Saytin menyusu
    Seçim bölməsi
    14 Məsum [14]
    Əhlibeyt [5]
    Ümumi [1]
    Ailə [3]
    Kitabxana [2]
    Video [40]
    Dini proqramlar [0]
    Məqalələr [63]
    Hədislər [0]
    Şiəlik [0]
    Xəbərlər [2]
    Haci Ilqarin cümə söhbətləri [6]
    Sual-cavablar [1]
    Haci İlqarin moizələri [0]
    Saver aganin moizələri [0]
    Mir cefer aganin moizələri [0]
    Mini çat
    Reytinq
    Sayti qiymətləndirin
    Всего ответов: 41
    Canlı tv
    Sayğac

    İndi saytda: 1
    Qonaq 1
    İstifadəçilər: 0
    ƏHLİBEYT KİTABXANA
    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • Alimlər
    Mərsiyə dinlə!
  • Namaz
  • Главная » 2011 » Noyabr » 19 » İlahi qorxunu və ümidi əldə etməyin yolları
    02:02
    İlahi qorxunu və ümidi əldə etməyin yolları

    Əgər İlahi əməl və insani əxlaqda qorxu və ümid olmazsa, insan üçün kamala doğru hərəkət ya ağır olar, ya da qeyri-mümkün. İlahi əməlləri yerinə yetirən insan xüsusilə də vacib əməlləri bir tərəfdən bilməlidir ki, onun Mövlası mehribandır və heç bir əməlini cavabsız qoymaz. Başqa bir tərəfdən də bilməlidir ki, əməli Mövlanın sonsuz əzəməti qarşısında zikr ediləsi səviyyədə deyildir. Əgər əməli onu məğrur edərsə, əməl sahibi cərimə olunacaqdır. Ona görə də bir tərəfdən əməlin məhsulunun nəticəsinə ümid bəsləməli və o biri tərəfdən isə əməlin pis nəticəsindən qorxmalıyıq.
    İlahi qorxunu əldə etməyin yolları
    Özünün və əməlinin çatışmamazlıqlarına diqqət edərək, Quran və hədislərdə İlahi qorxu haqqında gələn ayələrə fikir verərək, bu qorxunu əldə etmək olar. Haqqın məqamından, Qiyamətin sabahısı başlanacaq əzabından qorxmaq insanı nalayiq rəftarlardan və əxlaqi rəzillikdən hifz edər.
    İmam Sadiq (ə) İshaq ibni Əmara buyurur: "Ey İshaq! Allahdan o qədər qorx ki, sanki O, sənin gözünün önündədir. Əgər səndən gizli olsa da, sən ondan qaib deyilsən. Əgər hesab etsən ki, səni görmür, şübhəsiz kafir olmusan. Əgər bilsən ki, səni görür və bu həqiqəti bilərək, günah etsən, onu hər görəndən alçaq hesab etmisən”.
    Hədislərin birində deyilir: "Allahın qorxusundan tökülən bir damcı göz yaşı atəş dənizlərini söndürər”. Başqa bir hədisdə deyilir: "O zaman ki, möminin qəlbi Allah qorxusundan titrəyərsə, günahları ağacın yarpaqları kimi tökülər”.
    İmam Baqirdən (ə) gələn hədisdə nəql edilir: "Əmirəl-möminin (ə) İraqda olan zaman sübh namazından sonra nəsihət və moizə edirdi. Allahın qorxusundan ağlamağa başladı. Başqaları da Həzrətin bu göz yaşlarından sonra ağlamağa başladılar. O zaman buyurdu: "Allaha and olsun ki, dostum Rəsullahın (s) zamanında elə insanlar vardı ki, sifəti tutulmuş, halı pərişan və aclıqdan mədəsi bədəninə yapışmış, alınları səcdənin təsirindən dəvənin dizi kimi olmuş (vəziyyətdə) səhəri açır və gecəni səhər edirdilər. Gecəni səcdə halında və gündüzləri Pərvərdigarları üçün qiyam halında keçirərdilər. Bəzən oturar, bəzən də alınlarını torpağa qoyardılar. Allahları ilə dua və söhbətə başları qarışardı. Həzrət Haqdan cəhənnəm atəşindən azad olmaqlarını istəyərdilər. Allaha and olsun ki, bütün bu halları ilə Allahdan qorxardılar. Sanki cəhənnəmin qaynayan atəşinin səsini eşidirdilər. Onların yanında Allahın adını çəkəndə ağac kimi əyilər və elə olardılar ki, sanki gecəni qəflət halında keçirtmişdilər”.
    Hədislərin birində deyilir: "Ənsarlardan olan bir cavanı Allah qorxusu bürüyür. Onun bu qorxusu onu evdə həbs edir. Rəsullah (s) onun yanına gəlir və onu ağlayan halda görür. Peyğəmbər (s) onu qucaqlayır və o, Peyğəmbərin (s) ağuşunda canını tapşırır. "
    Bəni Mustəliq döyüşündə axşamüstü idi ki, "Həcc” surəsinin ilk ayəsi nazil olur. Müsəlmanlar bu zaman hərəkət halında idilər.
    "Ey insanlar! Rəbbinizdən qorxun! Qiyamət gününün zəlzələsi, həqiqətən, böyük məsələdir. Onu görəcəyiniz gün, hər süd verən qorxudan süd verdiyi balasını atıb qaçar. Boylu olan bala salar. Camaatı (qorxudan) çaş-baş vuran görərsən, halbuki onlar kefli deyillər, fəqət Allahın əzabı şiddətlidir”. ("Həcc” 1,2). Peyğəmbər (s) insanları səsləyir ki, dayansınlar. Onlar Peyğəmbərin (s) ətrafına toplaşırlar. Bu ayəni onlara qiraət edir. Hədisi yazan deyir: "Mən heç vaxt bu gecədə ağlayan qədər ağlayan insan görməmişdim. Səhər açılan zaman müsəlmanları ya ağlayan görərdin, ya da qəmgin fikrə getmiş halda”.
    Mərhum Hacı Mirzə Cavadağa Mələki bu hədisi nəql edənkən buyurmuşdu: "Budur, Peyğəmbərlərin, Övliyaların və möminlərin qorxusu. Onda bax gör sənin halın necə olacaqdır. Adın möminlərin dəftərində qeyd edilmişdir, yoxsa yox?!”.
    Qəlbdə olan qorxu nəticəsində təkəbbür, qürur və kin aradan gedər. Qorxu qəlbə o qədər təcəlli etməlidir ki, başqa qorxulara qəlbdə yer qalmasın. Çünki qorxu o zaman ki, qəlbə qələbə çalır, qəlbi bürüyər, başqası üçün yer qalmaz. Qorxunun ən aşağı dərəcəsi özünü günahdan saxlamaqdır. Orta mərtəbədə səhvi tərk edər və son mərhələdə isə o əməlləri tərk edirsən ki, etməyin heç bir maneəsi yoxdur. O zaman ki, insan Quran və İlahi əsərlər vasitəsilə günah əhlinin əzabını dərk edərsə, qorxu ilə dolu addım atar. Bu qorxunun ardınca isə günahı tərk edər, Haqqın istəklərini yerinə yetirməyə qalxar ki, əzabdan amanda olar.
    Ancaq bu qorxu ilə atılmış addımla yanaşı, ümid də olmalıdır. Quranın insandan istədiyi ümid o ümiddür ki, əməl və səy sayəsində olsun.
    Qəzzali yazır: "Bəsirət sahiblərinə aydındır ki, dünya - axirətin tarlasıdır. Qəlb - torpaq, iman - toxum, itaət - torpağı hazır hala salmaq, şumlayıb sulamaq kimidir”.
    O qəlb ki, haqdan qeyri yola yönəlib, dünya işlərinə qərq olub, torpağı daşlıq yer kimi olar və orada heç bir şey bitməz. Qiyamət günü isə heç bir şey əkmədiyinin şahidi olacaqdır. Qəlbinə xəyanət edən insanın imanı ona xeyr gətirməz. Necə ki, toxum daşlıq yerdə cücərməz. Quran buyurur: "Axirət məhsulunu istəyən şəxsin məhsulunu artırarıq və dünya məhsulunu istəyənə isə ondan çox az verərik. (Amma) axirətdə onun üçün bir pay yoxdur”. ("Şura” 20).
    İmam Sadiq (ə) buyurur: "O kəs bizim Əhli-Beyt (ə) davamçılarından deyildir ki, dildə Əhli-Beyt (ə) davamçısı olar, əməldə bizimlə müxalifətlik edər. Bizim Əhli-Beyt (ə) davamçımız o kəsdir ki, dili, qəlbi və əməli ilə bizimlə müvafiq olsun”.
    Bu Quran ayəsi və hədislərə nəzər salaraq görmək olur ki, pak əməl və yaxşı əxlaq zamanı Dostun rəhmət və inayətinə ümid bəsləmək lazımdır. Tövbə vaxtı və günahı tərk edən zaman keçmiş günahların bağışlanmasını da arzulamalısan. Ümidsiz edilən əməl və bağışlanmağa ümid bəsləmədən edilən tövbə batildir.
    Hər bir halda, əgər yaxşı əməl sahibisinizsə, Aallah Təalanın fəzl və inayətinə ümid bəsləyin. Əgər günah sahibisinizsə, hər tövbə edəndə Rəbbin kərəm və bağışlanmasına ümid bəsləyin. (Erfan)
    Hazırladı: Məşhədi Xanım,
    Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
    Kateqoriya: Məqalələr | Baxilib: 556 | Əlavə etdi: zehranokeri | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Имя *:
    Email *:
    Код *:
    Foruma giriş
    Axtariş
    Mərsiyə dinlə!
  • Qurandan Bir Ayə
    TƏQVİM
    «  Noyabr 2011  »
    BeÇaÇCaCŞВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    GÜNÜN VİDEOSU

    ARXİV

    Bilgileriniz sistemimize kaydedilmektedir.
    Faydali linklər!
  • www.shianet.ru
  • www.yebnez-zehra.tk
  • gunahkar-bende.ucoz.org
  • www.ahlibeyt.biz
  • www.ya-huseyn.com
  • www.yaMehdi.az
  • www.islamaz.com
  • www.İslam-azeri.az
  • www.İslamadogru.biz
  • www.Ahliman.com
  • www.Aleviansiklopedisi.com
  • www.Qedir-Xum.tk
  • www.İhq.az
  • www.Ahlibeyt.spb.ru
  • www.Almustafa.ge
  • www.Ebuhaditv.com
  • www.Kebe.tk
  • www.Ehlibeyt-Nuru.ucoz.ru
  • www.Muselman.ws
  • www.Deyerler.org
  • www.Gunahkar-bende.ucoz.org
  • www.ya-Ali.ucoz.net
  • www.SeyyidTaleh.com
  • www.Haqqyolu.com
  • www.Ahlalbayt.ru
  • www.İslammektebi.org
  • www.Sizinyol.com/
  • www.İslammaarifinde.com
  • www.Zeka.az
  • www.hz-Ali.tk
  • www.Zehranet.com
  • www.hicab.org
  • www.m-mirsahib.tr.gg
  • www.Sonumid.com
  • www.İslamkutuphanesi.com
  • www.Hilal.az
  • www.İslaminsesi.az
  • www.Xeyriyye.az
  • www.Faktxeber.com
  • www.Noor.az
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.Muntozor.net
  • www.Ahli-beyt.ru
  • www.Shia.ucoz.ru
  • www.İmamat-news.ru
  • www.Ahlibeyt.ge
  • www.İslamqadini.ucoz.net
  • www.Ramazanayi.org
  • www.İmamhuseyn.org
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.al-Shia.my1.ru
  • www.Shabestan.net
  • www.Birlik.az
  • www.İman.ge
  • www.İslamtimes.org
  • www.Ehli-beyt.ws
  • www.Zehratv.com
  • www.Azadxeber.az
  • www.Az.islam-news.ru
  • www.Az.313news.net
  • www.ya-Mehdi.ucoz.ru
  • www.ya-Mehdi.ws
  • www.islam-azeri.ru
  • © 2024