Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 40
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Noyabr » 29 » İSLAMIN XİLASKARI İMAM HÜSEYN (ə)
    04:35
    İSLAMIN XİLASKARI İMAM HÜSEYN (ə)

    Məhərrəm ayı daxil oldu. Bu ay özü ilə bir kədər, bir hüzn gətirdi. Bu ay hicri təqviminin birinci ayı olmaqla yanaşı, İslamın yenidən dünyaya gəlməsi ilə əlamətdardır. Allah Təala kimin vasitəsilə bu minnəti bizə qoyub? Behişt cavanlarının ağası və ümmətin nicat qapısı olan İmam Hüseyn (ə) vasitəsilə. Allah Rəsulunun (s) barəsində: ”Onun əmri mənim əmrimdir. Ona itaət etmək mənə itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyankarlıq etsə məndən deyil”, - deyə buyurduğu şəxsin vasitəsilə. Ancaq Peyğəmbərin (s) rehlətindən-Rəbbinə qovuşmasından qısa bir zamanın, 50 illik müddətin keçməsinə baxmayaraq, insanlar onun mübarək sözlərini yaddan çıxardılar. Onun nəticəsi idi ki, İmam Hüseynin (ə) başına olmazın müsibətlər açdılar. Bunların müqabilində isə o, İslam ağacını qurumağa qoymadı, öz qanı ilə onu suvardı və yaşıllaşdırdı.
    İslam dininin qalıb davam etməsi o həzrətin şəhadətinə və Aşura qiyamına qırılmaz surətdə bağlıdır. İmam Hüseynin(ə) qiyamı olmasaydı əgər, əsl İslam dinindən əsər-əlamət qalmazdı. İslama elə bir zərbə vurulmuşdu ki, əgər İmam Hüseyn (ə) inqilabı olmasaydı, şübhəsiz İslam məhv olardı.
    İmam Hüseyn(ə) hər nəyi var idisə, Allah yolunda fəda etdi: malını, ailəsini, dostlarını… Hətta südəmər uşağını da o Həzrət (ə) İslam yolunda qurban verdi. İmam Hüseyn(ə) görün nələrini Allaha qurban verir. Qətlgahda buyurur: ”İlahi! Sənin üçün hamıdan və hər şeydən keçdim. Səninlə görüşmək üçün bütün əzizlərimə göz yumdum. Ya Rəbb! Sənin məhəbbətin yolunda tikə-tikə olsam da, Səndən başqasına pənah aparmaram”.
    İmam Hüseyn (ə) məktəb yaratdı – insanyetişdirmə məktəbi. Elə bir məktəb ki, Aşura və Kərbəladan söz düşərkən İslam, Quran, qardaşlıq, insan hüquqları, kütləvi ədalət, vəfalı olmaq, xoşbəxtlik, azad yaşamaq, zülm, fəqirlik, nadanlıq ilə mübarizə etmək kimi qiymətli xüsusiyyətlər yada düşür. Bu məktəb İslamın əməli məktəbidir. İslam məktəbi bəyan etdi, İmam Hüseyn (ə) əməl etdi. İstədiyi şey yalnız bu məktəbin yaşaması idi. Bunun üçün lənətlik Yezidin diktator, zalım hakimiyyətinə təslim olmur. ”Mən beyət etməyəcəyəm. Zülm və fəsad hakimiyyətinə boyun əyməyəcəyəm”, - deyir.
    Yezid lənətlik isə nələr etmir o Həzrəti beyət etməyə vadar etmək üçün! İmam Hüseyn (ə) Allah evini ziyarət edərkən onu öldürmək üçün adamlar göndərilir. Lakin Həzrət Məkkədən ayrılır. O, orada qanının tökülməsiylə Kəbənin hörmətinin zədələnməsinin qarşısını almaq istəyir.
    İmam (ə) ziyarətini yarımçıq qoyub Kufəyə yola düşür. İmam insanlara çatdırır ki, daş atmaq üçün ən böyük şeytan Yezid və onun qurduğu fitnə-fəsaddır. Bu gün səy etmək üçün ən yaxşı məsafə xeymə ilə qətlgahın arasıdır. Bu gün içmək üçün ən faydalı zəmzəm şəhadət şərbətidir. Bu gün təvaf etmək üçün ən yaxşı ev Peyğəmbər (s) ailəsi qərarlaşmış xeymədir. Bu gün ən yaxşı qurbangah Kərbəladır. Bu gün ən yaxşı ehram zalımlarla mübarizə üçün geyilən zirehdir. Bu gecəni Minada deyil, susuz səhrada gecələmək lazımdır.
    O, insanlara çatdırırdı ki, Yezid kimi şəxslərin İslamın başında durması İslama zərbədir və bunun qarşısını almaq hər bir kəsə vacibdir. Bu işdə höccət tamam etmək isə hamıdan çox ümmətin rəhbəri olan İmamlara (ə) aid məsələdir.
    "Əgər İslam ümmətinə Yezid kimi bir rəhbər başçılıq edəcəksə, o zaman İslamın fatihəsini vermək lazımdır”, - deyərək buyurur. Və: ”Bizim ölüm və şəhadətdən başqa bir yolumuz yoxdur”, deyə ümmətə yeilməzlik mesajını verir. Çünki İslam dininin aşkar surətdə əzilməsinə səbəb olan beyət heç bir surətdə İmam Hüseyn üçün mümkün deyildi.
    "Mənim kimisi Yezid kimisinə beyət etməz. İbrahim (ə) Nəmruda, Musa (ə) Firona, Həzrət Muhəmməd (s) Əbu Süfyana beyət etmədiyi kimi mən də Yezidə beyət etməyəcəm”.Babası Rəsuli-Əkrəmin ümmətini islah edib fəsadı aradan qaldırmaq, atası Əmirəl-möminin Əlinin(ə) yolunu getmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək üçün qiyam edir İmam Hüseyn (ə). Onun hədəfi Allah bəndələrini azğınlıq, məzlumiyyət və bədbəxtlikdən uzaqlaşdırmaq idi.
    Aşura günü, Kərbala düzündə batil zəif imanlıları qorxudan zahiri qüdrəti, təkəbbür və zəhmi ilə haqqın qarşısına dikəlir. Hər şey zahirdə haqqın əleyhinəydi. Qaranlıq günəşi dörd bir tərəfdən əhatə etmişdi. Həmin gün də İmam (ə) düşmən qarşısında eyni şücaətlə buyurur: ”Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram”.
    Qan qılınca qalib gəlir o gün. Bunun da sübutu odur ki, İslam yaşayır, əziz Peyğəmbərimizə (s) nazil olan həqiqi islam yaşayır.
    İmam Hüseynin bu mübarək işini Xanım Zeynəb (s.ə.), İmam Səccad (ə) bəşəriyyətə çatdırır və zülmün qarşısında əyilməzlik məktəbini bəşəriyyətə nümayiş etdirirlər. İbn Ziyad(l) Xanım Zeynəbə dedikdə ki, «Gördünmü Allah qardaşın Hüseynin başına nə oyun gətirdi, onu nə günə qoydu?», cavabında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran, tarixə qızıl hərflərlə düşən bir cümlə eşidilir: ”Mən (Kərbalada) gözəllikdən başqa bir şey görmədim”.
    Həqiqətən, Allah yolunda haqqı dirçəltməkdən gözəl nə ola bilər? ”Zillət bizdən uzaqdır” şüarının məntiqi davamı kimi səslənir bu. Allah Təala Xanım Zeynəb (s.ə.) vasitəsilə insanlığa bir daha dirilik bəxş edir...
    Hər il İmam İmam Hüseynin (ə) adı iftixarla və eyni zamanda müsibətinə olan kədərlə yad edilir. Aşura məktəbinin öyrətdiyi dərslər ruhumuzda islahat üçün zəmin yaradır. Nədir bu dərslər? Haqq və həqiqətə qarşı sevgi, zalım və zülmlə barışmamaq, ədalətin tərəfində olmaq, izzətin nə olduğunu anlamaq, insanlığın nə olduğunu dərk etmək. Günümüzdə bu dərsləri anlamağı və yaşatmağı Rəbbimiz bizlərə nəsib etsin! Çünki hər gün Aşuradır, hər yer Kərbəla…
    Aynur Məmmədova
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 1484 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Noyabr 2011  »
    BeÇaÇCaCŞВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2020