Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 12 » HARAM MUSİQİNİN FƏSADLARI BARƏDƏ
    22:05
    HARAM MUSİQİNİN FƏSADLARI BARƏDƏ
    Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə kifayətlənirik:
    1-ci tərifə əsasən, musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislərilə müşayiət olunmadığı təqdirdə haram deyil.
    2-ci tərifə görə, musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, şəhvət hissini həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə, düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.
    Bu yazıda biz haram musiqinin (ğinanın) fəsadlarını təhlil edəcəyik.
    Sinir sisteminin fəaliyyəti
    Ğinanın törədə biləcəyi cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edək.
    Vegetativ sinir sistemi iki şöbəyə bölünür:
    1. Simpatik şöbə
    2. Parasimpatik şöbə
    Simpatik sinir sistemi 32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.
    Parasimpatik sinir sistemi sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşıtmaq və s. onun vəzifəsidir.
    Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.
    Ğinanın cismi zərərləri
    1. Sinir sisteminin zəifləməsi.
    Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır.
    Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, musiqi sədaları, insanın sinir sistemi üzərinə təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır.
    Nyu-York xəstəxanasının başağrısı klinikasının baş həkimi doktor Arnold Freydman beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, bərk yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün.
    Doktor Aleksis Karlın sözü: "Ümumiyyətlə, bərk musiqiyə qulaq asmaq əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".
    Ğinanın xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi xarici təhrikedicilərin arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur.
    Görmə qabiliyyətinin zəifləməsi
    Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir.
    Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.
    Mədə fəsadları
    Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır.
    Bəs musiqi ilə fəaliyyətimiz çoxalırmı? Bəziləri zavod, fabriklərdə musiqidən istifadə etmiş, bu qənaətə gəlmişlər ki, bu yolla işçilər daha çox işləyirlər.
    Cavab: əvvəla, musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır və əksinə, zehni əməyin fəaliyyətini azaldır. Alimlər bu qənaətdədirlər ki, iş əsnasında musiqi dinləmək, zehni fəaliyyətlərin iş qabiliyyətini azaldaraq, sinir sistemində pozuntuların yaranmasına gətirib çıxarır (misal üçün: eyni halda həm musiqi dinləyib, həm də yazı yazan şəxsin yazı səhvləri daha çox olur).
    İkincisi, musiqinin bədənin fəaliyyətinin artırmasını qəbul etdiyimiz təqdirdə, bunun törətdiyi fəsadları da göz ardına vurmamalıyıq. Musiqi ilə bədəni işə vadar etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki biz bədəni təbii olaraq qüdrəti qədər işləməyi üçün öz ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, daha artıq işləməyə məcbur etməməliyik. Bilməliyik ki, bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında daha artıq əmək sərf etsə də, ya iş yerindən xaric olduqdan sonra təbii halda və musiqi dinləmədən fəaliyyət etdiyi zamanla müqayisədə daha artıq yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq istifadəmiz üçün uzun müddətdə əldən düşəcəyik və ömrümüz qısalacaqdır; çünki bədəndən təbii qüdrətindən daha artıq istifadə etmişik. Bu eynilə idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, dopinq vasitəsilə bir müddət bədən daha artıq iş sərf edir, bəzən yarışların qalibi da olurlar, ancaq bu idmançılar öz sağlamlıqlarını dopinqdən istifadə etməyən idmançılarla müqayisədə daha tez əldən verirlər. Ömürləri isə qısalacaq və bu işlə bədənə xeyli zərərlər yetirəcəklər.
    Musiqi ilə Yaradana yaxınlaşırıqmı? Bəzi şəxslər belə deyirlər ki, musiqi dinlədikdə özümüzü Allaha daha yaxın hiss edir və arifanə həyat sürürük.
    Cavab: əvvəla belə olsaydı, ğina ifaçıları ən arif və Yaradana ən yaxın insanlar olardılar. Halbuki onların çoxunun dinin və irfanın ləzzətini duymadıqlarını, eləcə də çoxlarının Allahdan uzaq düşdüklərini yaxşı bilirik. Şou adamlarının bəzisi isə yaranmışların ən çirkinidirlər.
    İkinci bir tərəfdən Allah, Onun Peyğəmbəri və Əhli-beyt (ə) Allaha yaxınlaşma yollarını hamıdan yaxşı tanıyırlar. Onlar yaxşı bilirlər ki, hansı şeylər bizi Allaha yaxınlaşdırır və hansı işlər bizi Allahdan uzaqlaşdırır. Onların nəhy etdiyi, çəkindirdiyi əməllər insanın Allahdan uzaqlaşmasına səbəb olur. Nəhy etikləri işlərdən biri də, haram musiqidir. Eləcə də, onların əmr etdikləri bütün əməllər, Allah Təalaya yaxınlaşmağa səbəb olur.
    Bilməliyik ki, sözügedən şübhə bizi Allahdan uzaqlaşdırmaq üçün istifadə etdiyi iblis lənətliyin hiylələrindən biridir.
    Musiqi ilə müalicə.
    Bəzən iddia edilir ki, musiqi ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Cavab: əvvəla, biz haram musiqidən danışırıq. Bəlkə də musiqi ilə müalicə edənlər, halal musiqidən istifadə edirlər.
    İkincisi, biz də bəzi musiqilər, o cümlədən: Quran avazı, axar suların musiqisi və s. musiqilər, ahənglər vasitəsilə müalicəni qəbul edirik.
    Üçüncüsü, bəlkə də bir sıra xəstəliklər musiqi ilə müalicə edilə bilər, amma biz məsələnin zahirini müşahidə edirik. Onlar musiqi ilə bir xəstəliyi müalicə edir, ancaq bədənin digər üzvlərinə zərər yetirdiklərindən xəbərsizdirlər. Xəstəliyi müşahidə edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin xəstəliyi müalicə edirlər, bir halda ki, yazdıqları dərmanın törətdiyi xəsarətlərdən xəbərsizdirlər. Ola bilər ki, dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik bədənə əlavə edilə bilər. Demək istədiyimizi budur ki, təsdiq edilən dərmanların bir çoxu zərərlərə malikdir. Bu zərərlər zaman ötdükcə (insanlar dəyişdikcə) üzə çıxır. Çox güman ki, musiqi ilə müalicə də, yüzlərlə başqa nümunələr kimi, uzun illər ötdükdən sonra öz mənfi təsirlərini üzə çıxarda bilər.
    Hazırladı: Azər Cabbarlı,
    "Dəyərlər”in oxucusu
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 621 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024