веб-сайте. Добро пожаловать в обитель спокойствия и высоких стандартов.

    2 ppu-prof_En  
    0
    Наша бригада профессиональных мастеров предоставлена предложить вам новаторские средства, которые не только подарят прочную протекцию от заморозков, но и преподнесут вашему дому современный вид.
    Мы практикуем с последовательными материалами, сертифицируя долгий срок службы и прекрасные результирующие показатели. Изоляция наружных поверхностей – это не только сбережение на прогреве, но и трепет о окружающей природе. Экологичные разработки, какие мы производим, способствуют не только жилищу, но и поддержанию природных ресурсов.
    Самое основополагающее: <a href=https://ppu-prof.ru/>Утепление фасада здания снаружи цена</a> у нас открывается всего от 1250 рублей за м2! Это доступное решение, которое сделает ваш хаус в настоящий тепличный местечко с минимальными тратами.
    Наши произведения – это не просто утепление, это образование пространства, в где любой элемент выражает ваш особенный образ. Мы возьмем во внимание все ваши желания, чтобы осуществить ваш дом еще еще более гостеприимным и привлекательным.
    Подробнее на <a href=https://ppu-prof.ru/>http://www.ppu-prof.ru</a>
    Не откладывайте заботу о своем квартире на потом! Обращайтесь к исполнителям, и мы сделаем ваш помещение не только уютнее, но и стильнее. Заинтересовались? Подробнее о наших предложениях вы можете узнать на сайте компании. Добро пожаловать в пределы комфорта и уровня.

    1 ppu-prof_Com  
    0
    Забота о резиденции - это забота о радости. Тепловая обработка фасадов - это не только изысканный облик, но и обеспечение сохранения тепла в вашем удобном уголке. Мастера, команда профессионалов, предлагаем вам превратить ваш дом в прекрасное место для жизни.
    Наши творческие решения - это не просто теплоизоляция, это творческое воплощение с каждым шагом. Мы придерживаемся совершенному сочетанию между красотой и практичностью, чтобы ваше жилье стало не только теплым, но и привлекательным.
    И самое существенное - доступная стоимость! Мы уверены, что качественные услуги не должны быть дорогим удовольствием. <a href=https://ppu-prof.ru/>Утепление коттеджа снаружи цена</a> начинается всего начиная с 1250 рублей за квадрат.
    Современные технологии и качественные материалы позволяют нам создавать теплоизоляцию, которая долго служит и надежна. Позабудьте о проблеме холодных стен и избегайте дополнительных расходов на отопление - наше утепление станет вашим надежным защитником от холода.
    Подробнее на <a href=https://ppu-prof.ru/>ppu-prof.ru/</a>
    Не откладывайте на потом заботу о благополучии в вашем доме. Обращайтесь к профессионалам, и ваш дом превратится настоящим художественным произведением, которое подарит вам не только тепло. Вместе мы создадим пространство, в котором вам будет по-настоящему удобно!

    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Dekabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024