Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Sentyabr » 22 » ƏGƏR ŞEYTAN İNSANLARI YOLDAN AZDIRIRSA, ALLAH ONU NİYƏ YARADIB?
    02:57
    ƏGƏR ŞEYTAN İNSANLARI YOLDAN AZDIRIRSA, ALLAH ONU NİYƏ YARADIB?

    Allah nəyi yaradıbsa, gözəl şəkildə yaradıb. İnsanları və cinləri də günahsız şəkildə yaradıb və onlara Allaha qovuşma yollarını göndərdiyi səmavi kitablar və peyğəmbərlər (ə) vasitəsilə göstərib. Sonradan onlar Allahın əmrlərindən boyun qaçırırlarsa, özləri şeytan olurlar.

    Şeytan kimdir?

    "Şeytan” sözünün mənası "Allahın əmrlərindən boyun qaçıran” deməkdir.

    Qurana görə şeytan, ilk insan olan Həzrət Adəmdən bu yana insan nəslini Allah yolundan azdırmaq üçün səy göstərən və Qıyamətə qədər də səy göstərəcək varlıqların ümumi adıdır. Necə ki, "Nas” surəsinin (114-cü surə) 6-cı ayəsində buyurulur: "(O şeytan ki) cinlərdən də olur, insanlardan da!".

    Bütün şeytanların atası isə, Həzrət Adəmin (ə) yaradılmasıyla birlikdə Allaha üsyan edən İblisdir. O iblis ki, vaxtilə onun babaları - cinlər günahlarına və pozğunluqlarına görə Allah tərəfindən mələklər ordusu vasitəsilə qırılanda, Allah o balaca cini - iblisi mələklərin göyə qaldırmasını istədi. Allah iblisə mələklər vasitəsilə elm öyrətdi ki, onu sonra təzədən cin tayfasına rəhbər göndərsin ki, onları pis yoldan çəkindirsin. İblis Allaha 6 min il ibadət etmişdir. Qurandan da bildiyimizə görə, göydəki bir il yerdəki 1000 ilə bərabərdir. Demək 6 000 000 il ibadət etmişdir.

    Qurandan öyrəndiyimizə görə, Allah Həzrət Adəmi yaratmış və mələklərdən ona səcdə etmələrini istəmişdir. Mələklər Allahın əmrini yerinə yetirərkən, cin tayfasından olan İblis Hz. Adəmə səcdə etmədi. Özünün insanlardan daha üstün varlıq olduğunu irəli sürdü. Bu itaətsizliyi və nankorluğu üzündən Allahın hüzurundan qovuldu.

    Allahın hüzurundan qovulmadan qabaq, insanları da özü kimi azdırmaq üçün Allahdan möhlət istədi. Allah da insanları sınamaq üçün ona Qiyamət gününə kimi möhlət verdi. Beləcə iblisin insanlara qarşı mücadələsi başladı. Amma Allah iblisi Adəmə və sonrakı Adəm övladlarına səmavi kitablar və peyğəmbərlər vasitəsilə tanıtdı və iblisi və ona uyanları cəhənnəmə dolduracağına hökm etdi.

    Allah iblisi yaratmayıb ki, o insanları düz yoldan azdırsın. İblis yarananda günahsız halda yaranıb. Hətta Allah ona mərhəmət edib, elm də öyrədib. Sonradan Adəmi yaradanda, ona baş əyməyi əmr edəndə, İblis təkəbbürlük göstərib və tövbə niyyətində olmadığına görə, əksinə bütün Adəm övladlarınıda azdırmaq istədiyindən Allahın hüzurundan qovulub və şeytan adını alıb.

    İblis azmasaydı da və insanları azdırmağı Allahdan möhlət istəməsəydi də, Allahın əmrindən boyun qaçırmaq və nankorluq etmək istəyən kəslər Allahın əmrindən boyun qaçırdıb özləri şeytanlıq edəcəkdirlər. Məsumlarımızdan (ə) da hədis var ki, bütün pisliklər nəfsdə gizlənmişdir. Demək, insan və ya cin nəfsini kontrol edə bilməyəcəksə, nəfsdəki pisliklər oyanacaq və onlar Allahın əmrindən boyun qaçıracaqlar.

    İnsanlar və cinlər ixtiyar sahibidirlər. Allah onlara şüur verib və göndərdiyi səmavi kitablarla, Peyğəmbər (s) və İmamlarla (ə) bütün yaxşılıqları və pislikləri tanıdıb. Bütün bunlardan sonra nəfsinə uyan özüdür günahkar və hər şeyi şeytanın üstünə atmaq lazım deyil. Onsuz da şeytan insanları və cinləri məcbur edə bilməz pis işlərə. O (lən), sadəcə təklif edir - yəni pis fikirləri və informasiyaları nəfsə ötürür və bütün pisliklər də nəfsdə gizləndiyindən, nəfs oyanır və pis işləri görmək istəyir. Amma bu vaxt ağıl işə düşür və bu işin haram olduğunu deyir. Əgər seçim etmək mərhələsində şeytan vəsvəsəsinə tuş gələnin iradəsi möhkəm olsa, o, qalib gələcək və ağıl deyəni edəcək. Yox, əgər iradəsi zəifdirsə, nəfs dediyini edəcək və məsuliyyəti də özünündür, şeytanın yox.

    Allah bizlərə iradəli olub zəif şeytana və üsyankar nəfsimizə uymamağı və ağılla hərəkət etməyi nəsib eləsin. Amin!

    Azər Cabbarlı,
    "Deyerler.org”
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 570 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Sentyabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2022