Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Sentyabr » 22 » CƏHƏNNƏMDƏ KİMLƏR ODUN OLAR
    03:14
    CƏHƏNNƏMDƏ KİMLƏR ODUN OLAR

    Cümə söhbətləri
    Bismilləhir-Rahmənir-Rahim!
    Müqəddəs dinimiz zülmdən və zalımlıqdan çəkindirmək mövzusunda çoxlu sayda tövsiyələr etmişdir. Zülm etmək dinimizdə son dərəcədə pislənir, zalımın acı aqibəti barədə xəbərdarlıq edir. Qurani-Kərimin "Furqan” surəsinin 27-ci ayəsində zalımların peşmançılığı barədə buyurulur: "O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: "Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim””.

    KİM ZALIMA MEYL EDƏNDİR?
    Dinimiz həm şəxsi, fərdi müstəvidə, həm də ictimai müstəvidə edilən zülmü son dərəcədə pisləyir və insanları bundan çəkindirir. Əlbəttə, ictimai müstəvidə edilən zülmlər daha şiddətlə qınanır. Eyni zamanda, zalıma və zülmə yardım etməyin acı aqibəti barədə xəbərdarlıq edilmişdir. Qurani-Kərimin "Hud” surəsinin 113-cü ayəsində buyurulur: "Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz”.
    İmam Cəfər Sadiq (ə) "Zülm edənlərə meyl salmayın» ayəsi barədə buyurub: "Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir”.
    Yəni bu dərəcədə ciddi məsuliyyəti var insanın zülmə dəstək vermək baxımından. İstər ailə üzvünə, qonşuya edilən zülm olsun, istərsə də camaata – heç bir halda zülmə rəvac verməyə icacə verilmir. Zira, əgər zülm dəstəklənməsə, onun həyata keçirilməsi zatən mümkün olmaz. İmam Sadiq (ə) bu barədə buyurub: "Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər”.
    İmam Cəfər Sadiqdən (ə) nəql olunan digər hədisdə isə nəinki tək zalımın və ona yardım edənin, bu zülmə razı olanın da məsuliyyətinə diqqət çəkilir: "Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir”.
    Gördüyümüz kimi, zülmə razı olanlar, bu zülmü hər hansı formada dəstəkləyənlər zalımla bir yerdə məsuliyyət daşıyacaqlar.
    MƏZLUMUN HAQQINI ZALIMDAN ALAN

    İslam tarixində müqəddəs İmamların (ə) təqib olunduğu yüzillər dövründə zalıma dəstək vermək mövzusu xüsusilə önə çıxmışdır. Belə ki, Həzrət Peyğəmbərin (s) yolunu aparan, ümmətə mənəvi rəhbərlik edən İmamlar (ə) hər zaman məhz insanların süstlüyü və sükutu fonunda zalım xəlifələr tərəfindən zülmə məruz qalmışdırlar. Halbuki, Allahın Peyğəmbəri (s) ümmətə belə bir xəbərdarlıq ünvanlamışdır: "Kim bir şeyə tamahlanaraq zalım sultanı tərifləsə və özünü onun qarşısında xar və yüngül tutsa, Cəhənnəmdə ona yoldaş olar”.
    Digər yerdə Rəsuli-Əkrəmdən (s) oxşar məzmunda xəbərdarlıq edilir: "Kim zalım hökmdarı mədh etsə və təmənnasına görə özünü onun qarşısında zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq”.
    Mübarək inancımız insanı məzlumun, zülmə məruz qalanın yanında olmağa çağırır. Allahın Peyğəmbəri (s) buyurub: "Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar”.
    Dinizmiz insanın haqqı deməsini istəyir. Məzlumun yanında olmağı, zalımın zülmünə razı olmamağı istəyir insandan. İmam Əlidən (ə) nəql edirlər: "Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun”.
    Bəli, haqqı demək, haqqın yanında olmaq - dinimizin ən çox təqdir etdiyi dəyərlərdəndir. Allahın Peyğəmbəri (s) buyurub: "Ehey! Məbada kimsə haqqı bilə və xalqın qorxusundan onu deməyə. Bilin ki, ən üstün cihad - zalım və yolunu azmış rəhbərin qarşısında deyilən haqq sözüdür”.
    Bu əlaqədə bir ibrətamiz hadisəyə toxunmaq yerinə düşərdi. Nəql edirlər ki, dövrün zalım hökmdarı Harun ər-Rəşidin qılıncının dalının da, qabağının da kəsdiyi bir dövran idi. Bu, həmin lənətlik Harundur ki, müsəlmanların 7-ci imamı Həzrət Musa Kazımı (ə) zəhərlədib şəhid etmişdi. Bir gün bir haqpərəst xanım həmin bu Harun ər-Rəşidin sarayına gəlir və ona bir şeir oxuyur. Bu şeirin tərcüməsi belədəir ki, sənin işin zirvəyə çatdı, işin tamama çatdı. Biriləri elə bilər ki, burada Harunun durumu təriflənir, onun zirvəyə yetişməsi mədh edilir. Amma şeiriyyatdan məlumatlı olanlar anlayırlar ki, söhbət nədən gedir. Maraqlıdır ki, Harunun özünün də şeir sənətindən başı çıxırmış. Və haqq yolunda olan bu xanım, Harunun şeiriyyatdan baş çıxarmasını bilərək, sərrast sözlərlə ona hüccət tamam etmişdir, İlahi əzabla qorxutmuşdur.
    HAQQ SÖZÜN ÇATDIRIŞI

    Əlamətdardır ki, şeir öz ünvanına çatır və Harun ər-Rəşid özü başlayır şeirin təfsirini verməyə. Harun deyir, bu şeirdə belə anladılır ki, işlər zirvəsinə çatanda, onların nöqsanı yaxınlaşar. Bir zaman ki, deyirlər işlər tamam oldu, bu, o mənadadır ki, yəni o kəsin, o şeyin sona yaxınlaşmasının intizarında olun. Harun deyir ki, bu şeirdə kinayə var. Bunun birbaşa mənası budur ki, bir kəsə deyiləndə ki, işin tamama çatdı, işin sona çatdı, işin kamala çatdı, işin zirvəyə çatdı - yəni bilin ki, həmin o kəsin sonu yaxınlaşır. Yəni bu kinayədir ki, sənin işin zirvəyə çatdı. O deməkdir ki, axırın yaxınlaşır, sən bu gün-sabahlıqsan.
    Haqsevər xanım Harun ər-Rəşidə bu sözü ilə, bu seiriylə demək istəyirmiş ki, sən daha nəyin var idi, göstərmisən. Bu, o deməkdir ki, yəni daha sənin son nöqtən yaxınlaşır. Daha bundan sonra bir şey qalmayıb ki, orada da kamal nöqtələrini göstərəsən, zirvəyə çatasan. Sənin zirvən bura qədər imiş.
    Bəli, Peyğəmbər (s) yolunun yolçuları, dostları qəddar Əhli-beytin (ə) düşmənlərinə qarşı belə yollarla etiraz ediblər. Mübarək İmam (ə) məktəbinin, haqq məktəbinin, təqva məktəbinin fəsahət və bəlağəti ilə etirazlarını bəlli ediblər. Bu etiraz lap hədəfinə çatır. Harun lənətlik qovrulur bu xəbərdarlıqdan. Harun deyir xanım Qurani-Kərimin "Ənam” surəsinin 44-cü ayəsinə işarə edir. Harada ki, buyurulur: "Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”.
    Bu mübarək ayədən əxz olunur ki, zalımlar Allah nemətlərindən, zahiri nemətlərdən şadlanıb sevinərlər, amma qafil olarlar. Bunun necəliyini, kimin verdiyini unudarlar və qəflətə gedərlər. İşarə olunur ki, birdən onları ölüm gəlib haqlayar, ölüm gələr qapılarını döyər və o anda ümidləri kəsilər. Harun məclisdəkilərə deyir ki, elə biməyin bu cümləsi ilə mənə nəsə yaxşı bir şey demək istəyib. Demək istəməyib ki, sən şadlanırsan, sevinirsən. Əslində mənə burada yaxşı bir söz demək istəməyib; istəyib desin ki, sən o zalımların vəziyyətindəsən ki, sən o zalımlara bənzəyirsən ki, hansılara Quran işarə edir. Hansılar ki, o nemətlərdən seviniblər və qafil olublar. Yəni bu sevinclə bərabər, bunlarda qəflət də əmələ gəlib. Amma bir gün qapıları döyülər və bu qəflətdən ayılarlar.
    CƏHƏNNƏMDƏ ODUN OLAN

    Bəli, Harun bu ayıldıcı mesajı alır. Məclisdəkilərə də deyir ki, şeirdə quşun uçaraq ucalmasına işarə ki, edilib - deyir biz nə qədər nəzər salsaq bu quşların ucalmağına, uçmağına, bütün müşahidələr bunu göstərir ki, hər bir quş ki, uçuşunda ucaldı, yüksəkliyə çatdı, bir gün ucalmağı kimi o cür də aşağı enər. Bir gün ucaldığı kimi, digər gün aşağı enməsi də var. Ucaldığı sürətlə, ya daha da yüksək sürətlə yerə doğru enməsi var. Harun deyir ki, burada istəyir işarə etsin ki, yəni mən hər nə qədər ucalıramsa, hər nə qədər də mənim zahirdə ucalığım varsa, eynilə bunun enməyi də var. Yəni deyir burada elə böyük nailiyyət deyil sənin üçün.
    Harun xanımın şerinin təhliliniun davamımda deyir ki, burada "Cinn” surəsinin 15-ci ayəsinə işarə olunur. Harada ki, buyurulur: "Amma haqdan udul edənlər, haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar”.
    Deyir burada məni haqdan udul edənlər, haqdan dönənlər zümrəsinə aid edirlər. Yəni deyir ki, sənin o işlərin bundan ibarət olur ki, sən haqdan udul etmisən, haqqı qoymusan kənara, haqdan batilə tərəf çönmüsən. Belələri cəhənnəmin odununa çevrilərlər, onlar cəhənnəmdə odun funksiyasını daşıyarlar. Deyir o xanım orada bunu mənə demək istəyir ki, bu işlərinin hamısının nəticəsi, axırı, aqibəti o olacaq ki, bir gün cəhənnəmdə o yanmaq üçün odun olarsan. Yəni sizin kimilər orada yandırılmada istifadə edilər.
    Bütün yığışanlar Harunun bu dərrakəsinə, hafizəsinə təəccüblə edirlər. Bəli, təəccüblənməli məsələlər çoxdur. Əgər sən bu qədər ayə bilirsən, bu qədər hədis bilirsən, sən bu qədər bunları başa düşürsənsə, bəs niyə əməl etmirsən, niyə bu məsələlərə əməl etmirsən?! Həqiqətən, heyərtlənməli məsələlərdir.
    GÜNAHDA SABİTQƏDƏMLİK

    Bəli, aydın olur ki, Allah düşmənləri, Əhli-Beyt (ə) düşmənləri o qədər də İslamdan xəbərsiz deyildirlər, İslamdan xəbərləri var idi. Bunların imanı yox idi, bunların təqvası yox idi, bunların əqidəsi yox idi. Amma xəbərləri var idi İslamda nə deyilməsindən. Elə bugünkü zamənəmizdə də görürk çoxlu sayda məlumatlı insanlar var, amma əməl etmirlər. Yəni bilmək - hələ təqvalı olmaq deyil, bilmək hələ əməl etmək deyil. Tarix bunu göstərir ki, haqla düşmənçiliyi olanlar heç də bunu məlumatsızlıqdan etməyiblər. Haqdan xəbərləri olub, amma nəfslərinin ardınca gedib, öz batilliklərində tamam ardıcıllıq göstəriblər. Öz batil yollarında sabitqədəm olublar, israrlı olublar. Haqqı biliblər, həqiqət nədir barədə məlumatları olub, amma beşgünlük dünyalarına görə hər şeyi satıblar, hər şeydən keçiblər.
    Amma bu bəhsdən çıxan nəticələrə baxaq. Birinci görürük əvvəla Abbasi xəlifələri də, digər hökmdarlar da zahirdə özlərini bir İslami simada, özlərini xalqın dərdinə yanan kimi göstərirdilər. Özlərini bu cür göstərmirdilər ki, bunlar xalqdan uzaqdırlar. Hətta aradabir camaatı da yığırlar, camaatın sözlərini də guya eşidirlər, dərdlərini dinləyirlər. Hətta müəyyən dərərcədə camaatdan guya tənqidi də eşitmək, tənqidi qəbul etmək qabiliyyəti də təzahür etdirirlər. Avamlar da buna həmişə aldanıblar, necə ki, bu gün də aldanırlar. Aldanmaq istəyən hər zaman aldanır.
    Tarixə nəzər salsaq, görürük bir çox sualların cavabı məhz bu aldanılmaqlarda, özünüaldatmaqlarda tapılır. Necə ki, Kərbəla müsibətində İmam Hüseyni (ə) – Peyğəmbər (s) nəvəsini, ümmətin İmamını (ə) xarici adı ilə şəhid etdilər, bu gün də haqsevərlərə minbir ad qoyub, məhv edirlər. Avam kütlə də ya qəflətdə olub, ya da özünü bilməməzliyə vurub ki, zülmün baş verməsinə müdaxilə etməsin.
    ZƏMANƏNİN HARUNU OLMAYAQ

    Harunla baş verən səhnə ilə bağlı əxz edilən ikinci dərs bundan ibarətdir ki, qadının camiədə rolu baxımından inqilabi dəyişikliklər müşahidə olunur. Görün dəyərlərdə nə qədər inqilab baş verib ki, cahiliyyət dövründə bir əşya kimi qəbul edilən qadın, qız uşağının doğularkən diri-diri torpağa basdırılan bir camiədən çıxan qadın cahiliyyət dövründəki vəziyyətindən nə qədər fərqli bir duruma gəlib. İndi qadın bir həddə çatır ki, İslam toplumunda durub xəlifəni tənqid edir, özü də bir səviyyədə ki, çox ibrət götürülməlidir, çoxlu dərs götürülməlidir. Bu xanımlar Zəhra (s.ə.) məktəbinin, Zeynəb (s.ə.) məktəbinin şagirdləri olublar. Zalım saraylarını lərzəyə gətiriblər, xəlifələrə haqqı deyiblər.
    İndi də bu proses davam edir, biz dünyaya nəzər salsaq, görərik ki, dünyanın müxtəlif yerlərində öz haqq və azadlıqları uğrunda mübarizə aparan xanımlar var və bu sürəc ildən-ilə daha da vüsətlənir, güclənir.
    Bütün bunlar Rəsulullah (s) məktəbinin təntənəsinin təzahürüdür. Həzrət Rəsulallah (s) qarşısına vəzifə qoymuşdu ki, insan yetişdirsin. Rəsulallah (s) öz qarşısına vəzifə qoymuşdu ki, toplumda zülmə qarşı mübarizə etmək baxımından bir immunitet yaratsın. Və bu məktəbin parlaq tələbələri hər zaman yetişib, bu gün də var.
    Üçüncü dərs ki, buradan götürülməlidir – xəlifələrin, hökmdarların səviyyəsi ilə bağlıdır. Bəzən hökmdarları axmaq, səfeh göstərmək meyli meydana çıxır. Amma bu, doğru yanaşma deyildir. Həzrət Peyğəmbərə (s) qarşı çıxan Məkkə əyanları dövrlərinin ən hiyləgər, ən tədbirli ünsürləri idi. İmamlarımızı (ə) təqib edən, incidən zalımlar da (lənətlik yezidi çıxmaq şərtilə) zəmanələrinin güclü və məkrli fərdləri idi. Əgər onlar bacarıqlarını İslam yoluna, haqq yoluna qoysa idilər, yüksək mənəvi zirvələrə çatar, Salmanlar, Əbazərlər, Meysəm Təmmarlar, Miqdadlar kimi olardılar. Amma dünya onları aldatdı, müvəqqəti nəsnələrə görə özlərini məhv etdilər, İlahi Hüccətlərə qarşı çıxdılar. Qondarma xəlifəlik etdilər. Hakimiyyətdə qalmaq üçün gecə-gündüz baş kəsdilər, qan tökdülər.
    İndiki zəmanəmizə də baxsaq, görərik ki, bir çox ictimai-siyasi xadimlər, hətta mütəffəkirlər, düşüncə sahibləri fəqət dünyaları üçün İslama qarşı o qədər can qoyublar ki, əgər onlar imanlarında bunları etsəydilər, parlaq şəxsiyyətlər olardılar. Bu baxımdan biz tarixdən görürük ki, bu xəlifələrdən biri – lənətlik Yezid axmaq çıxdı, zahirdə də İslamla müxaliflik etdi, daxildə də. Amma ondan öncəkilər zahirdə müəyyən məsələlərə riayət edirdilər. Hiyləgərlikləri də bunda idi.
    Bəli, dünyada insana verilən vaxt bir gün sona çatacaq. Harun üçün də, digəri üçün də, bizim üçün də. Ölüm mələyi gələndə heç kimdən icazə almır. Hafizdə bununla bağlı bir beyt var, mənası budur ki, bu dünyada nə rahatlıq, nə eyş, nə işrət var, bir halda ki, hər an o təbil çalına bilər ki, şələ-küləni yığ, getmək vaxtıdır.
    Ümumi nəticəmiz bu oldu ki, hamı zəmanəsinin ya Harunu olur, ya da haqsevəri. Qadını da, kişisi də. Çoxu-azı var. Hərə ən azı özünün hakimidir, hərə ən azı öz vücudunun sahibidir. Gəlin vücudlarımızın Harunu olmayaq. Çünki, bu vücudlarımızın, əzalarımız bizlərdən şikayət edəcəyi bir gün var. Həqiqi dəyərlərlə dost olaq, beşgünlük dünyaya görə özümüzü məhv etməyək.
    Allahım! Bizləri həqiqətdə azad olanlardan qərar ver! Amin!
    Hacı İlqar İbrahimoğlu,
    ilahiyyatçı-filosof
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı(deyerler.org)
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Haci Ilqarin cümə söhbətləri | Baxilib: 578 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Sentyabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024