Əgər
Qurani Kərim övliyaları və digər şəxsiyyətləri yalnız ad ilə tanıtmış
olsaydı bu sual yerində bir sual olardı. Amma əgər Qurani Kərimə diqqət
yetirəcək olsaq Allahu Təala Quranda şəxsləri fərqli-fərqli üslublarla
tanıtmışdır. Çünki şəxslərin tanıdılmasının yalnız bir yolu yoxdur.
Quran şəxsləri tanıdarkən ümumiyyətlə üç üslub istifadə etmişdir. Hər üç
üslubda məsləhətlərə görə xüsusi üsulları istifadə etmişdir.
- İSİMLƏ TANITMA:
Quranı Kərim Peyğəmbər əfəndimizi gələcək zamandakı insanlar üçün adı ilə tanıtmışdır, ki, belə buyurur; "Onu
da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail
oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən
və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın
elçisiyəm!...”("Əs-Saff” surəsi, ayə 6). Allahu Təala Quranı
Kərimin bəzi yerlərində də Peyğəmbərlərinin adını bir xüsus yazaraq zikr
etmişdir. Məsələn belə buyurur: "Ey Davud! Biz səni yer üzündə
xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar
arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar
səni Allah yolundan sapdırar...” ("Sad” surəsi, ayə 26). "Məhəmməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də Peyğəmbərlər gəlib-getmişlər...”("Ali-İmran” surəsi, ayə 144)
- RƏQƏM İLƏ TANITMA:
Quranı
Kərimin tanıtdırma üsullarından biridə rəqəm ilə tanıtmadır. Çünki
Quranı Kərim Məni İsrail Nükebalarını (əminlərini) rəqəm ilə
tanıtmışdır. "Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan
(özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik” ("Əl-Maidə” surəsi,
ayə 12).
Həzrəti Musa tərəfindən dağa getmək üçün seçilən qrup Quranı Kərimdə rəqəm ilə tanıdılmışdır: "Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi...” ("Əl-Əraf” surəsi, ayə 155).
- SİFƏT İLƏ TANITMA:
Şəxslərin
tanıdılmasının üsullarından biri də sifət ilə tanıdılmasıdır. Necə ki,
Peyğəmbər (s.ə.s)ın İncil və Tövratda ad ilə tanıdılmasının yanında
sifət ilə də tanıdılmışdır. Quranı Kərim bu mövzuya belə şahidlik
etməkdədir: "O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını,
vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin
yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar...” ("Əl-Əraf” surəsi, ayə 157).
Bu
ayədə Həzrəti Məhəmməd (s.ə.s) on dənə sifət ilə tanıdılmışdır. Ayənin
axışından aydın olduğuna görə Peyğəmbər əfəndimiz bu iki kitabda (İncil-
Tövrat) bu sifətlər və ya ümumiyyətlə bunlarla tanıdılmışdır. Çünki
ayə, "Tövratda və İncildə yazılmış gördükləri" şəklində buyurur.
Allahu Təala Quranı Kərimdə Müsəlmanlar tərəfindən itaət olunmaları
lazım olan insanları ulul əmr (əmr sahibləri) sifəti ilə tanıtmışdır.
Necə ki, buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən
olan ixtiyar (əmr) sahiblərinə itaət edin” ("Ən-Nisa” surəsi, ayə 59).
Həzrəti Musadan sonra İsrail oğullarından biri Peyğəmbərliyə seçilmişdi. İnsanlar ona: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülümkarlarla) vuruşaq!” -dedilər”
("Əl-Bəqərə” surəsi, ayə 246). Allahu Təala onların istəyinə müsbət
cavab verərək bütün şübhə, tərəddüdlərin yox olması üçün bu əmri ad ilə
tanıtdıqdan sonra sifət ilə də tanıtdı. Peyğəmbərinin vasitəsi ilə
onlara: "Allah Talutu sizə padşah göndərdi” deyə xəbər verdi ("Əl-Bəqərə” surəsi, ayə 247) və belə buyurdu: "(İsrail
övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya
verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən
bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər
vardır... Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır” ("Əl-Bəqərə” surəsi, ayə 248).
Həzrəti
Talut ilə əlaqədar ayədə də görüldüyü kimi sifət ilə tanıtma üslubunda
bəzən adda zikr olunur, amma bəzən yalnız sifət ilə tanıdılır. Məsələn,
Allah belə buyurur: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən
dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah)
onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim,
kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin
tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər...” ("Əl-Maidə” surəsi, ayə 54).
Eyni
üslublara rəvayətlərdə də rast gəlinir. Məsələn: Həzrəti. Peyğəmbər
(s.ə.s), Xanım Fatimə (ə.s) haqqında, Səhihi Buxaridə nəql olunan bir
rəvayətdə belə buyurmuşdur: "Fatimə mənim bədənimdən bir parçadır,
kim Onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar”, "Fatimə mənim bir
parçamdır, Onu üzən şey, məni üzər. Onu incidən şey, məni də incidər” (Sahih-i Buxari, c.5, s.26, Sahih-i Müslim, c.4, s.1902, Hədis:2449)
Digər bir tərəfdəndə, Allah, Qurani Kərimdə belə buyurur: "Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyda və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” ("Əl-Əhzab” surəsi, ayə 57)
Diqqət
yetiriləcək olsa, lənətə layiq olan insanların bu lənətə layiq
görülməsi ölçülərindən biri də Xanım Fatimə (ə.s)-dır. Artıq bu hədis və
ayədən sonra, Xanım Fatimə (ə.s)-a əziyyət edən və Onu incidən biri
Allah Rəsulunu incitmiş olar. Onu incidənə də Allah lənət edər. Və onun
üçün həqarətli əzabını hazırlayar, bu şəxs kim olursa olsun. Diqqət
olunsa, Peyğəmbərimiz (s.ə.s) yuxarıdakı hədisdə sifət üslubunu istifadə
etmişdir.
Bu
hədis və ayələri zikr etmədəki məqsəd sifət ilə tanıtma üslubunun doğru
və səhih bir üslub olduğudur. İmam Mehdi (ə)-ın adı Quranda hər nə
qədər çəkilməsə də, onun və hökumətinin sifətləri, xüsusiyyətləri
Quranda zikr olunmuştur. Üsula görə Qurani Kərim şəxslərin təqdimatında
ən yaxşı məsləhətləri göz qarşısında saxlamışdır. Bəzən məsləhət gərəyi
şəxsin adı ilə tanıdılması lazım olur. Bəzəndə məsləhət gərəyi şəxsin
sifət ilə tanıdılması lazımdır. Necə ki İmam Mehdi (ə) haqqında da
məsələ sifət ilə tanıtmadan ibarətdir. Çünki:
1.Bele
bir hökumətin qurulması Quranın bəzi yerlərində açıq və aydın bir
şəkildə və bəzi yerlərində də işarə olunaraq zikr olunmuştur. Tövbə və
Saf surəsində İslamın bütün dünyaya yayılacağının müjdəsini verən ayələr
var ki, belə buyurulur: "Müşriklərin xoşuna gəlməsə də, onu
(islamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yola
və haqq dinlə göndərən Odur!” ("Ət-Tövbə” surəsi, ayə 33). Bu ayə o
dünya hökumətinin qurulacağına işarə etməkdədir. Çünki təfsirçilərin
şərhinə görə bu ayənin müjdə verdiyi həqiqət olan İslam dini hələ bütün
dünyaya yayılmamış və hakim olmamışdır. Bunun yanında Allah Ənbiya
surəsinin 105-ci ayəsində belə buyurur: "Biz kitabdan (Tövratdan,
yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və
ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını
yazmışdıq”. Bu ayə salehlərin yer üzünün sahibi olub, hökuməti əllərinə alacağı xəbərini verməkdədir. Bu ilahi vədə hələ baş verməmişdir.
2.İslamın,
Quran sahəsində dərk və fəzilət əhlinə görə, Allah İmam Əli (ə)-ın
adını öz məsləhəti əsasında necə Quranda zikr etməmişsə, eyni məsləhət
əsasında İmam Mehdi (ə)-ın adını da zikr etməmişdir. Əgər bu ilahi
liderlərin adını zikr etsəydi, düşmənlərin köhnə və dərin kinləri
yenidən canlanar və dolayısı ilə dəhşətli nəticələrə səbəb ola bilərdi.
Bu səbəbdən ötəri, mövzunu ümumiyyətlə "Yer üzünün varisi Saleh
bəndələrim olacaq" şəklində buyurmuşdur. Allahın, Həzrəti Loğman,Həzrəti
Zülqərneyn kimi keçmiş insanların adını zikr etməsiylə gələcəkdəki
insanların adlarının zikr olunması müqayisə edilə bilməz. Çünki keçmiş
insanlar haqqında qısqanclıqlar, kinlər təhrik olmaz, alovlanmaz. Amma
gələcəkdəki insanların adını zikr etməklə onlar təhlükələrlə
qarşı-qarşıya qala bilərlər. Hər şeyi bir kənara buraxsaq, görəsən
yalnız adın zikr olunması bütün dərdlərə dərman və çarə olarmı? Görəsən
zamanın imamının adı Quranda zik rolunsaydı, tarix boyunca cəlladların,
zalımların, tağutların, şöhrət ovçularının ondan pis bir şəkildə
faydalanmayacaqları və onu qəbul edəcəkləri mümkün idimi? Və ya bəziləri
də şəxsi mənfəət, hədəf və ya şöhrətdən ötəri onu inkar
etməyəcəklərdimi? Tarixi təcrübə buna şahid olmuşdur ki, əgər zamanın
imamının adı Quranda zikr olunsaydı belə, yenə də Mehdilik inancının
tərs, yalançı iddiaçıları, şöhrət ovçuları qalxıb bulanıq sudan balıq
tutmaq istər kimi, özlərinin zamanın imamı olduğunu iddia edib və
insanlığın intizarından pis bir şəkildə faydalanacaqdılar. Görəsən
Allah, son peyğəmbərinin adını Quranda zikr buyurmadımı? Amma yenə də
inadçı və kor insanlar, bundan faydalanmağa çalışdılar. Bu mövzuda
Qurani Kərim belə buyurur: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu
İsa belə demişdi: " Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl
nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir
peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud
Məhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu
açıq-aydın sehrdir!”-dedilər” (Əs-Saff” surəsi, ayə 6).
Bu
səbəbə görə Qurana bağlı və şüurlu insanlar tərəfindən əsl Mehdi
(ə)-nin və sifətlərinin ayırd edilməsi üçün O Həzrətin sifət və
xüsusiyyətlərinin bəyan olunması kifayətdir. Bu sifət və xüsusiyyətlərin
də bir hissəsi Qurani Kərimdə və digər bir hissəsi də səhih hədislərdə
göstərilmişdir. Bu sifət və xüsusiyyətlərlə, Quran və əhli-beytə bağlı
mömin, şüurlu insanlar həm Mehdilik mövzusunu müdafiə edəcək və həm də
yalançıların iddiası su üzünə çıxmış olacaq.
Imamhuseyn.com
|