(Erfan
saytına istinadən)
Əhli-Beyt
(ə) davamçılarından birinə bir xan sillə ilə vurur və yerə yıxır. O, deyir:
"Mənim sənə gücüm çatmır, ancaq bizim Əmirəl-möminin (ə) adlı bir mövlamız
vardır. Ona şikayət edəcəyəm. O, mənim intiqamımı səndən alacaqdır”. Zalım xan
ona belə cavab verir: "Elə indi get. Elə bilirsən ki, qorxuram? O, dörd yüz
ildir ki, dünyadan getmişdir. Məndən necə intiqam alacaqsan?”. Bu qəlbi saf və pak Əhli-Beyt (ə) davamçısı
Əmirəl-möminin (ə) hərəmində üç gecə dua edir və deyir: "Mənim intiqamımı
almayınca hərəmdən getməyəcəyəm”. Sonra da ağlayır. Həmin xan Kufə şəhərinin
ətrafında yaşayırdı. Üç gün keçir, Əhli-Beyt (ə) davamçısı görür ki, duası
qəbul olmur. Həmin zalım xanın sözü yerinə yetirdi. O zalıma heç nə olmurdu.
Zirehin yanında ağlayır və yuxu onu aparır. Görür ki, Əmirəl-möminin (ə)
hüzurundadır və Həzrət buyurur: "Allah Təala bizə hər bir iş görmək üçün qüdrət
vermişdir. Ancaq mən bu zalım xana zərbəmi bu dünyada vurmayacağam. Çünki onun
mənim boynumda kiçik haqqı vardır. O, məndən tələbkardır. Tələb edənin tələbini
də vermək lazımdır. Həmin xan bir gün Nəcəfin ətrafındakı xurmalıqdan keçirdi.
Gözü günbəzimə düşür. Əlini sinəsinə qoyub deyir: "Əssəlamu ya Əli ibni Əbi Talib”.
Yaxşı bir iş görür və muzdu də budur ki, onu bağışlayasan”.
Ayılır. Cavabını aldığı üçün hərəmdən
çıxır. Xan ata minirdi və ona deyir: "Nə oldu?
Şikayət etdin? Əli məni vura bildimi?
Həmin Əhli-Beyt (ə) davamçısı cavab verir:
"Mən getdim və şikayət etdim. Həzrət Əli
(ə) buyurdu: "Mən bu şəxsi ona görə vurmuram ki, boynumda haqqı vardır. O da
budur ki, bir gün xurmalığın yanından keçirdi və mənim günbəzimi görəndə mənə
ehtiram etdi”.
Xan atdan yerə düşür. Torpağın üstündə
oturur və deyir: "Hara gedirsən? Mən
ağlamaq istəyirəm, əlimi tut və Əmirəl-möminin (ə) hərəminə apar. Mən Əhli-Beyt
(ə) davamçısı olmaq istəyirəm”.
Bəli, budur bir yaxşılığın nəticəsi.
/Deyerler.org/
|