Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 2
    Qonaq 2
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Sentyabr » 22 » ŞEYTANIN (lən) TƏSİR VASİTƏLƏRİ VƏ ONLARI TANIMAĞIN YOLLARI
    02:52
    ŞEYTANIN (lən) TƏSİR VASİTƏLƏRİ VƏ ONLARI TANIMAĞIN YOLLARI

    Şeytan - insanın təkamül yoluna mane olan hər bir varlığa deyilir. Şeytan, insanın zati güclərinin aşkara çıxmasına mane olar. Gündəlik həyatda tez-tez eşitmək olur ki, qaçan siçan misalına və şeytana işarə olunur. Şeytan özü təkamül yolundan uzaq düşdüyü üçün, rəzillik onun canında kök atmış və fitri ritmlilik öz yerini nizamsızlığa vermişdir. Ona görə də bir çox dilçilər bu fikirdədirlər ki, şeytan cin və insdən olan hər bir varlığa aid edilir ki, üsyankarlıq və itaətsizlik edir və əsas yoldan kənara çıxır.

    Ona görə də hər bir fərd, cəmiyyət və qrup ki, insanı təkamülə çatmaqdan saxlayır - şeytan kimi tanıdılmışdır. İblis də insanın və cəmiyyətin təkamülə çatmaq yolunda dayanan ən böyük düşmən kimi tanıdılmışdır ki, insan öz yolunda olan dost və düşmənini tanısın.

    Düşmən tanımaq - bəşərin təkamülə çatmaq yolundakı mühüm ehtiyaclarından sayılır ki, Quran bu mövzuya xüsusi əhəmiyyət verir. Cin və insdən olan şeytanları tanımaq - təkamül yolunda addım atmağa kömək edər.

    Şeytanın bəşəri yolundan azdırmaq üçün vasitələri


    Şübhəsiz ki, heç kim istəməz ki, onun təkamül yolunda dayanan düşməninin ardınca getsin. Ancaq düşmən açıqca elan etmir ki, düşməndir. Səy edir ki, onu yolundan azdırsın, fərdin və ya cəmiyyətin təkamül yolunda səd olsun. İnsanları şübhəyə salmaq, haqqı batilə çevirməklə insanları aldadır. Ona görə də Quran ins və cindən olan şeytanın ən mühüm vasitəsinin vəsvəsə olduğunu bildirir və insana xəbərdarlıq edir ki, düşmən batili haqq cilvəsində təqdim edir və dünyanı bəzəyərək, insanlara tərəf addımlayır.

    Şeytan daim çalışır ki, insanın mənəvi inkişafının qarşısını alsın. ("Ali-İmran”, 36-37). İnsan cəmiyyətini fəsada tərəf çəksin. ("Yusif”, 100; "Bəqərə”, 208). O, bu hədəfə çatmaq üçün günahı, əxlaqi və ictimai nizamsızlığı ("Ənam”, 111-112, "Ali-İmran”, 155) şübhəni bəzəyər, ("Zuxruf”, 61-62) fitnə yaradan təşkilatlar təsis edərək, ("Mucadilə”, 10) insanları onların xeyrini istəyən şəxs kimi öz itaətinə dəvət edər. Ona görə də şeytan hər kəs ola bilər - istər cin və ins olsun, istərsə də çirkin işləri bəzəyən və sonra da özünü saleh əməl sahibi kimi tanıdanlar olsun.

    Hər bir fərd və ya cəmiyyət ki, cin və insani şeytana itaət edər - daim çətinlikdə olar. Bu mənada ki, şeytan elə bir düşməndir ki, özünü dost kimi tanıdar. Batil və əxlaqsız mövzuları yaxşı, bəyənilmiş və faydalı şəkildə təqdim edər. Ona görə də dostu düşməndən ayırmaq çətin olar. Xüsusilə də, cin və insdən olan şeytanlar özlərini xeyirli, gözəl söz danışan, başqalarına yaxşılıq edən ("Həşr”, 16) kimi təqdim edir və pis işləri bəzədiklərini ("Ənam”, 48) gizlədərlər. Ona görə də Quran dostu düşməndən ayırmağın yollarını göstərir. Bu mənada ki, dostun ardınca getmək, onun işlərini və təkliflərini qəbul etmək - insan və cəmiyyətin kamala çatmağına gətirib çıxarar. Halbuki, düşmənin dalınca getmək bu cür deyildir. İnsanı və ümumilikdə cəmiyyəti Allahdan uzaqlaşdırar, ümməti təkamülə çatmaqdan və inkişafdan saxlayar.

    Şeytanın təlimatları və öyrətdikləri cadu təlim kimidir, özlərini nümayiş etdirərlər ("Bəqərə”, 102; "Həcc”, 3-4). İnsanları çirkinlərə tərəf, əxlaqsızlığa tərəf ("Bəqərə”, 208; "Nur”, 21) dəvət edərlər. Şeytanın təlimlərinə itaət etməyin təsir və nəticələrindən biri kimi, ailə və cəmiyyətin daxilinə salınan ixtilaf və ikitirəliyi misal göstərmək olar. Allah Təala "Bəqərə” surəsinin 208-ci ayəsində buyurur ki, şeytanın dediklərinə əməl etmək münaqişə yaradar. İman qardaşları arasında təfriqəyə səbəb olar. İctimai vəhdət və birliyi aradan aparar.

    Ona görə də ictimai münaqişə üçün zəmin yaradan və ictimai bağların vəhdətini zəiflədən hər bir yol göstərən, onun şeytan olduğuna dəlalət edər ki, ondan çəkinmək lazımdır.

    İctimai fəsadların artması, cəmiyyətin ruhunu və psixologiyasını təhlükəyə salır. Bu siyasət də şeytanın planının bir hissəsidir. Bu planlar ictimai azadlıq adı altında yayılaraq, bu mövzuda indoktrinasiyanın əsasını təşkil etmişdir.

    İftira, qanunların dəyişdirilməsi, əxlaqi və ictimai nizamsızlıq - şeytanın başqa planının bir hissəsidir. Əgər cəmiyyətdə icra edilən proqramlar "yenilik” adı altında töhmət, iftira ilə bir yerdə olarsa, dəyər üsulları azalarsa, bunun şeytanın planı olduğuna əmin ola bilərsiniz ("Bəqərə”, 168-169; "Nəhl”, 62-63).

    Həqiqətdə şeytan öz planlarını icra edər və ya ona təşviq edər ki, cəmiyyət öz dəyərlərindən uzaqlaşsın və nizamsızlıq nizam-intizamın yerini alsın. Şeytan tərəfindən yönləndirilən yeniliklər, nizamı pozmaq kimi təhlil edilir. Ona görə də "Nisa” surəsinin 117, 119-cu ayələrində və "Ənam” surəsinin 142-ci ayəsində nizamı pozan bu yeniliklər bidət dəstəsinə aid edilmiş və Allah insanlardan istəmişdir ki, dəyərlər əleyhinə olan bu cür yeniliklərdən çəkinsinlər.

    İnsanın fərdi və ya cəmiyyət halında dəyişdirilməsində şeytanın müxtəlif yolları


    İman dostları və qardaşları arasında düşmənçilik yaratmaq, qumar və şərabdan istifadə etmək ("Maidə”, 90-91), haram qidaların paylanması ("Ənam”, 121) pak qidaları azaltmaq, onları əkmək və saxlamaqdan çəkinmək, ziyanlı və haram əti olan heyvanları yetişdirmək ("Bəqərə”, 168; "Ənam”, 142) də həmçinin şeytanın yollarından sayılır.

    Psixoloji münaqişələrin yaranmasına dair şayiələrin və həssas təhlükəsizlik xəbərlərin yayılıması - şeytanın insanlar arasında münaqişə yaratmaq üsullarındandır. Allah Təala "Nisa” surəsinin 83-cü ayəsində və "Nur” surəsinin 11 və 22-ci ayəsində bu məsələyə işarə edir ki, şeytanlar necə əsassız şayiə yaymaqla cəmiyyətləri bir-birinə düşmən edərlər.

    Təqvasızlığın ("Əraf”, 26-27) yayılması və bəzi çirkinliklərin, fərdi və ictimai nizamsızlıqların aşkar edilməsi - şeytanın başqa bir yollarındandır. Demək lazımdır ki, bu kimi üsullar bir çox cəmiyyətlərdə ziyanlı nəticələr vermiş və onları əxlaqi böhrana düçar etmişdir.

    Adətən şeytanlar sevirlər ki, fəsadı artırsınlar, təbliğ etsinlər və bir qrupun abır-həyasını aparmaqla və ya bəzi çirkinlikləri aşkar etməklə cəmiyyətin psixoloji fəzasını elə bir səmtə aparsınlar ki, hamı güman etsin ki, cəmiyyət əxlaqi fəsada düçar olmuşdur. Təhlükəsizliyi və sakitliyi aradan apararlar. Ona görə də bəziləri cürət tapırlar ki, bu məsələni böyütsünlər və bəziləri də cəmiyyətdə bu cür hallarla mübarizə aparmağa çalışarlar.

    Şayiə - şeytanın fəsad vasitəsi kimi


    Əsassız şayiə insanların abır-həyasını aparar. İki dəstə cəmiyyətlə mübarizəyə qalxar və onun təhlükəsizliyini xətərə salar. Birinci dəstə günahkarlardır ki, bu fürsətdən istifadə edərək, cəmiyyətin psixoloji fəzasından öz alçaq məqsədləri üçün bəhrələnərlər. O biri dəstə isə pak cəmiyyət istəyənlərdir. Sağlam fəzanı yaratmaq üçün onlar fəsad durumu ilə mübarizə apararlar.

    Buna görə də Qurani-Kərimin "Nur” surəsinin 19, 21-ci ayələrində şayiə və ya başqa vasitələrlə hər cür çirkinliklərə əl atmaq - əxlaqi nizamsızlıq kimi dəyərləndirilmişdir. Bu mənada ki, şayiəni yaymaq - ağır günahlardır. Cəmiyyət gərək ondan çəkinsin.

    Qurani-Kərim şeytana itaət etməyin nəticələri haqda buyurmuşdur: fəsad, dindən xaric olmaq ("Ənam”, 121), şirk, axirətə küfr etmək ("Nisa”, 38; "Ənam”, 112-113), başqasına zülm etmək ("İbrahim”, 22), günahı artırmaq ("Bəqərə, 168-169,268; "Nur”, 21), Allahdan uzaqlaşmaq və şeytana yaxınlaşmaq ("Bəqərə”, 208-209; "Əraf” 175,176).

    Bu itaətin kökləri - yalan danışmaqda ("Şüəra”, 221-222), dünya sevgisi, dünyada cavidanlığa meyl ("Əraf, 175-176), günahdadır ("Ali-İmran”, 155; "Şüəra”, 221-222; "Əraf”, 175-176).

    Şeytana itaətdən uzaqlaşmaq üçün Qurani-Kərim təklif edir ki, insan imanını gücləndirsin ("Ənam”, 112-113), İlahi fəzilətdən bəhrələnsin ("Nur”, 21), məada diqqət etsin ("Bəqərə, 208, 210), Allahdan tofiqat istəsin ("Nisa”, 83), İlahi yolgöstərənlərdən bəhrələnsin ki, bunlar cəmiyyəti şeytanın şərindən uzaq edər.

    Hazırladı: Məşhədi Xanım,
    "Dəyərlər”
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 511 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Sentyabr 2011  »
    BeÇaÇCaCŞВс
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024