(İslami saytlara istinadən) O cəhətdən ki, insan Allahın yer üzərindəki xəlifəsidir və İlahi həyatdan can almışdır, ətrafındakı hər şey onun üçün xəlq edilmişdir - zəif adlandırıla bilməz. O insanlar ki, şeytanın tələsinə düşüblər və ibadətdə axsayırlar - özlərini zəif hesab edirlər. Bu yolla da özlərini boyunlarına qoyulan vəzifələrdən azad olmuş hesab edirlər. İnsan imtahan meydanında yaradılmışdır. Necə ki, qiymətli daş-qaş alovun vasitəsilə daha da möhkəm və sərt olur, insan da qızıl kimi alovu görərək, xalisləşir və saflaşır. Əgər insan bu meydanda şeytana meyl etsə, bu? onun zəifliyinə və məğlub olmasına gətirib çıxaracaqdır. İnsan yaşadığı müddətdə şeytan onu izləyir. Allah buyurur: "Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək (dən ibarət) dir”. ("Hədid” 20). Ancaq o cəhətdən insanı zəif hesab etmək olar ki, Allah buyurur: "Əlbəttə, insan zəif yaradılmışdır”. ("Nisa” 28). Burada zəif dedikdə onun itaət və vacibatları yerinə yetirməsindəki zəiflik nəzərdə tutulur, yoxsa, əmmarə nəfsinin ardınca getməsi? Xeyr, zəiflik bu mənada deyildir. Əlbəttə, insan şeytanın ardınca gedərək, Rəhmanın itaətindən geri qalırsa, bu cür insan zəifdir. Çünki zəiflik şəraitini özü yaratmışdır. Allah insana şeytan və günah qarşısında güclü iradəyə malik olmaq üçün qəlbində qüvvələr qərar vermişdir. Pak fitrət və səlim ağıl kimi. Zahiri qüvvə ilə (Peyğəmbərlər göndərməklə və onları səadətə hidayət etməklə) daxili qüvvəsini (qəlb və ağlını) inkişaf etdirər. İxtiyar sahibi olmaq - nicatın zaminidir və yoldan azmağın qarşısını alan amildir. Ona yol göstərilmişdir və o, şükür edən və kafir olmağını özü seçir. İnsana yol o zaman göstərilir ki, buna qadir olsun və güclü olsun. Deməli, zəif xəlq edilməmişik ki, bu bəhanə ilə günah edək və özümüzü üzürlü hesab edək. Əllamə Təbatəbai buyurur: "İnsan zəifdir, çünki Allahın verdiyi şəhvət qüvvəsi onunla daima mübarizədədir. Onu öz tərəfinə istiqamətləndirir”. Ona görə də insanın zəifliyi günah qarşısında gücsüz olmağı deyil, şeytanın müxtəlif hücumları ilə mübarizəsinə görədir. Ancaq Allah insana bu kimi hücumlara qalib gəlmək gücü vermişdir. Əgər belə olmasaydı, axirət əzabının da mənası olmazdı. İnsan deyə bilər ki, günah etmişəm, çünki onu tərk etməyə gücüm yox idi. Ancaq Allah daxili peyğəmbəri (ağıl və vicdan) və zahiri Peyğəmbəri (s) və onun hidayəti ilə mübarizə yolunu asanlaşdırmışdır. İnsan üçün bəhanəyə yer qoymamışdır.
Hazırladı: Məşhədi Xanım, /Deyerler.org/
|