Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Noyabr » 19 » ALÇAQ İNSANLARDAN UZAQ OLMAQ VƏZİFƏSİ
    02:19
    ALÇAQ İNSANLARDAN UZAQ OLMAQ VƏZİFƏSİ

    Ailədə, qohumlar arasında və cəmiyyətdə elə insanlar vardır ki, çox təəsüf ki, alçaq və heysiyyətsizdirlər. Bu şeytani hərəkətlərdən nicat tapmağa belə səy etmirlər. Nə başqalarının dəyərli təcrübələrindən istifadə edirlər, nə moizə məclislərinə gedir, nə də alim və bilik əhli ilə oturub-dururlar. Bəzən bu insanlar Həcc səfərində insanın yol yoldaşı olurlar. Zəvvar gərək bu kimi insanlarla oturub-durmaqdan çəkinsin ki, onların ziyan və zərərindən amanda qala bilsin. Əgər o cür insanla bir otaqda qalmalı olarsa və yerini dəyişmək mümkün olmazsa, gərək bu səfər başa çatana qədər səbir etsin.
     Həzrət İmam Rzadan (ə) alçaqlıq haqında soruşurlar, Həzrət cavabda buyurur: "O kəsdə ki, bir şey ola və o şey onu Allahı xatırlamağa imkan verməyə”.
     Haqqı yada salmaqdan və Allaha bəndəlik və itaət etməkdən qəflətdə olmaq - alçaqlığın nişanələrindəndir. Əhli-Beyt (ə) insanları alçaq insanlarla dostluq etməyi, oturub-durmağı qadağan edir. Əmirəl-möminin (ə) buyurur: "Alçaq insanlardan çəkinin və onlarla oturub-durmaqdan uzaq olun. Çünki alçaq insanın Allahdan qorxusu yoxdur. Peyğəmbərlərin qatilləri və bizim düşmənlərimiz bu qruplardandır”.
     Şeyx Səduq "Mən layəhzərəh əl-fəqih!” kitabında alçaqlığın mənası haqda buyurur: "Bəzi hədislərdə alçaqlıq elə bir insana aid edilir ki, əgər ona yaxşılıq etsən, sevinməz, əgər pislik etsən, narahat olmaz”.
     İmam Sadiq (ə) buyurur: "Elə bir insana aid edilir ki, şərab içər və başqa rəzil işlərlə məşğuil olar ki, bütün bunlar alçaq insanın xüsusiyyətləridir. Əgər bir insanda bu xüsusiyyətlərdən heç olmasa biri olsa, ondan uzaq olmaq lazımdır”.
     Başqaları ilə məsləhətləşmək
     Tək qərar çıxartmaq, özünü bütün işlərdə mütəxəsis və alim hesab etmək elə bir hərəkətdir ki, insanı ziyana salar. Başqaları ilə məsləhətləşməyin o qədər əhəmiyyəti vardır ki, Allah Təala Qurani-Kərimdə Peyğəmbərə (s) tövsiyə edir ki, hər işində təcrübəli insanlarla məsləhətləşsin. Baxmayaraq ki, Peyğəmbər (s) ən aqil insan idi, ancaq məsləhətləşmək o qədər əhəmiyyətli bir işdir ki, Quranın bir çox ayələrində bu mövzuya israr edilmişdir. Həzrət Əli (ə) buyurur: "Peyğəmbər məni təbliğ üçün Yəmənə göndərəndə mənə buyurdu: "Ey Əli! O kəs ki, Allahdan xeyir və yaxşılıq istəyir - sərgərdan olmaz, o kəs ki, başqaları ilə məsləhətləşir - peşman olmaz”.
     Ona görə də səfərə çıxmaqdan əvvəl zəvvar gərək aqil və bilikli, dünya görmüş insanlarla məsləhətləşsin. Ancaq hər insan ilə məsləhətləşmək olmaz. Çünki bəzi insanların verdikləri məsləhət insanı ziyana salar və İlahi feyzdən məhum edər. Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: "Qorxaq insanla məsləhətləşmə, çünki o, çətinliklərdən çıxmaq yolunu sənin üçün dar edər. Paxıl insanla məsləhətləşmə, çünki səni müsbət hədəfdən uzaqlaşdırar. Həris insanla məsləhətləşmə, çünki o, tamahı sənin gözündə gözəl cilvələndirər”.
     Həzrət İmam Sadiq (ə) buyurur: "İşlərində elə insanlarla məsləhət et ki, Allahın əzəmətindən qorxurlar”.
    Dəyərli söhbətlər
     Zəvvar səfər zamanı gündəlik hay-küylərdən uzaqda İlahi bir fəzaya düşür. Ona görə də yaxşı olar ki, bu fürsətin bir hissəsini dini, tərbiyəvi, əxlaqi və elmi söhbətlərə sərf etsin. Eyni zamanda dünya və axirət, halal və haram, əqaid haqqındakı suallarını bilikli insanlara verərək, bu sahədə bilmədiklərinə cavab tapsın. İslam bu cür elmi bəhslərin qurulmasını və alimlərin biliklərindən istifadə olunmasını ən böyük ibadət hesab edir, hətta əgər iki insan arasında baş versə belə. Onun savabı cənnət qapılarının açarı, dünya və axirət səadətinin zaminidir. Həzrət Əli (ə) buyurur: "Ey insanlar! Xoş olsun o kəsə ki, öz eyblərinə diqqət etməsi, başqalarının eyblərini axtarmağa qoymur. Çatışmamazlıq və naqislik olmadan təvazökarlığı və sadəliyi öz yerində otuzdurur, bəsirət və elm əhli ilə oturub durur. Kasıblarla bir yerdə yaşayır və onlara gedib-gəlir. Halal yoldan günah işlətmədən əldə etdiyi malı Haqq yolunda xərcləyir”.
     İmam Rza (ə) buyurur: "O kəs ki, bəhslər məclisində iştirak edər, həmin məclisdə bizin əhkamımızı söhbətlər vasitəsilə çatdırar - ürəklər ölən gün onun qəlbi ölməz”.
     İmam Cəfər Sadiq (ə) Davud ibni Sərhana buyurur: "Ey Davud! Dostlarıma məndən salam söylə və de ki, bunlar mənim dediklərimdir: Allah rəhmət edər o insana ki, başqası ilə oturar, bizim elmimizdən, fiqh və mədəniyyətimizdən söhbət edər. Sözsüz onların üçüncü nəfəri mələkdir ki, o iki nəfərin günahlarının bağışlanmasını istəyər. O zaman ki, iki nəfər bizim mədəniyyətimiz haqda söhbət edər, Allah o iki nəfərlə fəxr edər. Deməli, o zaman ki, İlahi işlərə görə cəmləşsəniz, tərbiyəvi məsələlər üzrə sorğu-sualla məşğul olun. Çünki sizin cəmləşməyiniz və söhbətləriniz bizim məktəbimizi ayaqda saxlamaq üçündür. Bizdən sonra ən yaxşı insanlar o kəslərdir ki, bizim işlərimiz haqda söhbətlər edər və insanları bizi yada salmağa dəvət edər”.
     Peyğəmbərimiz (s) buyurur: "Təqva əhli - sərvərdirlər, fəqihlər - rəhbərdirlər, (onların biliyinə yiyələnmək üçün) onların yanında oturmaq - ibadətdir”.
     Həzrət Rza (ə) atalarından və Peyğəmbərdən (s) nəql edir: "Alimlərlə elmlərindən bəhrələnmək üçün oturmaq, Əliyə (ə) nəzər salmaq, Kəbəyə göz dikmək, Qurana nəzər salmaq, ata və anaya nəzər salmaq - ibadətdir”.
     Bütün bu hədsilərdən belə nəticəyə gəlmək olar ki, Həcc səfəri zamanı zəvvar gərək vaxtını boş-boşuna xərcləməsin, dini, elmi, əxlaqi bəhslərdə iştirak etsin, bilmədiklərini öyrənsin. Bu yolla da dünya və axirət savabını qazanaraq, Haqqın, Peyğəmbər və İmamların rizayətini əldə edər.

     Hazırladı: Məşhədi Xanım,
     "Dəyərlər”
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 534 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Noyabr 2011  »
    BeÇaÇCaCŞВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024