Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis. Künyəsi: Əbu Əbdillah. Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam). Anası: Fatimeyi Zəhra (salamullahi əleyha). Doğulduğu gün: 3 Şəban. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: Hicrətdən 3 il sonra. Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü. Şəhid olduğu il: 61-ci hicri ili. Ömrü: 58 il. Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır. Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri. Övladlarının sayı: 6 (4 oğlan, 2 qız). Oğlanları: 1. Əli Əkbər. 2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam). 3. Cəfər. 4. Əbdüllah. Qızları: 1. Səkinə. 2. Fatimə. İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş вa o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.
|