Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Avqust » 11 » DAŞIN ALTINDAN ÇIXAN BULAQ VƏ DİGƏR İBRƏTAMİZ MƏSƏLƏLƏR
    00:01
    DAŞIN ALTINDAN ÇIXAN BULAQ VƏ DİGƏR İBRƏTAMİZ MƏSƏLƏLƏR
    (Abbas Əzizinin "Əllamə Həsənzadə Amulinin əsərlərindəki ürfani dastanlar” kitabına əsasən)
     Nofəli deyir: "İmam Sadiqə (ə) ərz etdim: "Mömin yuxu görür, hər şey onun gördüyü kimi olur, yoxsa yox? O qədər olub ki, yuxu görürsən, ancaq həqiqi olmayıbdır”. İmam Sadiq (ə) cavab verir: "Mömin yatan zaman ruhu hərəkət edər. Göylərə qalxar. Mələkut aləmində hər nə görürsə, o, həqiqətdir. O şeyi ki, yer üzərində görür, "əzğasi-əhlamdır”. Nofəli deyir: "İmama (ə) dedim: "Möminin ruhu göyə qalxır?”. İmam (ə) cavab verir: "Bəli”. Dedim: "Ruh qalxandan sonra bədəndə heç nə qalmır?” İmam (ə) buyurdu: "Xeyr, belə deyildir, əgər ruh bədəndən tamam çıxarsa, o, ölmüş deməkdir”. Dedim: "Bəs necə xaric olur?” Buyurdu: "Günəşi görmürsənmi ki, yerindədir, ancaq şüası yer üzərindədir? Ruh da belədir, əsli bədəndə qalır”.
    ***
    Bərə ibni Azib nəql edir: "Məaz ibni Cəbəl Peyğəmbərdən (s) Qiyamət haqqında soruşmuşdur. O Həzrət (s) də cavab verir: "Ey Məaz! Böyük bir işə görə sual vermisən. Ümmətimdən on dəstə insan, heyvan şəklində zühur edəcəkdir. Allah onların və müsəlmanların arasına fasilə qoyacaqdır. Onların bir qrupu meymun şəklində, bir qrupu donuz şəklində, bir qrupda baş yerinə ayaq olacaqdır, bir qrupda isə ayaq yerinə baş olacaqdır. Başları və üzləri yerə sallanacaqdır. Bir qrup kor zühur edəcəkdir, bəziləri dillərini çeynəyəcəklər, ağızlarından su töküləcək və ətrafa yayılacaqdır, hamı onlardan qaçar. Bir qrupun əl və ayaqları kəsilmiş olacaqdır, bəziləri atəşə atılacaqlar. Bəzilərindən elə pis iy gələcək ki, murdar iyindən də pis olacaqdır. Bəziləri isə qatrandan paltar geyinəcəklər.
    Onlar ki, meymun sifətində olacaqlar, söz yayandırlar. Donuz cildində olanlar - haram yeyənlərdirlər. Korlar - dünyada zülm edənlər və dünyada öz əməlləri ilə öyünənlərdirlər. O kəslər ki, dillərini çeynəyirdilər - onlar o alimlər və qazilərdir ki, əməlləri dedikləri ilə düz gəlmir. Onların ki, əl və ayaqları kəsilmişdir - onlar qonşularına zülm ediblər. O insanlar ki, alova atılıblar - sultana xalqdan şikayət edənlərdirlər. Pis iy verən insanlar o kəslərdir ki, şəhvətdən ləzzət almış və mallarından Allah haqqını verməmişdilər. Qatran paltarını geyinənlər isə dünyada təkəbbür əhli olanlardır”.

    ***


    İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: "Ey Şəbibin oğlu! Əgər istəyirsən ki, behiştdə ali dərəcəyə çatasan, bizimlə ol! Qəmimizə qəmgin ol, şadlığımıza sevin. Hər kəs hətta daşı belə sevsə, onunla məşhur olar”.

    ***
    Abdullah ibni Əbi Muhcən Səqəvi Müaviyə ibni Əbi Süfyana (lən) deyir: "(nəüzübillah!) Mən Əbu Talibin nadan, paxıl və qorxaq oğlunun yanından sənin yanına gəlmişəm”. Müaviyə soruşur: "Sən kimsən? Bilirsən nə deyirsən? Deyirsən ki, o nadandır, Allaha and olsun ki, əgər bütün insanların dil və ağılları bir olsa, Əlinin dili onlara bərabər olar. Deyirsən ki, o, qorxaqdır, anan əzana otursun! Elə bir insan tanıyırsanmı ki, onunla vuruşsun və canını qurtarsın? Nəhayət ona paxıl deyirsən, Allaha and olsun ki, onun iki evi olsaydı, biri qızıldan, biri samandan, qızıl evi saman evdən əvvəl bağışlayardı”.

    Səqəfi bu sözləri eşidəndə deyir: "Onda bəs niyə onunla vuruşursan?”
    Müaviyə cavab verdi: "Osmanın qanı üçün və bu üzük kimdə olarsa, ailəsinə rahatlıq, məqam və dəyər əta edər”.
    Bu sözlərdən sonra Səqəfi Həzrət Əlinin (ə) yanına qayıdır və ondan bağışlanma istəyir.

    ***
    Əmirəl-möminin (ə) və tərəfdaşları Siffeynə çatanda su ehtiyatı qurtarmışdı. Ordudakılar çox susuz idilər. Su tapmaq üçün hər tərəfi axtarmağa başlamışdılar. Ancaq heç nə tapa bilmirdilər. Onlar axtara-axtara bir monastıra gəlib çıxdılar. Ordu monastıra tərəf irəlilədi. Həzrət ora çatanda içəridə olanları çağırmağı əmr etdi. Bir keşiş gəlir və Həzrət (ə) ona buyurur: "Bu yaxınlarda su varmı ki, əsgərlərin susuzluğunu yatızdırsın?”. Keşiş cavab verdi: "Xeyr, bizimlə su arasında iki fərsəx məsafə var. Bu ətrafda da su yoxdur. Hər ay bizə də az miqdarda su çatır ki, ona da qənaət etməsəm, həlak olaram”. Həzrət (ə) üzünü orduya çevirib deyir: "Keşişin dediklərini eşitdinizmi?”. Onlar cavab verdilər: "Bəli, nə qədər gücümüz var, həmin yerə gedib, su gətirək?”. Həzrət (ə) buyurdu: "Bu işə ehtiyac yoxdur”. Atını üzü qibləyə tərəf çevirib, monastırın yanındakı yeri göstərir və əmr edir ki, oranı qazsınlar. Oranı qazan zaman bir böyük daşa rast gəlirlər. Onlar deyirlər ki, burada bir daş vardır ki, zərbələrimiz ona təsir etmir. Həzrət (ə) buyurur: "Bu daşın altında su var. Əgər onu yerindən tərpətsəniz, suya çatacaqsınız. Ona görə çalışın ki, onu yerindən tərpədəsiniz”.
    Hamısı güc olub bu daşı tərpətməyə çalışdılar, ancaq onu tərpədə bilmədilər. Bu zaman Həzrət (ə) atdan düşərək qollarını çırmalayır və mübarək əllərini daşın altına qoyaraq, daşı qaldırır və kənara atır. Altından su qaynamağa başlayır və hamı bu sudan içir. Yol boyu bu qədər dadlı, şirin su içməmişdilər. Həzrət (ə) əmr edir ki, bu suyu içsinlər və ehtiyatlarını da götürsünlər. Ordusu bu əmri yerinə yetirəndən sonra Həzrət (ə) yenə həmin daşı qaldırır və əvvəlki yerinə qoyur və əmr edir ki, üzərini torpaqla örtsünlər. Bütün bunları monastırdan müşahidə edən keşiş qışqırmağa başlayır ki, məni aşağı endirin, aşağı endirin. Onu aşağı endirirlər və o, Həzrətdən (ə) soruşur: "Sən peyğəmbərsən?” Həzrət Əli (ə) cavab verir: "Xeyr”. O, deyir: "Onda yəqin mələksən?” Həzrət (ə) buyurur: "Xeyr”. Keşiş davam edir: "Bəs kimsən?” Həzrət (ə) buyurur: "Mən Peyğəmbər Muhəmməd ibni Abdullah (s) vəlisiyəm”. Keşiş deyir: "Əllərini uzat ki, İslamı qəbul edəm”. Həzrət (ə) əllərini uzadır və buyurur: "Şəhadətləri söylə”. Keşiş kəlmeyi-şəhadətləri deyir. Həzrət (ə) ona buyurur: "Bu qədər müddət bu monastırda imansız yaşamısan, bəs İslamı qəbul etməyinin səbəbi nədir?”. Keşiş deyir: "Ey Əmirəl-möminin! Bu monastır ona görə inşa edilmişdir ki, burada olan daşı qaldırıb, altından su çıxardan insanı tapsın. Məndən qabaq burada olanlar onu tapmaq səadətinə çatmamışdılar. Kitabımızda var ki, burada daşın altında su var və onun yerini bilən ya peyğəmbərdir, ya da onun vəlisi. O, Allahın vəlisidir ki, insanları düz yola hidayət edəcəkdir və bunun da nişanəsi həmin daşı qaldırmaq gücünə malik olmasıdır. Mən gördüm ki, sən belə etdim, daşı qaldırıb, suyu çıxartdın və bizi istəyimizə çatdırdın. Ona görə də sənin əlinlə müsəlman oldum və iman gətirdim”.
    Həzrət (ə) bu sözləri eşidəndə çox ağlayır və yaxası su olur. Sonra o ordudakıları çağırıb deyir: "Müsəlman qardaşınızın sözünə qulaq asın”. Keşiş də bu olanları onlara danışır. Keşiş onlarla bir yerdə döyüşə gedir və sonra da şəhid olur. Həzrət (ə) onun qəbrinin üstündə namaz qılır və ona dua edir.
    Hazırladı: Məşhədi Xanım
    /deyerler.org/
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 571 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Avqust 2011  »
    BeÇaÇCaCŞВс
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024