Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Sentyabr » 22 » HƏZRƏT ZƏHRA (s.ə.) VƏ HƏZRƏT MƏHDİNİN (ə.f.) OXŞARLIĞI BARƏDƏ
    00:37
    HƏZRƏT ZƏHRA (s.ə.) VƏ HƏZRƏT MƏHDİNİN (ə.f.) OXŞARLIĞI BARƏDƏ

    Həzrət Zəhra (s.ə.) səma əhlinin nuru, Həzrət Məhdi (ə.f.) isə yer əhlinin nurudur. Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Sonra zülmət və qaranlıq hər yeri bürüyür. Mələklər Allaha şikayət edirlər: "Allahım! Bu qaranlığı bizdən uzaqlaşdır”. Allah Təala bir kəlmə buyurur və o kəlmədən bir ruh xəlq edir. Sonra başqa bir kəlmə deyir və ondan da nur xəlq edir. Həmin nur aydınlıq verir və ruha birləşir. Allah onu ərşin yerində qərar verir. Sonra hər yer işıqlaşır. O Həzrət Fatimə-Zəhradır (s.ə). Ona görə də Fatiməni "Zəhra” adlandırdılar. Çünki onun nuru vasitəsilə səma aydınlanmışdı”.
    Müfzəl deyir: "İmam Sadiqdən (ə) soruşdum: "O zaman ki, Həzrət (ə.f.) zühur edəcək, nə olacaqdır? İmam (ə) buyurdu: "Həmin gün insanlar günəş və ayın nurundan ehtiyacsız olacaqlar. İmamın (ə) nuru onlara kifayət edəcəkdir.” Bu hədisdəki "İmam” kəlməsi Həzrət Məhdidir (ə). Çünki hədisin özündə də deyilir ki, o zaman ki, qiyam edəcək, nə baş verəcəkdir? İkincisi də heç bir zaman belə bir şey olmamışdır. Ancaq o Həzrətin (ə.f.) zamanında insanlar ay və günəşin nurundan ehtiyacsız olacaqlar.
    Cabir Cəfi deyir: "İmam Baqirdən (ə) eşitmişəm ki, Ömər ibni Xəttab Əmirəl-möminə (ə) ərz edir: "Məhdi (ə.f.) adı nə deməkdir?”. Həzrət buyurur: "Allahın Rəsulu (s) məndən təəhhüd götürmüşdür ki, onun adını bəyan etməyəm ki, Allah ona qiyam etmək icazəsini versin”. Ömər deyir: "Onda onun xüsusiyyətlərini deyin”. Həzrət buyurur: "O, orta yaşlı cavandır, üzü çox gözəldir, gözəl saçları çiyninə tökülür. Üzünün nuru saqqalının və saçının qaranlığına qələbə çalır”.
    İmam Kazım (ə) Həzrət Məhdinin (ə.f.) xüsusiyətini bəyan edərkən buyurmuşdur: "O, kənizlərin sərvərinin övladıdır ki, doğumu insanlardan gizli qalacaqdır”. İmam Sadiq (ə) Həzrət Məhdini (ə.f.) tanıdan zaman buyurmuşdur: "O, övladım Musa Kaızmdan sonra beşinci İmamdır və o, kənizlər sərvərinin övladıdır”.
    Həzrət Fatimənin (s.ə) və Həzrət Məhdinin (ə) ana bətnində danışmaqları
    İmam Sadiq (ə) buyurur: "O zaman ki, Həzrət Xədicə (ə) Peyğəmbər (s) ilə evlənir, Məkkə qadınları ondan uzaqlaşdılar. O, Həzrət Fatiməyə (s.ə.) hamilə olana qədər tək qalır. O zaman Fatimə (s.ə.) onunla danışmağa başlayır. Ondan istəyir ki, səbirli olsun”.
    Həzrət Həkimə Xatun Həzrət Məhdinin (ə.f.) dünyaya gəlmə gecəsi haqqında nəql edir: "İmam Əsgəri (ə) buyurur: ""Qədr” surəsini Nərcis xatuna oxu”. Mən də bu surəni oxumağa başladım. Həmin körpə Nərcis xatunun bətnində mənimlə bu surəni oxumağa başladı. Mən oxuduğumu o, da oxuyurdu. Mənə salam verəndə mən qorxdum. İmam (ə) səsləndi: "Ey bibi! İlahi qüdrətə təəccüb etmə ki, Allah Təala bizim uşaqlarımıza danışmaq hikməti vermişdir””.
    Həzrət Zəhra (s.ə) və Həzrət Məhdi (ə.f.) - hər ikisi Qiyamət günü möminlərə şəfaət verəcəklər
    Həzrət Peyğəmbər (s) buyurur: "Ey Fatimə! Sənə müjdə verirəm! Allah yanında mahmud məqama maliksən. Həmin məqamda dostların və öz tərəfdarların üçün şəfaət verəcəksən. Sənin şəfaətin qəbul olacaqdır”.
    Bilal ibni Həmamə deyir: "Bir gün Allahın Peyğəmbəri (s) yanımıza gəldi, üzünün nuru ay kimi parlaq idi. Sevincli idi. Əbdürrəhman ibni Əvəz ərz edir: "Ey Allahın Rəsulu! Bu nur nədir?”. Həzrət (s) buyurur: "Allah tərəfindən qardaşım, əmim oğlu və qızım haqqında bəşarət verilmişdir ki, onların hər ikisinin vasitəsilə ümmətimin kişi və qadınları cəhənnəm atəşindən nicat tapacaqlar”.
    Əmirəl-möminin (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) xitab edərək buyurmuşdur: "Siz rəhbərsiniz, şəfaət isə ananıza aiddir”.
    Hədislərin birində Əmirəl-möminin (ə) və Cabir ibni Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edirlər ki, Peyğəmbər (s) İmamların (ə) Qiyamətdəki mövqeyini bəyan etmişdir və Həzrət Məhdinin (ə.f.) məqamı haqda buyurmuşdur: "İmam Məhdi (ə.f.) - Qiyamət günü möminlərin şəfaət edənidir”.
    Həzrət Zəhra (s.ə) ilə Həzrət Məhdinin (ə) məzlumluğu
    Həzrət Zəhranın (s.ə) ziyarətində oxuyuruq: "Salam olsun sənə, ey pak məzlum”. Əmirəl-möminin (ə) həyat yoldaşının məzluluğu haqda buyurmuşdur: "Fatimə, Allahın Peyğəmbərinin (s) qızı daima zülmə məruz qalmışdır və öz haqqından məhrum olmuşdur”.
    Əmirəl-möminin (ə) övladı Məhdinin (ə.f.) məzlumiyyəti haqda buyurmuşdur: "Bu əmrin sahibi, həmin uzaqlaşdırılmış, yeganə və tənhadır”. İmam Baqir (ə) buyurur: "Əgər onu tanısalar, onu tikə-tikə edərdilər”. Peyğəmbərə (s) etdikləri həmin əziyyətlərdir ki, ona da etmişdilər. Bəlkə daha çox.
    Hüccətil-İslam Hacı Seyid İsmayıl Şərəfi deyir: "Kərbəlaya getmişdim və Həzrət Seyyidi-şühədanın (ə) hərəmində ziyarətlə məşğul idim. İmam Hüseynin (ə) hərəminin yuxarı hissəsində olan zəvvarlar duasını oxuyanda dualar qəbul olunar. Həmin yerdə Allahdan istədim ki, məni Həzrət Məhdinin (ə.f.) mübarək məhzərinə müşərrəf etsin. Gözlərimi o Həzrətin (ə.f.) misilsiz gözəlliyi ilə aydınlandırsın. Ziyarətlə məşğul olan zaman qəflətən günəşin camalı zahir oldu. Həmin an Həzrəti tanımadım, ancaq o Həzrətə məftun oldum. Salamdan sonra Həzrətdən soruşdum: "Siz kimsiniz?” Ağa buyurdu: Mən aləmlərin ən məzlum insanıyam”. Mən başa düşmədim və öz-özümə dedim: "Yəqin bu insan Nəcəfin böyük alimlərindəndir. İnsanlar ona qəbul etməyiblər deyə, özünü dünyanın ən məzlum insanı hesab edir”. Bu zaman gördüm ki, həmin adam yanımda deyil və başa düşdüm ki, İmam Zamandan (ə) başqa heç kim bu qədər məzlum deyildir. Mən isə o Həzrətin hüzurunu tez əldən verdim”.
    Peyğəmbərin (s) hər iki Həzrətə olan əlaqə və məhəbbəti
    Həzrət Peyğəmbərin (s) Fatiməyə (s.ə.) olan münasibəti çox şiddətli idi. Belə ki, Həzrət buyurur: "Atam və anam sənə fəda olsun”. Başqa bir yerdə Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək, buyurur: "Fatimə qızıma tövsiyələrimi etmişəm və ona demişəm ki, bunları sənə desin. Bunları düz qəbul et, çünki o, doğru deyəndir”. Sonra Fatiməni (s.ə) yanına çağırır və onun alnından öpərək, buyurur: "Ey Fatimə! Atan sənə fəda olsun!”. Həzrət Zəhranın (s.ə) ziyarətində oxuyuruq: "Allahım! Salam olsun Fatimə Bətula, öz Rəsulunun qızına, onun bədənin parasına, ciyərinin parası və Mustafanın məhbubuna”.
    Həzrət Peyğəmbər (s) Həzrət Məhdini (ə.f.) tanıdaraq, buyurur: "Atam və anam ona fəda olsun! Mənimlə adaşdır, həm mənə və həm də Həzrət Musaya bənzəyir. Nur haləsi ətrafını bürümüşdür və ondan müqəddəs nurun şüaları ətrafa yayılır”.
    "Əhd” duasında oxuyuruq: "Allahım! Peyğəmbərin Muhəmmədi (s), Həzrət Məhdinin müqəddəs vücudunun görüşü ilə xoşhal et”.
    Abdullah ibni Ömər nəql edir: "Peyğəmbər (s) buyurub: "Allah Merac gecəsində mənə buyurmuşdur: "Yer üzərində ümmətinə kimi canişin etmisən?” Ərz etdim: "Qardaşımı”. Buyurdu: "Əli ibni Əbi Talibi?” Ərz etdim: "Bəli”. Buyurdu: "Yerə nəzər saldım və səni seçdim. Başqa bir nəzər saldım və Əlini (ə) seçdim və onu sənin vəlin qərar verdim. Ey Muhəmməd! Əli, Fatimə, Həsən və Hüseyni və bütün İmamları bir nurdan xəlq etdim. Sonra onların vilayətini mələklərə ərz etdim. Hər kim onu qəbul etdi, yaxınlardan oldu və hər kim rədd etdi, kafirlərə qoşuldu. Ey Muhəmməd! Əgər bəndə Mənə o qədər pərəstiş edər ki, həyatı sona çatar, ancaq vilayəti inkar edər, Mənimlə üzbəüz olanda onu cəhənnəm atəşinə ataram. Ey Muhəmməd! Onları görmək istəyirsən?” Ərz etdim: "Bəli!” Buyurdu: "Bir addım irəli gəl”. Mən addımımı atdım. Qəflətən gördüm ki, Əli ibni Əbi Talib, Həsən, Hüseyn, Əli ibni Hüseyn, Muhəmməd ibni Əli, Cəfər ibni Muhəmməd, Musa ibni Cəfər, Əli ibni Musa, Muhəmməd ibni Əli, Əli ibni Muhəmməd, Həsən ibni Muhəmməd və Hüccət Qaim onların arasında parlayan ulduz kimi idi. Soruşdum: "Bunlar kimdirlər?” Buyurdu: "Bunlar İmamlardırlar və bu ayaq üstə duran (Qaim), o kəsdir ki, halalımı halal edəcək, haramımı haram. Mənim düşmənlərimdən intiqam alacaqdır. Ey Muhəmməd! Onu sev. Çünki mən onu sevirəm. Onu sevənləri də sevirəm””.

    (İslami saytlara istinadən)
    Hazırladı: Məşhədi Xanım
    /deyerler.org/
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 586 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Sentyabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024