Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 40
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Dekabr » 8 » İmamətin ən ağır illəri
    22:22
    İmamətin ən ağır illəri

    İmam Təqi(ə) və İmam Nəqi(ə) ümmətə ən çətin zamanlarda rəhbərlik ediblər
    9-cu İmam Muhəmməd Cavad ət-Təqi (ə) və 10-cu İmam Əli Hadi ən-Nəqi (ə) Əhli-Beyt (ə) tarixinin ən ağır günlərində, Abbasi xəlifələrinin Peyğəmbər (ə) nəslinə qarşı zülmünün geniş vüsət tapdığı bir zamanda ümmətə başçılıq ediblər. Xilafət qəsb olunduğu gündən Peyğəmbər (s) xanədanı bu qədər çətinliklə üzləşməmiş, bu qədər təqibə məruz qalmamışdı. Eyni zamanda, onların 50 il imaməti müddətində xilafətə qarşı qiyamların sayı çoxalmışdı. Belə bir şəraitdə xəlifələrə müxalif Əhli-Beyt İmamlarının (ə) boynuna olduqca ağır vəzifə düşürdü. Elə hər iki İmamın (ə) həyatına da bu nöqteyi-nəzərdən yanaşmağa çalışacağıq.
    Qısa tarix
    İmam Təqi (ə) hicrətin 195-ci ilində İmam Rza (ə) ilə Səbikə xanımın ailəsində dünyaya göz açıb. İmamın anası Səbikə xanım Peyğəmbərin (s) xanımı Mariyya Qibtiyyə ilə bir nəsildən olub və böyük mənəviyyat sahibi idi. İmam  Rzanın (ə) uzun illər övladı olmaması onun tərəfdarlarını imamət barədə tərəddüdə  salmışdı. İmamın 40-dan artıq yaşı olanda onun yeganə oğlu Məhəmməd anadan oldu. İmam Rza (ə) xəlifə Məmun tərəfindən zəhərləndiriləndə İmam Məhəmməd Cavadın (ə) 8 yaşı var idi. Həzrət Cavadın (ə) bu yaşda imam olması imamət tərəfdarlarını yenidən çaşqınlığa düçar etdi. Yalnız səhih rəvayətlər və İmam Cavadın (ə) sonsuz elm və hikməti bu şübhələri də aradan qaldırdı. İmam Cavad (ə) təqribən 25 yaşında ikən xəlifə tərəfindən məcburən Mədinədən Bağdada köçürülmüş və Mötəsimin əmrilə zəhərləndirilmişdir.  Şəhid edilmiş İmam Muhəmməd Təqi (ə) babası İmam Museyi-Kazimin yanında Kazimeyndə (Bağdad yaxınlığı) dəfn edilib.
    İmam Hadi (ə) hicrətin 212-ci ilində İmam Cavadla (ə) Səmanə xanımın ailəsində dünyaya gəlib. Xanım Səmanə kəniz olsa da, dövrünün ən təqvalı xanımlarından idi. İmam Cavad (ə) şəhid olduqdan sonra 8 yaşlı Həzrət Hadi (ə) imamət məqamına yetişdi. Artıq imamın azyaşlılığı ilə bağlı problemlər Həzrət Cavadın (ə) dövründə öz həllini tapdığından İmam Hadi (ə) zamanı belə müşküllər ortaya çıxmadı.  33 il imamət edən Həzrət Hadi (ə) məcburən Mədinədən Samirəyə köç- müş, burada da xəlifə Mötəzzin əmri ilə zəhərləndirilmişdir. İmam (ə) öz Samirədəki evində dəfn olunub.
    Abbasi xilafəti
    Xilafət zahirən İslam prinsipləri üzərində qurulduğundan və İslam dövləti kimi qəbul olunduğundan həmişə xüsusi ehtirama və əzəmətə malik olub. Hətta, Əməvilərin zülmü öz nəhayət nöqtəsinə çatanda belə, xilafət zahiri islamçılığı qoruyub saxlaya bilirdi. Abbasilərin dövründə vəziyyət dəyişdi. Belə ki, Harun ər-Rəşidin hakimiyyəti altında Abbasi xilafəti öz qüdrətinin ən parlaq dövrünü yaşayırdı. Ancaq bu uğur tez bir zamanda tənəzzüllə əvəz olundu. Xilafət uğrunda Abbasi sülaləsi daxilində qarşıdurmalar, məmurların eyş-işrətə aludə olması, bundan əlavə, daxildə sosial durumun pisləşməsi və bunun nəticəsi olaraq qiyamların çoxalması, separatçı tendensiyaların yaranması, xəlifələrin müxtəlif siyasi qüvvələrin təsirinə düşməsi bu zəmanə üçün səciyyəvidir. Təbii ki, daxili zəifləmə xarici siyasətdə də öz mənfi təsirini göstərirdi.
    Abbasi xilafətindəki vəziyyəti araşdırarkən əsasən bir məqama diqqət yetirmək lazımdır. Bu, İslam hökuməti prinsipi ilə xilafətin hakimiyyət prinsipi arasındakı ziddiyyətdir. Peyğəmbər (s) xilafəti qurarkən müsəlmanların ictimai həyatını nizamlamaq, cəmiyyətin və ayrı- ayrı fərdlərin mənəvi təkamülü üçün şərait yaratmaq əsas amal idi. Bunun üçün Həzrət Muhəmmədin (s) bütün imkanları var idi – kamil qanun (nəzəri təməl) və kamil mənəviyyat (praktiki təməl). Yəni İlahi dinin qanunları İlahi elçi tərəfindən icra olunurdu, İlahi hökumət İlahi hakim tərəfindən idarə olunurdu. Peyğəmbərdən (s) sonra kamil din qalsa da, kamil hakimlər (imamlar) hakimiyyətdən uzaqlaşdırıldı. Beləliklə də, İslam ümmətinə siyasi və mənəvi cəhətdən rəhbərlik etməyə layiq olmayan xəlifələrin şəxsi nöqsanları  ilə  kamil  dini  göstərişlər ziddiyyət təşkil etməyə başladı. Əvvəlcə bu ziddiyyəti ört-basdır etmək mümkün olsa da, vaxt getdikcə natarazlıq daha da dərinləşdi. Artıq xəlifələr nə Peyğəmbər (s) sünnətinə riayət edir, nə də Quranın bəyan etdiyi metodla ölkəni idarə edirdilər. Xəlifələrin dinin yayılması deyil, şəxsi qüdrətini artırmaq istəyi sayəsində əldə olunan zəfərlərinin nəticələri də tez bir zamanda aradan gedirdi. Mənəviyyat hökuməti mənəviyyatsızların əlinə keçdikdə Peyğəmbər (s) xilafəti adi imperiyaya çevrildi, din təkamül deyil, istismar vasitəsinə döndü.
    Bu proseslə yanaşı, müsəlmanların ictimai şüurunda da dəyişikliklər baş verdi. Pey- ğəmbərin (s) bütpərəstlikdən təzəcə azad etdiyi bədəvi ərəb cəmiyyəti ilə dünyaya elmi və hərbi baxımdan meydan oxuyan müsəlmanlar eyni tutula bilməz. Ona görə də xilafətin əvvəl zamanları bir çox nöqsanlara fikir verilməsə də, artıq Abbasilərin dövründə sosial və siyasi problemlər kütlələri hərəkətə gətirirdi. Bu da öz növbəsində Abbasilər tərəfindən təzyiqləri artırırdı. Abbasilərin dövründə istər imamlar (ə), istərsə də onların tərəfdarları ciddi nəzarət altında saxlanılır, ən ağır əzablara məruz qalırdı. Hərçənd imamlar o zaman heç bir gizli siyasi fəaliyyət göstərməyiblər. Şəraitin tələblərinə uyğun olaraq onların fəaliyyəti tələbə yetişdirmək, tərəfdarlarını qorumaqla məhdudlaşırdı.
    Qiyamlar 
    Tarixdən bilirik ki, xilafət faktiki IX-X əsrlərdə süqut edib. Yuxarıda qeyd olunduğu kimi, xəlifələr İslam prinsiplərindən üz çevirdiklərindən onların hökuməti təhlükəyə düşdü. Xilafət İslam hökumətinin təcəssümü kimi qəbul olunurdu. Xəlifə İslam prinsiplərindən dönəndə isə müsəlmanlar öz dininin müdafiəsinə qalxırdı. Amma Abbasilərin digər siyasi səhvi ərəb millətçiliyi idi. Xilafətin tərkibinə daxil olan qeyri-ərəblər ərəbləşmə siyasətinin qurbanına çevrilirdi. Milli mədəniyyətini itirməkdə olan xalqlar buna qarşı öz etiraz səslərini ucaltdı.
    Təəccüblü deyil ki, xəlifə Mütəvəkkil İslam tarixində xilafətə qarşı mübarizə simvolu olan İmam Hüseynin (ə) mübarək məqbərəsini dağıtmış, buranın ziyarətini qadağan etmişdi. Lakin ən alçaq metodlardan istifadə olunmasına baxmayaraq, xilafətin daxilində baş verən qiyamların əksəriyyəti ələvilik (şiəlik) şüarı altında baş verirdi (burada qeyd olunan üsyanların əksəriyyəti İmam Hadinin (ə) dövrünə təsadüf edir). Narazı qiyamçılar hökumətin Peyğəmbər (s) Əhli-Beytinə (ə) verilməsini tələb edirdi. Onların heç biri uğurla bitməsə də, xilafəti zəiflətdi və gələcəkdə bu böyük məmləkətin parçalanmasına şərait yaratdı. Bu qiyamların heç biri İmam Hadi (ə) tərəfindən dəstəklənməyib. Buna əsas səbəb isə qiyamçıların İlahi məqsəd güdməmələri olub. Şiəlik, Əhli-Beyt (ə) hökuməti bayrağı altında davam edən üsyanlar hansısa sosial problemlərin həlli məqsədi daşıyırdı. Çünki xilafətin bütün gəlirləri yalnız hakim dairənin varlanması və eyş-işrətə sərf olunurdu, müsəlmanların vəziyyəti isə nə xəlifəni, nə də onun məmurlarını maraqlandırmırdı. Bütün bunlardan əlavə, İmam Hadinin (ə) qiyamlara başçılıq etməməsinin digər səbəbləri də var idi. Qiyamçıların əksəriyyəti imamətə dildə bağlı olub və istənilən zaman onların başçıları xilafətə satıla bilərdi. Digər tərəfdən isə qiyamların məğlubiyyətlə nəticələnəcəyi əvvəlcədən məlum idi. Onlara dəstək verməklə İmam (ə) bütün tərəfdarlarını təhlükəyə atardı.
    İmamlara (ə)  münasibət
    Öz ədalətsizliyi səbəbindən xilafətin təməllərini laxladan Abbasilər bütün bədbəxtliklərinin səbəbini ələvilərdə və ələvilərin rəhbərləri olan Əhli-Beyt imamlarında görürdülər. Təəccüblü deyil ki, imamət tarixinin ən ağır günləri məhz İmam Cavadın zamanı başlayır. İmam Təqi (ə) ilə İmam Hadi (ə) öz tərəfdarları ilə vəkil və nümayəndələr vasitəsilə əlaqə saxlayır, bu əlaqələr olduqca gizli saxlanılırdı. Xums və zəkatın yığılması, şəri məsələlərin həlli, müxtəlif göstərişlər gizli şəkildə həyata keçirilirdi. Hətta ələvi qiyamçılar imamların həyatını təhlükə altına qoymamaq üçün onların adlarından açıqcasına istifadə etməzdilər.
    İmam Təqini (ə) xəlifənin nəzarəti altında saxlamaq məqsədilə iki dəfə Mədinədən paytaxt Bağdada kö- çürmüşdülər. Xəlifə Məmun İmam Rzanı (ə) zorla öz qızı ilə evləndirdiyi kimi, digər qızı Ümmül-Fəzli İmam Cavada (ə) verir. Məmun bu addımı atmaqla bir neçə məqsəd güdürdü. Birincisi, xəlifələrin ənənəvi olaraq Peyğəmbər (s) Əhli-Beytinə (ə) qarşı yürütdüyü repressiya siyasətindən narazı kütləni sakitləşdirmək idi. İkincisi, xəlifənin yeganə müxalifləri olan imamların evinin içinə öz casuslarını, yəni öz qızlarını salmaq idi. Üçüncüsü, imamları saray həyatına yaxınlaşdırmaqla zöhddən, ismətdən yayındırmaq və onların reputasiyalarına zərbə vurmaq idi. Və nəhayət, Peyğəmbərin (s) nəsli və varisləri olan imamların xəlifənin qızlarından övladları olduqda, Abbasilər xilafətlə yanaşı, imamətə də iddia edəcəkdilər. Amma Məmunun heç bir arzusu baş tutmadı. Yeganə olaraq onun qızları casus rolunu çox uğurla ifa etdilər. İmam (ə) Bağdaddan birinci dəfə qayıda bilsə də, ikinci dəfə o burada şəhid edildi.
    İmam Hadinin (ə) döv- ründə  də siyasi sürgün siyasəti davam etdirildi. İmam Hadi (ə) barədə xəlifə Mütəvəkkilə şikayət məktubu yazan Mədinə hakimi onu dövlətə qarşı fəaliyyətdə ittiham etdi. Bunun cavabı olaraq xəlifə İmamı (ə) və onun ailəsini Samirəyə "dəvət” edir. Samirə o zamanlar xilafətin hərbi mərkəzlərindən biri olduğundan burada hər şey ciddi nəzarət altında saxlanılırdı. Belə ki, öm- rünün sonuna iki il qalmış Həzrət Əliyyən-Nəqi (ə) bu şəhərə köçür. Mütəvəkkil İmam Hadini (ə) ev dustağı etmiş, onun hər cür fəaliyyətinin və tərəfdarları ilə görüşünün qarşısını almışdı. Bütün təzyiqlərə rəğmən İmam (ə) xəlifələrə dəstək vermir, onun xilafətini tanımır. Nəticədə hicrətin 254- cü ilinin Rəcəb ayında  Mütəvəkkilin oğlu xəlifə Mötəzzin əmri ilə İmam (ə) zəhərləndirilərək şəhadətə çatdırılır.
    Samir//ahlibeyt.az//
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Əhlibeyt | Baxilib: 455 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Dekabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2019